Bizə yazın

Baku

-°C

USD

-

İçərişəhərdə Numizmatika Muzeyi açıldı 

Cəmiyyət 17 İyul 2026, 15:32

431

İyulun 17-də XII əsrə aid tarixi memarlıq abidəsi olan İçərişəhərdəki Aşur məscidində Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.

Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

O qeyd edib ki, bu muzeyin yaradılması ölkəmizdə iqtisadi və mədəni münasibətlərin inkişafının, cəmiyyətimizin tarixə və milli-mədəni irsə verdiyi dəyərin bariz göstəricisidir. Onun sözlərinə görə, tariximizin ən etibarlı şahidlərindən biri məhz numizmatikadır. Sikkələr keçmişimiz haqqında məlumat verir, müxtəlif dövrlərin siyasi, iqtisadi və mədəni həyatını əks etdirir. Buna görə də numizmatikanın öyrənilməsi və tədqiqi böyük əhəmiyyət daşıyır.

R.Mahmudun sözlərinə görə, muzeyin yaradılması ilə bağlı qərar qəbul edildikdən sonra bu sahəyə böyük marağın şahidi olublar.

“Bu gün artıq formalaşan konsepsiyamız ondan ibarətdir ki, bura təkcə eksponatların nümayiş etdirildiyi məkan olmayacaq. Muzey həm elmi-tədqiqat mərkəzi, həm seminar və konfransların keçirildiyi platforma, həm də müxtəlif şəxsi kolleksiyaların nümayiş olunduğu mədəniyyət ocağı kimi fəaliyyət göstərəcək”, – deyə o əlavə edib.

Ölkəmizdə uzun illərdir numizmatika sahəsində ixtisaslaşmış ayrıca bir mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, İçərişəhərdə fəaliyyətə başlayan bu muzey Azərbaycanın dövlətçilik tarixinin, mədəni irsinin və zəngin numizmatik irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu, təkcə muzey deyil, həm də dövlətçilik tariximizin öyrənilməsi və təbliği üçün mühüm elmi-mədəni mərkəz olacaq. Numizmatika dövlətçilik tarixinin əsas mənbələrindən biridir. Dünyada elə bir dövlət yoxdur ki, onun tarixini sikkələr və pul nişanları olmadan tam şəkildə öyrənmək mümkün olsun. Hər bir dövlət yarandığı gündən etibarən öz hakimiyyətini, iqtisadi gücünü və suverenliyini zərb etdiyi sikkələr vasitəsilə də nümayiş etdirib. Bu baxımdan, İçərişəhərdə yaradılan Numizmatika Muzeyi Azərbaycanın müstəqil dövlətçilik tarixinin, eləcə də ümumilikdə dövlətçilik ənənələrinin öyrənilməsinə mühüm töhfə verəcək”, – deyə İ.Həbibbəyli vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxışında bildirib ki, yeni muzey ölkənin maddi-mədəni irsinin qorunmasına verilən mühüm töhfədir.

O qeyd edib ki, son illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim şəhərin tarixinin az öyrənilmiş səhifələrinin araşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Arxeologiya və Antropologiya İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda arxeoloji qazıntılar aparılır, sualtı arxeologiya layihələri reallaşdırılır, eyni zamanda, yeni birgə sərgilərin təşkili istiqamətində hazırlıq işləri görülür.

“İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Nahidə Bəkirova bildirib ki, əsas məqsəd yalnız nadir eksponatları nümayiş etdirmək deyil, həm də bu zəngin irsi elmi cəhətdən araşdırmaq, gənclərdə və xarici qonaqlarda Azərbaycan tarixinə marağı artırmaqdır.

“Məhz bu məqsədlə muzeyimizin nəzdində Məşvərətçi Komitə təsis edilib. Komitənin fəaliyyəti muzeyin daim təkmilləşdirilməsinə, ekspozisiyanın dinamik inkişafına xidmət edəcək, buranı gənc alimlər və tələbələr üçün mühüm elmi-tədqiqat və mədəniyyət mərkəzinə çevirəcək”, – deyə o qeyd edib.

Daha sonra çıxış edən muzeyin fond işləri üzrə mütəxəssisi Şahin Əliyev bildirib ki, Numizmatika Muzeyində antik dövrdən müasir dövrədək Azərbaycanın dövlətçilik tarixini, ticarət əlaqələrini və pul dövriyyəsini əks etdirən nadir sikkələr nümayiş olunur.

