ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Cəmiyyət 17 İyul 2026, 18:07
385
Prezident İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim edilməsi tədbiri keçirilib.
Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlik sistemində çalışan və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən daha bir qrup əməkdaşın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirib.
O, dövlət başçısına göstərdiyi diqqət və qayğıya, Nazirliyin əməkdaşlarının əməyini yüksək dəyərləndirdiyinə görə minnətdarlığını ifadə edib.
Nazir son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan sosial islahatların nailiyyətlərini, innovativ, rəqəmsal həllərin geniş tətbiqi işlərini, bu islahatların vətəndaş rifahının təminatına xidmət etdiyini qeyd edib. O bildirib ki, Nazirliyin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinə sadiqlik hər birimizin gündəlik fəaliyyət formulu olmalıdır.
Həmçinin oxuyun
Anar Əliyev təltif edilən əməkdaşları bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan dövlət qulluqçuları barədə məlumat verilib, 2018-ci ildən Nazirliyin 158 əməkdaşının ölkə Prezidentinin Sərəncamları ilə dövlət təltiflərinə layiq görüldüyü vurğulanıb.
Təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim edilib. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ombudsmana ən çox bu nazirlikdən şikayət edilib
Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.Bu barədə Citypost.az-a Ombudsman aparatından məlumat verilib.Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.Qurumlar üzrə müraciətlərdə Əmək...
17 İyul 2026, 19:06
Bakı metrosunda 6 müasir ventilyator quraşdırılıb
"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:"Onlar temperaturun aşağı salınmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".
17 İyul 2026, 19:00
Azərbaycan Çin ilə QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.Citypost.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov ölkəmizdə səfərdə olan "UnionPay"in sədr müavini və baş icraçı direktoru Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən birgə layihələrin icra statusu, ölkədə rəqəmsal ödəniş ekosisteminin və QR kod əsaslı ödəniş həllərinin inkişafı istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə həmçinin tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı inteqrasiya imkanları müzakirə olunub....
17 İyul 2026, 18:41
Bakının bu rayonlarında mənzillər bahalaşıb - SİYAHI
2026-cı ilin iyununda may ilə müqayəsədə paytaxtda mənzillər bahalaşıb.Bu barədə Citypost.az Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.Məlumata görə, yeni tikililərdə mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalıb. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayim olub.İnzibati rayonlar üzrə ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Belə ki, burada yeni tikililərdə qiymətlər 1,9%, köhnə tikililərdə 2,2%, kotlovan mərhələsində olan mənzillərdə isə 2,8% artıb.Yasamal və Nəsimi rayonlarında yeni tikililərdə qiymətlər 1,8%, köhnə tikililərdə müvafiq olaraq 2% və 2,1%, kotlovondan olan mənzillərdə isə müvafiq olaraq 2,6% və 2,7%...
17 İyul 2026, 18:28
Yasamalda mənzildən oğurluq edildi
Yasamal rayonu ərazisində yerləşən evlərin birində talama hadisəsi qeydə alınıb.Citypost.az xəbər verir ki, naməlum şəxs mənzilin qapısının açıq olmasından istifadə edərək evə daxil olub və zərərçəkənin içərisində 1700 manat olan pul kisəsini, eləcə də mobil telefonunu oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 34 yaşlı S.Kişiyeva müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
17 İyul 2026, 18:00
Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişib
Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan birinə malik olduğu hallarda keçiriləcək imtahanın I mərhələsindən azad edilir:- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun...
17 İyul 2026, 17:34