Bizə yazın

Baku

-°C

USD

-

“Mediada Azərbaycan dili” təlimləri yekunlaşıb, sertifikatlar təqdim olunub 

Cəmiyyət 17 İyul 2026, 13:29

510

“Mediada Azərbaycan dili” təlimləri üzrə sertifikatların təqdimat mərasimi keçirilib.

Citypost.az təqdimat mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarını dərindən bilməsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, dövlət dilinin mediada düzgün tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir.

Əhməd İsmayılov əlavə edib ki, proqram çərçivəsində jurnalistlər üçün "Mediada Azərbaycan dili" metodik vəsaiti hazırlanıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov isə bildirib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir. O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi milli media mühitinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanmış "Mediada Azərbaycan dili" adlı metodik vəsaitin təqdimatı da keçirilib.

Kitabın müəllifləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli, dosent Xatirə Hüseynova və dosent Aynur Nəsirova nəşrin hazırlanma məqsədi, mediada rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər.

Daha sonra təlim proqramını uğurla başa vuran media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “APA Media Group”un 5 əməkdaşı – Nigar Rövşənqızı, Aytən Verdiyeva, İman İmanlı, İlkin Rzayev və Rövşən Əzimov da proqramı uğurla başa vuraraq sertifikatla təltif olunublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları başlayıb

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

17 İyul 2026, 13:24

Yaşar Ağazadə 6 saylı Cəzaçəkmə Müəssisəsində quru aclığa başladı 

6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaşar Vaqif oğlu Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi cənab Mirsaleh Seyidova, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi cənab Fəriz Əliyevə müraciət edərək həyat yoldaşının hüquqlarının pozulduğunu, uzun müddətdir cərimə təcridxanasında saxlanıldığını və quru aclıq aksiyası keçirdiyini bildirib.Citypost.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, Yaşar Ağazadə müəssisəyə köçürüldüyü gündən etibarən 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyevin qərarı ilə heç bir intizam pozuntusu və ya hüquqi əsas göstərilmədən cərimə təcridxanasına yerləşdirilib. İddialara görə, qərarın surəti məhkuma təqdim edilmədiyindən...

17 İyul 2026, 13:16

Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb

Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.Naxçıvan MR Prokurorluğundan Citypost.az-a verilən xəbərə görə, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər...

17 İyul 2026, 13:00

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilib 

İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib.Nazirlər Kabinetindən Citypost.az verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb.Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi...

17 İyul 2026, 12:50

Adil Kərimli Şuşada vətəndaşları qəbul edib 

Mədəniyyət naziri Adil Kərimli iyulun 17-də Şuşa şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binasında keçirilən qəbulda doğma yurda qayıtmış Şuşa sakinləri müraciət və təkliflərini diqqətə çatdırıblar.Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib....

17 İyul 2026, 12:48

Şənbə günü rayonlarda 38 dərəcə isti olacaq 

Azərbaycanda iyulun 18-də havanın 38 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman...

17 İyul 2026, 12:40