Şahin Əliyev vurğulayıb ki, muzey yalnız eksponatların nümayiş etdirildiyi məkan olmayacaq. Burada numizmatika sahəsində elmi tədqiqatların aparılması, nadir kolleksiyaların öyrənilməsi, seminar və konfransların təşkili də nəzərdə tutulur. Onun sözlərinə görə, muzey həm yerli ziyarətçilərin, həm də xarici qonaqların Azərbaycanın çoxəsrlik dövlətçilik tarixini daha yaxından tanımasına xidmət edəcək.

Daha sonra Muzeyin konsepsiyasını, ekspozisiyasını əks etdirən videoçarx nümayiş olunub.

Sonda qonaqlar Numizmatika Muzeyi ilə tanış olub, ekspozisiyada nümayiş etdirilən nadir sikkələrə baxış keçiriblər.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu məkanda təşkil edilən ekspozisiyada e.ə. III əsrdən eramızın XX əsrinədək olan geniş tarixi dövrü əhatə edən sikkələr nümayiş etdirilir. Muzeyin numizmatika fonduna aid ümumilikdə 200-dən çox sikkə ekspozisiyada nümayiş olunur. Bu kolleksiya ekspozisiyanın elmi-tarixi əhatə dairəsinin genişləndirilməsinə, numizmatik materialların məzmun və xronoloji baxımdan daha da zənginləşdirilməsinə xidmət edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda bir ayda narkotik dövriyyəsi ilə bağlı 199 fakt aşkar edilib

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Citypost.az verilən məlumata görə, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib.Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb. Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.Hazırda...

17 İyul 2026, 16:28

Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır 

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevlə görüş zamanı Qazaxıstan-Azərbaycan əməkdaşlığının nəqliyyat-logistika sahəsindəki hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.Bu barədə Citypsot.az Qazaxıstanın diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb."Görüş zamanı iki ölkə arasında və regionda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində nəqliyyat əlaqəliliyinin strateji rolu qeyd olunub, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin artırılması istiqamətində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.Birgə layihələrin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Belə ki, Səfir A. Bayel Azərbaycan tərəfinə 2024-cü ildə dövlət başçılarının iştirakı ilə Ələt limanında birgə intermodal terminalın inşası ilə bağlı razılaşma əldə olunduğunu xatırladıb."Azərbaycan tərəfi...

17 İyul 2026, 16:13

525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir 

Bakının Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.Bu barədə Citypost.az-aRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, məqsəd bu marşrutdan istifadə edən "Zəngilan şəhərciyi" yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin "Yeni Bakı" və "Qurtuluş-93" yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd "King Long" markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən...

17 İyul 2026, 15:26

Turniket elmi, yaxud Elnur Əliyevin "müəllim ovu"  

ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) foyesində çəkilmiş bu qısa videoya baxanda adamın gözü önünə elmi-tədqiqat mərkəzi yox, hansısa qədim Şərq bazarının küncündə aldadılmış müştərilərin fəryadı gəlir. Amma buradakılar müştəri deyil, illərin müəllimləridir. Canını dişinə tutub haqqını, kəsilən ballarının hesabını tələb edirlər. Ortada dolaşan mənzərə isə rəsmən absurd teatrıdır. Bir tərəfdə qapıya turniket çəkib içəridə gizlənən, müəllimin qarşısına çıxmağa cürəti çatmayan məmurlar, digər tərəfdə isə fəryad edən biologiya müəllimləri. Bu müəllimlər Elm və Təhsil Nazirliyindən tutmuş Prezident Administrasiyasına, Nazirlər Kabinetinə qədər bütün qapıları döyüblər. Və hər döyülən qapının arxasından onlara eyni cavabı pıçıldayıblar: "Hər şey Elnur Əliyevin başının altından çıxır, sualları...

17 İyul 2026, 15:19

Kamran Əliyev Samux rayonunda vətəndaşları qəbul edib 

Baş prokuror Kamran Əliyev Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl və Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

17 İyul 2026, 15:10

Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb 

Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.Bu barədə Citypost.az- Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.Bildirilib ki, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsi isə 20 qadın, 20 kişiyə verilib.Bundan başqa, humanitar sahələrdə, xüsusilə filologiya, pedaqogikada 8 qadın və 2 kişi olmaqla elmi dərəcə almış qadınların sayı çoxdur. Ancaq texnika elmləri və qismən iqtisad sahələrdə 1 qadın və 4 kişi olmaqla kişilərin payı daha yüksəkdir....

17 İyul 2026, 15:00