Bizə yazın

Baku

-°C

USD

-

AzTV-nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimatı olub

Cəmiyyət 21 İyul 2026, 09:46

589

"Azərbaycan Televiziya və Radio Verilişləri QSC"nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimat mərasimi olub.

AzTV-nin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim olunan ekran əsərinin milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini, süni intellektin yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməli olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. QSC sədri əlavə edib ki, tarixi yaşatmaq və onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir və film Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

21 İyul 2026, 16:07

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər.Bu barədə Citypost.az  xəbər verir.

21 İyul 2026, 15:50

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.Bu barədə Citypost.az  Berlinə ezam olunan əməkdaşı xəbər verir.Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyın Federal Kansleri Fridrix Merts Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalayıblar.Tədbirdə həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

21 İyul 2026, 15:45

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....

21 İyul 2026, 15:23

Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb

Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.Citypost.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.Faktla bağlı araşdırma aparılır.

21 İyul 2026, 14:20

Prokurorluq “Vital Hospital”la bağlı araşdırmaya başladı

Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindıən bildirilib.Qeyd edək ki, sosial şəbəkədə "Vital Hospital"da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.

21 İyul 2026, 14:07