Bizə yazın

Baku

-°C

USD

-

Böyük Britaniya və Aİ Cəbəllütariq sərhədi ilə bağlı saziş imzalayıb

Dünya 15 İyul 2026, 09:00

343

Böyük Britaniya və Avropa İttifaqı Cəbəllütariq sərhədinin fəaliyyətini tənzimləyən saziş imzalayıb.

Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd insanların və malların Cəbəllütariq ilə İspaniya arasındakı sərhəddən maneəsiz keçidini təmin edəcək.

Nazirlik qeyd edib ki, razılaşma regionda iqtisadi artıma, ticarətin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zelenski: Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək

Fransa bu ilin sonunadək Ukraynaya iki SAMP/T hava hücumundan müdafiə sistemi təqdim edəcək.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.Onun sözlərinə görə, Fransa və İtaliya oktyabr ayınadək Aster 30 zenit raketlərinin tədarükünü sürətləndirəcək.Zelenski əlavə edib ki, Ukrayna SCALP raketləri, AASM aviasiya bombaları və Aster 30 raketlərinin istehsalı üçün lisenziyalar əldə edib.

15 İyul 2026, 09:08

Fidan Quterreşlə regional gündəmi müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.Citypost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə BMT arasında əməkdaşlıq məsələləri, həmçinin regional gündəmdə olan mövzular müzakirə edilib.

15 İyul 2026, 08:45

İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək

İraqda hökumətə tabe olmayan silahlı qruplaşmalar sentyabrın 30-dək tərksilah olunacaq.Citypost.az xəbər verir ki, Bu barədə İraqın Baş naziri Əli əz-Zeydi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.Onun sözlərinə görə, həmin tarixdən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin ölkəni tərk etməsi gözlənilir.“Sentyabrın 30-dan sonra İraq ərazisində silahlı qruplaşmaların mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəni müstəqil şəkildə qorumağa qadirdir”, - deyə İraqın Baş naziri bildirib.Əli əz-Zeydi əlavə edib ki, bəzi silahlı qruplar artıq böyük həcmdə silahı dövlət qurumlarına təhvil veriblər. (APA)...

15 İyul 2026, 08:18

Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə cavab verib."Report" xəbər verir ki, M. Pezeşkian bu barədə IRIB-yə müsahibəsində bildirib."Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik və torpağımızın hər qarışını qoruyacağıq", - o deyib.İran Prezidenti əlavə edib ki, Trampın bəyanatlarına amerikalıların özləri cavab verməlidirlər.Xatırladaq ki, ABŞ Prezidenti D. Tramp bildirib ki, Amerika hərbçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq. Ağ Ev rəhbəri Hörmüz boğazına ABŞ-nin nəzarət edəcəyini də açıqlayıb. Halbuki İran bu su yolunun idarəçəliyini yalnız Omanla bölməyə razıdır....

14 İyul 2026, 22:07

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Serbiya Prezidenti Aleksandr Vuçiç "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcəyini və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib."Report" xəbər verir ki, bu barədə Serbiyanın "Tanjug" informasiya agentliyi məlumat yayıb."Əlbəttə ki, əməkdaşlıq etmək yaxşıdır. Mən artıq dörd görüşdə – Odessa, Dubrovnik, Afina və Tiranada olmuşam. Lakin təklif olunan bəyannaməni və qalan hər şeyi nəzərə alsaq, bu asan olmayacaq", - Vuçiç bildirib.Bununla belə, sammitin dəqiq harada və nə vaxt keçiriləcəyi məlum deyil.Qeyd olunub ki, Vuçiç ilk dəfə ötən ilin iyun ayında o vaxt Odessada keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib.Bununla yanaşı,...

14 İyul 2026, 21:10

Fransa Rusiyanı kibercasusluqda ittiham edib

Fransa hökuməti Rusiyanın Federal Təhlükəsizlik Xidmətini (FSB) bir neçə ildir ölkənin dövlət qurumlarına qarşı kibercasusluq kampaniyası aparmaqda ittiham edib.AZƏRTAC xəbər verir ki, hücumların hədəfində Rusiyanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər strateji qurumları olduğu bildirilib.Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, FSB-nin 16-cı Mərkəzi, xüsusilə də Fransaya qarşı fəaliyyət göstərdiyi iddia edilən 61240 saylı bölməsi casusluq məqsədilə uzunmüddətli və zərərli kibertədbirlər həyata keçirib.Nazirliyin məlumatına əsasən, 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin elektron poçt hesabları hədəfə alınıb. Bundan əlavə, 2018-ci ildə Fransanın Moskvadakı səfirliyinin şəbəkəsinə müdaxilə edilib, 2019-cu ildə isə ədliyyə sektoruna aid server sındırılıb.Fransa tərəfi bildirir ki, 2025-ci...

14 İyul 2026, 19:50