Bizə yazın

Baku

-°C

USD

-

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

Cəmiyyət 23 İyul 2026, 12:02

419

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq FHN-in Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən Citypost.az-a verilən xəbərə görə, tədbirin əsas məqsədi əlilliyi olan şəxslər və onlara qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İşğaldan azad edilmiş ərazilərlə bağlı yeni fond təsis olunur

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mənzil Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək....

23 İyul 2026, 13:35

İlhamə Novruzova vəzifəsini itirdi - Onun yerinə bu şəxs gətirildi 

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.Citypost.az  xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 23 iyul tarixində sərəncam imzalayıb.Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad olunub.Qeyd edək ki, iyulun 22-dıə Naxçıvan TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib.Digər bir sərəncamla Vüsal Muradov Naxçıvan TV-nin sədr müavini təyin olunub.QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub....

23 İyul 2026, 13:33

Ədalət Verdiyev: ABŞ hərbçilərinin ölümü İran üçün ağır nəticələr vəd edir

Hərbi ekspert Ədalət Verdiyev Baku TV-nin efirində İranın regional vəziyyəti və mümkün hərbi risklərlə bağlı fikirlərini bölüşüb.O bildirib ki, hazırda İranın Çin və Rusiya ilə əlaqəsi əsasən Xəzər dənizi vasitəsilə mümkündür. Ekspertin sözlərinə görə, bu marşrut da tam təhlükəsiz hesab edilmir.Ədalət Verdiyev, həmçinin qeyd edib ki, kütləvi ballistik raket hücumlarının qarşısını tam şəkildə almaq mümkün deyil.Hərbi ekspert vurğulayıb ki, ABŞ hərbçilərinin həlak olması Amerika cəmiyyətində çox həssas qarşılanır və belə hadisələr İran üçün ciddi nəticələrə səbəb ola bilər.Yusif...

23 İyul 2026, 12:58

Vüsal Məmmədov: Öz ölkəndə öz dilində danışa bilməmək böyük problemdir  

Jurnalist Vüsal Məmmədov Azərbaycan dilinin sosial şəbəkələrdə istifadəsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, bəzi bloqerlər videolarında Azərbaycan dilində işlənən "təqib edin" ifadəsi əvəzinə türk dilindəki "takip edin" sözünü istifadə edirlər. Jurnalistin sözlərinə görə, bunun səbəbi "təqib etmək" ifadəsinin Azərbaycan dilində daha çox mənfi məna daşıması və izləyicilər tərəfindən fərqli başa düşülməsi ilə bağlıdır.Vüsal Məmmədov qeyd edib ki, bu vəziyyət insanların öz dillərində rahat şəkildə danışa bilməməsini göstərən ciddi problemdir. Onun fikrincə, Azərbaycan dilində danışıldıqda belə, cəmiyyətin bir hissəsinin bunu düzgün anlamaması narahatedici haldır.Jurnalist, həmçinin, bəzi şəxslərin valideynlərə övladlarını rus bölməsinə qoymamağı tövsiyə etdiyini xatırladaraq, əvvəlcə...

23 İyul 2026, 12:35

Professor Vüqar Əhməd AMEA-nın "Döş nişanı" ilə təltif olunub  

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Milli mətbuatın 151 illiyi münasibətilə AMEA-nın "Döş nişanı" ilə təltif olunub.Citypost.az xəbər verir ki, Vüqar Əhməd bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, göstərilən diqqətə və yüksək etimada görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin təşəkkürünü bildirib.Professor Vüqar Əhməd təltifini Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə verilən yüksək qiymət kimi dəyərləndirib.Əli...

23 İyul 2026, 12:20

Sabah bu rayonlarda 39 dərəcə isti olacaq 

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.Citypost.az-a xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti...

23 İyul 2026, 12:05