Həkimlərdən sağlam çəki itirməklə bağlı vacib tövsiyələr
Tibb 15 İyul 2026, 08:21
322
Artıq çəki və piylənmə müasir dövrdə milyonlarla insanın qarşılaşdığı ən ciddi sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislər bildirirlər ki, insanların arıqlamaq istəyinə baxmayaraq, bu yolda qarşılarına çıxan ən böyük maneə yanlış məlumatlar, sosial şəbəkələrdə yayılan reallığı əks etdirməyən vədlər və sağlam qidalanma ilə bağlı formalaşmış səhv təsəvvürlərdir.
Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan pəhrizə başlayarkən ilk növbədə ac qalacağını düşünür. Halbuki düzgün qidalanma heç də aclıq demək deyil. Əsas məqsəd orqanizmi lazımi vitamin, mineral, zülal, yağ və karbohidratlarla təmin etməklə sağlam şəkildə artıq çəkidən azad olmaqdır.
Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələrdə tez-tez rast gəlinən "2 aya 15 kilo", "4 aya 50 kilo arıqlayın" kimi reklam xarakterli paylaşımlar insanların gözləntilərini yanlış istiqamətə yönəldir. Belə sürətli çəki itkisi hər insan üçün uyğun deyil və bəzi hallarda sağlamlıq üçün ciddi risk yarada bilər. Çəkinin çox qısa müddətdə azalması əzələ kütləsinin itirilməsi, maddələr mübadiləsinin pozulması, hormonal problemlər və vitamin çatışmazlığı ilə nəticələnə bilər.
Həkimlər bildirirlər ki, sağlam arıqlama yalnız tərəzidə rəqəmin azalması deyil. Əsas məqsəd bədəndə artıq piy toxumasının azalması, əzələ kütləsinin qorunması və insanın ümumi sağlamlığının yaxşılaşmasıdır. Yəni insanın sadəcə arıq görünməsi yox, sağlam olması əsas göstəricidir.Qidalanma sahəsində çalışan mütəxəssislər vurğulayırlar ki, son illər qida sənayesində hazır məhsulların, yüksək şəkər və trans yağ tərkibli qidaların artması insanların gündəlik qidalanma vərdişlərinə ciddi təsir göstərib. Bu isə piylənmənin əsas səbəblərindən biri hesab olunur. Bununla belə, sağlam qidalanmaq milli mətbəxdən tamamilə imtina etmək demək deyil.
Həkimlərin fikrincə, Azərbaycan mətbəxində də sağlam şəkildə istifadə oluna biləcək çoxlu yeməklər mövcuddur. Sadəcə porsiya ölçüsünə, bişirmə üsuluna və qidaların qəbul tezliyinə diqqət yetirilməlidir. Yağlı, qızardılmış və həddindən artıq kalorili yeməklərin miqdarını azaltmaq, daha çox qaynadılmış, sobada bişirilmiş və ya buğda hazırlanmış qidalara üstünlük vermək tövsiyə olunur.
Həmçinin oxuyun
Mütəxəssislər bildirirlər ki, gün ərzində qəbul edilən qidalar orqanizmin enerji balansını təmin etməlidir. Səhər yeməyində keyfiyyətli zülal və kompleks karbohidratların, günorta yeməyində zülal, tərəvəz və sağlam karbohidratların, axşam yeməyində isə daha yüngül və həzmi asan qidaların qəbul edilməsi məqsədəuyğundur. Gün ərzində kifayət qədər su içmək, lifli qidaların qəbulunu artırmaq və fiziki aktivliyi həyat tərzinə çevirmək də sağlam çəkiyə nail olmağın vacib şərtlərindəndir.
Həkimlər onu da vurğulayırlar ki, hər kəs üçün uyğun olan universal pəhriz mövcud deyil. Yaş, cins, hormonal vəziyyət, xroniki xəstəliklər, fiziki aktivlik səviyyəsi və maddələr mübadiləsinin xüsusiyyətləri nəzərə alınaraq hər bir insan üçün fərdi qidalanma planı hazırlanmalıdır.
Mütəxəssislərin fikrincə, arıqlamaq yarış deyil. Ən düzgün nəticə tədricən, sağlam şəkildə və uzunmüddətli həyat tərzi dəyişikliyi hesabına əldə edilən nəticədir. Çünki məqsəd yalnız bir neçə kiloqram itirmək yox, həmin nəticəni uzun illər qoruyub saxlamaq və sağlam həyat tərzi formalaşdırmaqdır. Bu səbəbdən həkimlər sosial şəbəkələrdə yayılan sürətli arıqlama vədlərinə inanmaq əvəzinə, mütləq mütəxəssis nəzarəti altında fərdi qidalanma proqramına əməl etməyi tövsiyə edirlər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zobun müalicəsi necə aparılır? Həkimlər ən effektiv üsullar barədə danışırlar
Qalxanabənzər vəzinin xəstəlikləri, xalq arasında daha çox "zob" adı ilə tanınır və bu problemlər hər bir xəstədə eyni şəkildə müalicə olunmur. Mütəxəssislərin sözlərinə görə, müalicə üsulu ilk növbədə zobun hansı növ olmasından, qalxanabənzər vəzinin funksional vəziyyətindən və xəstəliyin yaratdığı fəsadlardan asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, zob tək bir xəstəlik deyil. Bu anlayışın altında qalxanabənzər vəzinin hormon çatışmazlığı, hormon artıqlığı, düyünlü dəyişikliklər və hətta bədxassəli şişlər kimi müxtəlif patologiyalar dayanır. Buna görə də hər xəstə üçün fərdi yanaşma vacibdir.Əgər qalxanabənzər vəzi kifayət qədər hormon istehsal etmirsə və xəstədə hipotireoz aşkarlanırsa, əsas müalicə yolu əvəzləyici hormonal terapiyadır....
