Bizə yazın

Baku

-°C

USD

-

10 milyonluq qalmaqal: İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Cəmiyyət 23 İyul 2026, 20:00

401

"Optimal Elektronika" MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə məxsus milyonlarla manat dəyərində əmlaklarla bağlı məhkəmə qərar qəbul edib.

Citypost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əhəd Əsgərovun rəhbəri və payçısı olduğu şirkətlərin banklardan birinə 10 162 916.82 manat və 8 993.57 ABŞ dolları məbləğində borcu yaranıb.

Bununla bağlı borcun tutulması, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi, əmlakların boşaldılması və digər tədbirlərin görülməsi barədə məhkəməyə müraciət olunub. Sezar pizza

Məhkəmə materiallarından məlum olub ki, Ə.Əsgərovun özünün adında və onun payçılığı ilə aşağıdakı şirkətlər fəaliyyət göstərir:

Əhəd Əsgərovun adına qeydiyyatda olan şirkətlər:

- "Opti Azərbaycan-Türkiyə Sənaye və Ticarət Şirkəti" MMC;

- "Optimal Holding" MMC;

- "Grand Mebel Mərkəzi" MMC;

- "Optimal Elektroniks Ltd" MMC;

- "Flora" MMC;

- "Bonus Market" MMC;

- Atasının adına təsis edilmiş "Tofik" firması.

Əhəd Əsgərovun payçı olduğu şirkətlər:

- Elşən Nəbiyev Firidun oğlunun adına - "Optimal Mebel" MMC, "Omeqa Servis Mərkəzi" MMC;

- Vüqar Göyüşov Vahid oğlunun adına - "Global Elektroniks" MMC;

- Cavidan Nəbiyev Mübariz oğlunun adına - "Optimal Aqro" MMC;

- Temur Eubidzenin adına - ELİT.EO MMC;

- Şaiq Cəfərov Zeynalabdı oğlunun adına - MOV MMC.

İddiaçı məhkəmədən Əhəd Əsgərova və onun payçı olduğu şirkətlərə məxsus aşağıdakı əmlakların üzərinə həbs qoyulmasını istəyib:

- Bakıda iki müxtəlif ünvanda yerləşən qeyri-yaşayış sahələri;

- Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 134;

- Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 135;

- Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən fərdi yaşayış evi;

- Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, mənzil 37;

- Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi;

- Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospektində yerləşən qeyri-yaşayış binası;

- Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0931 hektar torpaq sahəsi;

- Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0944 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi;

- Abşeron rayonu, Masazır kəndində yerləşən 5,5912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,04124 hektar hissəsi;

- Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, mənzil 1;

- Şirvan şəhəri, F.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahələri;

- Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 270.5 və 93.1 kvadratmetr sahəsi olan qeyri-yaşayış binaları.

Həmçinin aşağıdakı nəqliyyat vasitələrinə də həbs qoyulması tələb edilib:

- "Mercedes C220 CDI" markalı minik avtomobili;

- "QAZ 33021" markalı yük avtomobili;

- "Hyundai Santa Fe" markalı minik avtomobili.

Məhkəmə ərizəni qismən təmin edib.

Qərara əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Xoyski küçəsindəki qeyri-yaşayış sahələrinin, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binalarının, həmçinin "Mercedes C220 CDI", "QAZ 33021" və "Hyundai Santa Fe" markalı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilib.

Qeyd edək ki, Əhəd Əsgərov milyonlarla manat borc fonunda rəhbərlik etdiyi "Optimal Elektronika" MMC-ni 2023-cü ildə satıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İkinci kurs tələbəsi dünyasını dəyişdi

ADNSU-nun 2-ci kurs tələbəsi dünyasını dəyişib.Citypost.az xəbər verir ki, Fərid Şirinov uzun sürən xəstəlikdən sonra vəfat edib.

23 İyul 2026, 20:17

Azərbaycan və Rusiya Xəzərlə bağlı əməkdaşlığı müzakirə edib

23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Görüş zamanı, Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.Nazir Ceyhun Bayramov COP-29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə...

23 İyul 2026, 19:38

Əcəmi Naxçıvaninin Naxçıvanda ucaldılan abidəsinin ilk görüntüsü

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb.Citypost.az anz.az-a istinadən xəbər verir ki, abidə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” İstirahət Kompleksində yerləşdirilib.Qeyd edək ki, Prezident İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna xidmətləri olan Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması nəzərdə tutulmuşdu.

23 İyul 2026, 18:54

Yarım ildə qatarlara 21 daşatma hadisəsi qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb.Citypost.az bu barədə ADY-yə istinadən xəbər verir.Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb olunur."Yetkinlik yaşına çatmayanların bu cür hərəkətlər törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə müəyyən edilmiş məsuliyyəti daşıyırlar", - QSC bildirir.ADY valideynlərə müraciət edərək xahiş edir ki, övladlarını bu cür təhlükəli hərəkətlərdən uzaq tutsunlar və onlarla...

23 İyul 2026, 18:39

Qəsdən adam öldürməyə cəhd edənlərin məhkəməsi başlayır

Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfər ifşa edilib.Citypost.az  xəbər verir ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin...

23 İyul 2026, 18:22

Koretski: Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb 

Ukrayna yeni dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində Beynəlxalq Valyuta Fondundan (IMF) təxminən 690 milyon dollar məbləğində ikinci tranşı alıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski sosial şəbəkələrdə məlumat verib."Vəsaitlər artıq dövlət büdcəsinə daxil olub və makromaliyyə sabitliyinin dəstəklənməsinə, xüsusilə də prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - o yazıb.

23 İyul 2026, 18:05