Polad Həşimovun məzarı ilə bağlı iddialar araşdırılsın - Siyasi fəaldan ÇAĞIRIŞ
Cəmiyyət 21 İyul 2026, 10:05
633
Aslan Həmidli: "Polad Həşimovun adı hər zaman uca tutulmalıdır"
Siyasi fəal Aslan Həmidli Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə münasibətlə bağlı paylaşım edib.
O bildirib ki, Polad Həşimov təkcə ailəsinin deyil, bütün Azərbaycanın qürurudur və onun xatirəsinə göstərilən hər hansı laqeydlik cəmiyyəti narahat etməlidir:"Milli Qəhrəmanımız, General-mayor Polad Həşimov təkcə bir ailənin yox, bütün Azərbaycanın qürurudur. Onun xatirəsinə göstərilən hər hansı laqeydlik hər bir vicdanlı insanı narahat etməlidir."
Aslan Həmidli qeyd edib ki, əgər məzarla bağlı səsləndirilən iddialar doğrudursa, aidiyyəti qurumlar məsələyə dərhal aydınlıq gətirməlidir:"Əgər doğrudan da məzar daşının dəfələrlə dəyişdirilməsi, keyfiyyətsiz işlər, xatirəsinə layiq olmayan vəziyyət və digər nöqsanlar mövcuddursa, aidiyyəti qurumlar bunu dərhal araşdırmalı, ictimaiyyətə aydın izahat verməli və bütün problemləri aradan qaldırmalıdır. Şəhidlərimizin xatirəsi heç bir səhlənkarlığın və məsuliyyətsizliyin mövzusu ola bilməz."
O vurğulayıb ki, Polad Həşimovun Vətən qarşısındakı xidmətləri daim yüksək ehtiramla yad edilməlidir:"Polad Həşimov bu Vətən uğrunda canını fəda edib. Bizim borcumuz isə onun adını, ruhunu və xatirəsini ən yüksək ehtiramla yaşatmaqdır. Şəhid məzarlarına, dövlət rəmzlərinə və qəhrəmanlarımızın irsinə münasibətdə ən kiçik səhlənkarlıq belə qəbuledilməzdir."
Həmçinin oxuyun
Siyasi fəal məsul qurumların operativ addım atacağına ümid etdiyini də bildirib:"Ümid edirəm ki, məsul qurumlar yaranmış vəziyyətə operativ reaksiya verəcək, faktlar araşdırılacaq, nöqsanlar aradan qaldırılacaq və bu işdə səhlənkarlığa yol verənlər qanun çərçivəsində məsuliyyət daşıyacaqlar."
Aslan Həmidli sonda əlavə edib:"Polad Həşimovun adı hər zaman uca tutulmalıdır. Bu, həm dövlətə, həm də cəmiyyətə düşən mənəvi borcdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik."
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.
21 İyul 2026, 16:07
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər.Bu barədə Citypost.az xəbər verir.
21 İyul 2026, 15:50
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb
İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.Bu barədə Citypost.az Berlinə ezam olunan əməkdaşı xəbər verir.Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyın Federal Kansleri Fridrix Merts Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalayıblar.Tədbirdə həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.
21 İyul 2026, 15:45
Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....
21 İyul 2026, 15:23
Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb
Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.Citypost.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.Faktla bağlı araşdırma aparılır.
21 İyul 2026, 14:20
Prokurorluq “Vital Hospital”la bağlı araşdırmaya başladı
Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindıən bildirilib.Qeyd edək ki, sosial şəbəkədə "Vital Hospital"da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.
21 İyul 2026, 14:07