"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb
Cəmiyyət 23 İyul 2026, 11:53
312
"Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib.
Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
İşçi qrupunun rəhbəri, mədəniyyət naziri Adil Kərimli "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxışında Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması və mədəniyyət sahəsinin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Konsepsiyanın icrası prosesində əsas icraçı qurumların üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.
Daha sonra Konsepsiyanın icrası ilə bağlı nazirlikdaxili İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova Konsepsiyanın icrası çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Nazir müavini Tədbirlər Planında nəzərdə tutulan 84 genişmiqyaslı tədbirin icrasının əlaqələndirilməsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını, monitorinq və hesabatlılıq sisteminin formalaşdırıldığını bildirib.
Həmçinin oxuyun
Nazirlikdaxili İşçi qrupunun rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov Nazirlər Kabinetinin müvafiq Sərəncamına dair təqdimatla çıxış edərək, sənəddən irəli gələn vəzifələr, müəyyən edilmiş icra müddətləri və aidiyyəti qurumlar arasında əlaqələndirmə mexanizmləri barədə məlumat verib.
Ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
CNN: Mossad rəhbəri İranla bağlı kəşfiyyat məlumatlarını ABŞ-a ötürüb
İsrailin xarici kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Qofman iki həftə əvvəl Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə görüşüb.Citypost.az CNN-ə istinadən xəbər verir ki, görüş zamanı Qofman İranla bağlı kəşfiyyat məlumatlarını ABŞ tərəfi ilə bölüşüb. Bildirilir ki, müzakirələr Pikaks dağı, uran məsələsi və İran iqtisadiyyatı ətrafında aparılıb.Məlumata əsasən, CNN məsələ ilə bağlı Ağ Evdən münasibət öyrənməyə çalışsa da, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) şərh verməkdən imtina edib.Əli...
23 İyul 2026, 13:09
Ədalət Verdiyev: ABŞ hərbçilərinin ölümü İran üçün ağır nəticələr vəd edir
Hərbi ekspert Ədalət Verdiyev Baku TV-nin efirində İranın regional vəziyyəti və mümkün hərbi risklərlə bağlı fikirlərini bölüşüb.O bildirib ki, hazırda İranın Çin və Rusiya ilə əlaqəsi əsasən Xəzər dənizi vasitəsilə mümkündür. Ekspertin sözlərinə görə, bu marşrut da tam təhlükəsiz hesab edilmir.Ədalət Verdiyev, həmçinin qeyd edib ki, kütləvi ballistik raket hücumlarının qarşısını tam şəkildə almaq mümkün deyil.Hərbi ekspert vurğulayıb ki, ABŞ hərbçilərinin həlak olması Amerika cəmiyyətində çox həssas qarşılanır və belə hadisələr İran üçün ciddi nəticələrə səbəb ola bilər.Yusif...
23 İyul 2026, 12:58
Vüsal Məmmədov: Öz ölkəndə öz dilində danışa bilməmək böyük problemdir
Jurnalist Vüsal Məmmədov Azərbaycan dilinin sosial şəbəkələrdə istifadəsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, bəzi bloqerlər videolarında Azərbaycan dilində işlənən "təqib edin" ifadəsi əvəzinə türk dilindəki "takip edin" sözünü istifadə edirlər. Jurnalistin sözlərinə görə, bunun səbəbi "təqib etmək" ifadəsinin Azərbaycan dilində daha çox mənfi məna daşıması və izləyicilər tərəfindən fərqli başa düşülməsi ilə bağlıdır.Vüsal Məmmədov qeyd edib ki, bu vəziyyət insanların öz dillərində rahat şəkildə danışa bilməməsini göstərən ciddi problemdir. Onun fikrincə, Azərbaycan dilində danışıldıqda belə, cəmiyyətin bir hissəsinin bunu düzgün anlamaması narahatedici haldır.Jurnalist, həmçinin, bəzi şəxslərin valideynlərə övladlarını rus bölməsinə qoymamağı tövsiyə etdiyini xatırladaraq, əvvəlcə...
23 İyul 2026, 12:35
Professor Vüqar Əhməd AMEA-nın "Döş nişanı" ilə təltif olunub
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Milli mətbuatın 151 illiyi münasibətilə AMEA-nın "Döş nişanı" ilə təltif olunub.Citypost.az xəbər verir ki, Vüqar Əhməd bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, göstərilən diqqətə və yüksək etimada görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin təşəkkürünü bildirib.Professor Vüqar Əhməd təltifini Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə verilən yüksək qiymət kimi dəyərləndirib.Əli...
23 İyul 2026, 12:20
Sabah bu rayonlarda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.Citypost.az-a xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti...
23 İyul 2026, 12:05
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq FHN-in Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, tədbirin əsas məqsədi əlilliyi olan şəxslər və onlara qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və...
23 İyul 2026, 12:02