Turniket elmi, yaxud Elnur Əliyevin "müəllim ovu"
Cəmiyyət 17 İyul 2026, 15:19
620
ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) foyesində çəkilmiş bu qısa videoya baxanda adamın gözü önünə elmi-tədqiqat mərkəzi yox, hansısa qədim Şərq bazarının küncündə aldadılmış müştərilərin fəryadı gəlir. Amma buradakılar müştəri deyil, illərin müəllimləridir. Canını dişinə tutub haqqını, kəsilən ballarının hesabını tələb edirlər. Ortada dolaşan mənzərə isə rəsmən absurd teatrıdır. Bir tərəfdə qapıya turniket çəkib içəridə gizlənən, müəllimin qarşısına çıxmağa cürəti çatmayan məmurlar, digər tərəfdə isə fəryad edən biologiya müəllimləri. Bu müəllimlər Elm və Təhsil Nazirliyindən tutmuş Prezident Administrasiyasına, Nazirlər Kabinetinə qədər bütün qapıları döyüblər. Və hər döyülən qapının arxasından onlara eyni cavabı pıçıldayıblar: "Hər şey Elnur Əliyevin başının altından çıxır, sualları o hazırlatdırır". Doğrudan da, bu Elnur Əliyev rəsmən təhsilin başına bəla olub. Ölkədə elə bir təhsil skandalı, elə bir idarəçilik rəzaləti yoxdur ki, altından onun imzası, onun qurduğu "tələlər" çıxmasın.
Sosial şəbəklərdə yayılan bir bir videodakı (https://vt.tiktok.com/ZSXy6M4XY/) müəllimənin Daşkəsəndəki o məşhur görüş xatirəsi isə Elnur Əliyev idarəçiliyinin rəsmi portretidir. Adam hələ 2025-ci ilin iyununda müəlliməyə deyirmiş ki, "Sizdən 51-52 bal gözləyirəm, gəlin sizi direktor təyin edim". 55-57 bal hədəfləyən savadlı müəlliməyə bu "səxavətli" kadrın niyə aşağı bal öhdəliyi qoyduğunu indi hamı anlayır. Sən demə, cənab Əliyev qabaqcadan bilirmiş ki, özünün rəhbərlik etdiyi o ARTİ adlı "elm yuvası" imtahana elə suallar daxil edəcək ki, ölkədə bir dənə də olsun biologiya müəllimi 50 balı keçə bilməyəcək. Orta məktəbdə uşaqlara çiçəyin ləçəyini, yarpağın quruluşunu keçən müəllimin qarşısına Elmi-Tədqiqat İnstitutunun, beynəlxalq olimpiadaların suallarını çıxarıblar. Məqsəd isə bəsitdir: müəllimi sındırmaq, imtahandan kəsmək və sonra da rəqəmlərlə manipulyasiya edib "baxın, müəllimlərimiz savadsızdır" rəyini yaratmaq. Rəsmən müəllim ovuna çıxıblar. Bu, imtahan deyil, müəllimi sıradan çıxarmaq üçün qurulmuş dövlət səviyyəli sistemli bir tələdir. Üstəlik, bu texnoloji dühalların imtahan təşkilatçılığına baxın. Monitora yerləşməyən sual hazırlamaq hansı dahi beynin məhsuludur? Kompüterin ekranında bütöv bir A4 vərəqi boyda sual açılır, variantlar o tərəfə qaçır, mətn bu tərəfə. Müəllim sualın axırına çatanda əvvəlini unudur, vaxt isə su kimi axıb gedir. Təhsil İnstitutu guya rəqəmsal imtahan keçirir, amma kompüterin interfeysindən, şriftindən xəbərləri yoxdur. İndi bu çarəsiz, aldadılmış insanlar ARTİ-nin foyesində Elnur Əliyevi axtarırlar. Amma o yoxdur. Müəllimi sındırmaq üçün sual trapı quranlar, kadr bazarlığı edənlər indi kabinetlərində gizləniblər. Müəllimlər isə qərarlıdır: "gərəkərsə Administrasiyanın qarşısında, asfaltın ortasında yatacağıq, amma geri çəkilməyəyik" deyirlər. Təhsilimizi elə bir bərbad günə qoyublar ki, ölkənin ziyalısı, sinifdə uşaqlara mədəniyyət öyrətməli olan müəllimi öz haqqını almaq üçün asfalt üzərində gecələməyə hazır olduğunu qışqırır. Bax, budur Elnur Əliyev və onun rəhbərlik etdiyi komandanın qurduğu "müasir" təhsil sistemi.