14 İyul 2026, 10:25
3 yaşdan sonra inkişaf geriliyi düzələ bilərmi? Mütəxəssislər AÇIQLADI
Son illər uşaqlarda nitq, sosial ünsiyyət və inkişaf geriliyi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, həyatın ilk üç ili inkişaf baxımından ən vacib dövr hesab olunsa da, bu müddətdə müəyyən imkanlar qaçırılıbsa, bu, heç də hər şeyin bitdiyi anlamına gəlmir.Citypost.az xəbər verir ki, həkimlər və inkişaf üzrə mütəxəssislər qeyd edirlər ki, bəzi ailələr müxtəlif səbəblərdən diaqnozu gecikdirirlər. Bəzən valideynlər "atası da gec danışıb", "ayağa gec qalxıb", "zamanla özü düzələr" kimi fikirlərə inanaraq mütəxəssisə müraciəti təxirə salırlar. Halbuki bu gecikmə uşağın inkişafında əlavə çətinliklər yarada bilər.Mütəxəssislərin sözlərinə görə, 0–3 yaş dövrü beynin inkişafı üçün ən həssas mərhələ olsa da,...
14 İyul 2026, 09:35
Glüten hər kəs üçün zərərlidirmi?
Son illər qidalanma ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də glütensiz qidalanmadır. Bir çox insan qarında köp, şişkinlik və həzm narahatlığı hiss etdikdə bunun səbəbini dərhal glütenlə əlaqələndirir və həkim məsləhəti olmadan qidalanmasından çörək, un məmulatları və digər glüten tərkibli məhsulları çıxarır. Lakin mütəxəssislər bildirirlər ki, glüten hər kəs üçün zərərli deyil və onun səbəbsiz yerə qidadan çıxarılması düzgün yanaşma hesab olunmur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, glütendən tamamilə uzaq durmalı olan əsas qrup çölyak xəstələridir. Bu xəstəlik zamanı insanın immun sistemi glütenə qarşı ciddi reaksiya verir və nazik bağırsağın selikli qişası zədələnir. Belə pasiyentlər üçün glütenli...
14 İyul 2026, 08:33
Bağırsaqlarınız sizə siqnal verir – Qəbizliyin əsas səbəbləri açıqlandı
Bağırsaqların sağlam işləməsi insan orqanizminin ümumi sağlamlığı üçün ən vacib amillərdən biridir. Həkimlər bildirirlər ki, bağırsaqların fəaliyyəti birbaşa qidalanma tərzi, qəbul edilən maye miqdarı, fiziki aktivlik və gündəlik vərdişlərlə əlaqəlidir. Əslində, bağırsaqlar hər gün insanın necə qidalandığını və həyat tərzinin nə qədər sağlam olduğunu öz fəaliyyəti ilə göstərir.Mütəxəssislərin sözlərinə görə, sağlam bağırsaq fəaliyyəti zamanı insan gündə bir dəfə və ya gün aşırı rahat şəkildə nəcis ifraz etməlidir. İfraz prosesi ağrısız və gücənmədən baş verməli, sanitar qovşaqda isə uzun müddət oturmaq vərdişə çevrilməməlidir. Çünki həddindən artıq gücənmək və tualetdə uzun vaxt keçirmək müxtəlif bağırsaq problemlərinə, o cümlədən babasil və digər xəstəliklərə...
13 İyul 2026, 10:30
Qapaq qoyulan diş niyə ağrıyır? – Stomatoloqlar əsas səbəbləri açıqlayırlar
Dişə qapaq qoyulduqdan sonra müəyyən müddət keçdikdən sonra həmin dişdə ağrı və narahatlıq yaranması pasiyentlərin ən çox rastlaşdığı problemlərdən biridir. Bir çox insan hesab edir ki, qapaq qoyulduqdan sonra dişlə bağlı bütün problemlər aradan qalxmalıdır. Lakin həkimlər bildirirlər ki, qapağın altında yaranan ağrı heç də normal hal hesab olunmur və mütləq araşdırılmalıdır.Citypost.az xəbər verir ki, stomatoloqların sözlərinə görə, düzgün hazırlanmış və peşəkar şəkildə yerləşdirilmiş qapağın altında ağrı olmamalıdır. Əgər müəyyən müddətdən sonra ağrı başlayırsa, bu, ağız boşluğunda və ya həmin dişdə hansısa problemin mövcudluğundan xəbər verir.Mütəxəssislər bildirirlər ki, qapaq altında ağrının ən çox rast gəlinən səbəblərindən biri kanal müalicəsinin tam...
13 İyul 2026, 09:26
Stres doğrudanmı xərçəng yaradır?
Son illər cəmiyyət arasında ən çox müzakirə olunan sağlamlıq mövzularından biri də stresslə xərçəng arasında əlaqənin olub-olmamasıdır. Bir çox insanlar yaxınını itirdikdən, ağır psixoloji sarsıntı keçirdikdən, uzun müddət davam edən ailə problemləri və ya gərgin iş rejimindən sonra onlarda xərçəng aşkarlandığını bildirir və bunun səbəbini məhz stresslə əlaqələndirirlər. Bəs həqiqətənmi stress təkbaşına xərçəng yarada bilər?Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, bu suala birmənalı "bəli" və ya "xeyr" cavabı vermək düzgün deyil. Müasir tibb elminə görə, stress birbaşa sağlam hüceyrəni xərçəng hüceyrəsinə çevirmir. Lakin uzunmüddətli və davamlı stress orqanizmin müdafiə sisteminə mənfi təsir göstərərək bəzi xəstəliklərin, o cümlədən xərçəngin inkişafı...
13 İyul 2026, 08:15