İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib
Dünya 17 İyul 2026, 17:08
426
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Yanğın səbəbindən Sinko-Vilyas regionundakı Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastilyo şəhərlərinin sakinlərinin təxliyəsi həyata keçirilib.
Araqon hökumətinin daxili işlər naziri Roberto Bermudes de Kastro bildirib ki, cəlb edilmiş resurslar ən çox narahatlıq doğuran iki rayonu: Unkastilyo və Malpika-de-Arbanı qorumağa imkan verib.
Həmçinin oxuyun
"Bu gün biz yerdə təxminən 450 nəfərin, 30-dan çox təyyarənin və çevik reaksiya bölməsinin 300-dən çox hərbi qulluqçusunun iştirakı ilə mühüm əməliyyatı davam etdirəcəyik", - o qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ABŞ Bəndər-Abbas dəmir yolu stansiyasını vurdu
ABŞ-ın Bəndər-Abbas dəmir yoluna hücumlarından sonra İran Dəmiryolları İdarəsi sərnişin daşımalarında dəyişiklik edib.Citypsot.az APA-ya istinadən məlumat verir ki, İran Dəmiryolları İdarəsi Hörmüzqan vilayətində yerləşən dəmir yolu xəttinin bir hissəsinə ötən gecə edilən hücumdan sonra bu marşrut üzrə sərnişin qatarlarının hərəkətində məhdudiyyətlər yarandığını açıqlayıb.Məlumata əsasən, Hörmüzqan vilayətində yerləşən Bəndər-Abbas stansiyasından yola düşən və ya bu stansiyaya gələn sərnişinlər əvvəlcə avtobuslarla həmin vilayətdə yerləşən Fin stansiyasına çatdırılır, daha sonra isə qatarla səfərlərini davam etdirirlər.Qeyd edək ki, Bəndər-Abbas dəmir yolu stansiyası ötən gecə ABŞ tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və stansiyaya ziyan dəyib.Bəndər-Abbas dəmir yolu stansiyası İranın cənubundakı əsas...
17 İyul 2026, 17:48
İspaniya Baş nazir final oyunu stadiondan izləyəcək
İspaniyanın Baş naziri Pedro Sançes İspaniya və Argentina milli komandaları arasındakı final oyununu stadiondan izləyəcək.Citypost.az xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbələr məlumat yayıb.Sançes iyulun 18-də Nyu-Yorkdakı “MetLife” stadionunda keçiriləcək final matçını izləmək üçün ABŞ-yə səfər edəcək. O, qarşılaşmanı İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə birlikdə VIP lojada izləyəcək.Mənbələrin məlumatına görə, Pedro Sançesi səfərdə həyat yoldaşı Beqonya Qomes müşayiət etməyəcək.Sançes final matçı başa çatdıqdan dərhal sonra Əlcəzairə yollanacaq və bazar ertəsi bu ölkədə rəsmi görüşlər keçirəcək.Qeyd edək ki, bu, Pedro Sançesin turnirin son mərhələsində İspaniya millisinin oyununda iştirakının sual altında qaldığı ilk hal deyil. Baş nazir çərşənbə...
17 İyul 2026, 17:41
İran Ermənistandan aldığı gülləri Rusiyaya satırmış- İxracı dayandırılıb
Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya ixrac üçün güllərin sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.Teleqraf xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.Çiçəklərin mənşəyi ilə bağlı ikitərəfli danışıqlar aparılana qədər sertifikatlaşdırmanın dayandırılması təklif olunur. Agentlik izah edib ki, İrandan gələn güllərin daşınması 2026-cı ildə ötən illə müqayisədə kəskin şəkildə artıb. Bundan əlavə, onların xarici xüsusiyyətləri və qablaşdırmasının əvvəllər Ermənistandan idxal edilənlərlə eyni olduğu iddia edilir.Agentliyin nümayəndələri bildiriblər ki, "Rosselxoznadzor" əvvəllər İranı Ermənistan gül məhsullarına tətbiq edilən müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırıb. Lakin onlar bildiriblər ki, İran tərəfindən heç bir cavab verilməyib.Qeyd edək ki, 22 may 2026-cı...
17 İyul 2026, 17:36
Kerolin Levit: ABŞ İranı istənilən vaxt, istənilən yerdə vura bilər
Ağ Evin mətbuat katibi Kerolin Levit ABŞ-ın zərurət yaranacağı təqdirdə istənilən vaxt və istənilən yerdə İrana zərbə endirmək imkanına malik olduğunu bildirib.Citypost.az xəbər verir ki, Levit mətbuat brifinqində çıxışı zamanı iddia edib ki, İranın müdafiə imkanları ciddi şəkildə zəiflədilib. Onun sözlərinə görə, bu vəziyyətə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi dövründə həyata keçirilən "Epik Qəzəb" əməliyyatı da təsir göstərib.Ağ Ev rəsmisi vurğulayıb ki, ABŞ-ın hərbi imkanları İrana qarşı istənilən vaxt əməliyyat keçirməyə şərait yaradır.Turan...
17 İyul 2026, 11:28
Almaniyada İsanın heykəlində məskunlaşan 35 min arı xilas edilib
Almaniyanın Bavariya əyalətində yerləşən Deqqendorf şəhərində İsa peyğəmbərin taxta heykəlinin içərisində məskunlaşan təxminən 35 min arı peşəkar arıçının müdaxiləsi ilə xilas edilib.Citypost.az Bild qəzetinə istinadən xəbər verir ki, heykəl bərpa işləri üçün yerindən götürülərkən içərisində arı pətəyi və mum aşkar olunub. Bundan sonra yerli arıçı Saymon Veber hadisə yerinə dəvət edilib.Arıçı heykəlin arxa hissəsini açaraq əvvəlcə kraliça arını tapıb və xüsusi qutuya yerləşdirib. Daha sonra digər arılar da onun ardınca yeni yuvaya köçürülüb.Saymon Veberin sözlərinə görə, arılar heykəli ağacdakı təbii oyuq hesab edərək burada məskunlaşıblar. O bildirib ki, vaxtında müdaxilə edilməsəydi, koloniyanın sağ qalması çətin olardı.Turan...
17 İyul 2026, 11:26
Kanadalı qadın pitonla təyyarəyə minməyə çalışdı
Kanada vətəndaşı Amsterdam hava limanında büsthalterində gizlətdiyi top piton ilanı ilə təyyarəyə minməyə cəhd edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsinin (NVWA) məlumatına görə, qorunan növə aid ilan təhlükəsizlik yoxlaması zamanı aşkarlanıb.Qadın ilanı qaldığı oteldə tapdığını iddia etsə də, bu izahat müfəttişlərdə şübhə yaradıb. Nəticədə hadisə ilə bağlı protokol tərtib edilib və ilan müsadirə olunaraq xüsusi sığınacağa yerləşdirilib.NVWA bir daha xatırladıb ki, qorunan heyvan növlərinin müvafiq icazə olmadan ölkədən çıxarılması qadağandır.Əli...
17 İyul 2026, 11:24