Mən bir şeyi anlamaqda çətinlik çəkirəm: axı nəyə görə sertifikasiya və MİQ imtahanlarını ARTİ keçirməlidir? ARTİ niyə öz işi ilə məşğul olmur? Bəyəm öz işini yarıdıb ki, indi də imtahanlarla məşğul olur? Bu sualın cavabı əslində Azərbaycan məmur aparatının ən sevimli fəlsəfəsinə söykənir: öz işindən başqa hər şeylə məşğul olmaq. Həqiqətən də, adamın beyni dönür: axı adında "Təhsil İnstitutu" yazılan, yaranma missiyası elmi tədqiqatlar aparmaq, dərsliklərin elmi-metodik bazasını hazırlamaq və təhsilin strateji inkişaf yollarını cızmaq olan bir qurumun imtahan mərkəzi kimi fəaliyyət göstərməsi hansı məntiqə sığır?
ARTİ-nin əsas və bir nömrəli vəzifəsi dərsliklərin hazırlanması, onların elmi monitorinqi və kurikulum sisteminin elmi əsaslarla tənzimlənməsidir. Amma bu gün dərsliklərimizin vəziyyəti göz qabağındadır. Hər il sentyabr ayında dərsliklərdəki elmi, qrammatik, hətta məntiqi xətaları müzakirə etməkdən millətin dilində tük bitib. Tarixi faktların təhrif olunmasından tutmuş, ibtidai sinif kitablarında uşaqların psixologiyasını korlayan məntiqsiz nağıllara qədər hər cür rəzalət məhz bu institutun "elmi süzgəcindən" keçib məktəblərə ayaq açır. Öz əsas işini – yəni dərslik məsələsini – bərbad günə qoyan, ortaya normal, savadlı bir proqram qoya bilməyən bir elmi qurum birdən-birə ölkənin ən böyük imtahan təşkilatçısına çevrilir. Niyə? Çünki dərslik yazmaq, proqram hazırlamaq ağır, elmi, məsuliyyətli və ən əsası – kənardan rəhbərliyə "böyük güc və səlahiyyət" qazandırmayan bir işdir. Amma imtahan keçirmək, minlərlə müəllimin taleyini iki dodağının arasına almaq, kimin işdə qalıb, kimin qovulacağına qərar vermək tam başqa bir "zövqdür".
Dünyanın normal ölkələrində, elə bizim özümüzdə də imtahan keçirmək üçün ixtisaslaşmış ayrıca bir qurum var: Dövlət İmtahan Mərkəzi (DİM). İllərlə sınaqdan çıxmış, imtahan texnologiyasına bələd olan, sual kitabçası hazırlamağın metodologiyasını bilən peşəkar bir mərkəz kənarda qalıb. Amma yox, ETN və onun rəhbərliyində oturan Elnur Əliyev kimilər üçün DİM-ə imtahan həvalə etmək səlahiyyəti əldən vermək deməkdir. Əgər imtahanı DİM keçirsə, o zaman ARTİ rəhbərliyi hansısa rayondakı müəlliməyə əvvəlcədən "Səndən bu qədər bal gözləyirəm, gəl səni direktor qoyum" vədlərini verə bilməyəcək. İmtahan rıçaqı nazirliyin öz əlində olmalıdır ki, kadr məsələlərini, müəllimlərin "filtrasiyasını" öz istədikləri kimi idarə edə bilsinlər.
İndi ARTİ elmi araşdırmalar aparan bir beyin mərkəzi deyil, müəllimləri sındırmaq, onları imtahandan kəsib "savadsız" damğası vurmaq üçün istifadə olunan bir cəza aparatıdır. Bir tərəfdən müəllimə bərbad dərslikləri verirlər, o biri tərəfdən də o dərsliklərlə heç bir əlaqəsi olmayan, elmi institutların, olimpiadaların suallarını imtahana salıb müəllimi kəsirlər. Nəticədə isə belə bir rəsmi mənzərə yaranır: dərsliklər keyfiyyətsiz, elmi xətalarla dolu və yararsız; məktəblər idarəçilik və kadr xaosu içində boğulan; Təhsil İnstitutu isə bütün bunları kənara qoyub, foyesində polis çağırıb müəllim qovan, monitora sığmayan suallarla "elm fəthi" edən bir qapalı qalaya çevrilmişdir. Yəni, cənablar öz işlərini o qədər "yarıdıblar" ki, dərslikdəki səhvi düzəltmək üçün savad lazım olduğundan, bunu kənara qoyub müəllimi imtahanda kəsmək kimi daha "asayişli" yola əl atıblar. Çünki bunun üçün sadəcə bir turniket və "Elnur Əliyev" qətiyyəti kifayət edir.
Şəmsi Qoca,
müstəqil jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevlə görüş zamanı Qazaxıstan-Azərbaycan əməkdaşlığının nəqliyyat-logistika sahəsindəki hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.Bu barədə Citypsot.az Qazaxıstanın diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb."Görüş zamanı iki ölkə arasında və regionda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində nəqliyyat əlaqəliliyinin strateji rolu qeyd olunub, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin artırılması istiqamətində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.Birgə layihələrin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Belə ki, Səfir A. Bayel Azərbaycan tərəfinə 2024-cü ildə dövlət başçılarının iştirakı ilə Ələt limanında birgə intermodal terminalın inşası ilə bağlı razılaşma əldə olunduğunu xatırladıb."Azərbaycan tərəfi...
17 İyul 2026, 16:13
İçərişəhərdə Numizmatika Muzeyi açıldı
İyulun 17-də XII əsrə aid tarixi memarlıq abidəsi olan İçərişəhərdəki Aşur məscidində Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.O qeyd edib ki, bu muzeyin yaradılması ölkəmizdə iqtisadi və mədəni münasibətlərin inkişafının, cəmiyyətimizin tarixə və milli-mədəni irsə verdiyi dəyərin bariz göstəricisidir. Onun sözlərinə görə, tariximizin ən etibarlı şahidlərindən biri məhz numizmatikadır. Sikkələr keçmişimiz haqqında məlumat verir, müxtəlif dövrlərin siyasi, iqtisadi və mədəni həyatını əks etdirir. Buna görə də numizmatikanın öyrənilməsi və tədqiqi böyük əhəmiyyət daşıyır.R.Mahmudun sözlərinə...
17 İyul 2026, 15:32
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
Bakının Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.Bu barədə Citypost.az-aRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, məqsəd bu marşrutdan istifadə edən "Zəngilan şəhərciyi" yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin "Yeni Bakı" və "Qurtuluş-93" yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd "King Long" markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən...
17 İyul 2026, 15:26
Kamran Əliyev Samux rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl və Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....
17 İyul 2026, 15:10
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb
Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.Bu barədə Citypost.az- Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.Bildirilib ki, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsi isə 20 qadın, 20 kişiyə verilib.Bundan başqa, humanitar sahələrdə, xüsusilə filologiya, pedaqogikada 8 qadın və 2 kişi olmaqla elmi dərəcə almış qadınların sayı çoxdur. Ancaq texnika elmləri və qismən iqtisad sahələrdə 1 qadın və 4 kişi olmaqla kişilərin payı daha yüksəkdir....
17 İyul 2026, 15:00
Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.Citypost.az xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi və humanitar əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.Rusiya xarici işlər naziri 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəlilədiklərini bildirib.O deyib ki, bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, eləcə də hökumətlərin və Xarici İşlər nazirliklərinin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı məsələlər həll olunub.Rusiyalı nazir tərəflərin iqtisadi sahədə...
17 İyul 2026, 14:50