Bizə yazın

Baku

-°C

USD

-

Fazil Mustafadan kəskin tənqid: "İndimiz elə qaranlıq keçmişimizdir"

Cəmiyyət 10 Avqust 2026, 18:41

632

Bu qaraguruhun müzakirəsinə bir yazar fərqli baxış içərən bir əsər çıxara bilərmi?

Bu qaragüruhun müzakirəsinə bir filosof onların bəyənmədiyi bir düşüncə tezisi çıxara bilərmi?

Bu qaragüruhun tüğyan etdiyi dövrdə, yəni 2026-cı ildə "Molla Nəsrəddin" jurnalı çıxa bilərmi? 

Bu qaragüruhun zövqünün önündə, yəni 2026-cı ildə "Qəm pəncərəsi" kimi şedevr film çəkilə bilərmi?

Bir sosioloq bu cəmiyyət üzərində zəka səviyyəsini müəyyən edən obyektiv tədqiqat apara bilərmi?

Bu sualları cavab verilməsi üçün ünvanlamıram. Düşüncəni, müzakirəni öldürən, daş-qalaq edən bir cəmiyyətin gələnəkçisi gələcəkçisini hər zaman basdıracaq. Yaxşı ki, bir az demokratiya defisiti yaşayırıq, arzuladıqları demokratiya bolluğu olsaydı bu küyün içində səsmi eşidilərdi?

Bu il Müqəddəs sayılan yerləri piyada ziyarət edənlərin sayı ötən ildəkindən iki dəfə artıq oldu. Əminliklə söyləyirəm ki, azərbaycanlı olaraq bu potensialımız gələn ilə daha ikiqat artacaqdır. Sevinirəm ki, bir neçə müzakirə epizodu ilə diplomlu millətçi, tarixçi, fəlsəfəçi, dinçi, ateist, jurnalst, yazar Məhəmmədhəsən əmilərin bolluğunu bu millətin gələcəkçilərinə göstərə bildik. Bütün piyadaların ziyarətlərini Allah qəbul etsin! Gələcəkçilərin isə ziyarət yeri olmadığından başlarının çarəsini qılsınlar. Yəni gələcək üçün yazmağa davam etsinlər. Çünki düşüncə olaraq indimiz elə qaranlıq keçmişimizdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlvida, Çingiz! - Sabir Rüstəmxanlı yazır

Əlvida, Çingiz!Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm ki, Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar:— Gəl, gəl, indi sən danışacaqsan.Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qarşısında və çoxdan eşitmək arzusunda olduğum gur, cavanlıq səsiylə danışır.“Gör, nə xoşbəxtlikdir”, — deyirəm, — “Çingiz sağalıb və hətta bu gecədə çıxış edir”.Yana çevriləndə məni görür, gülümsəyir. Nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir.Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib...

10 Avqust 2026, 13:16

Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın - FAZİL MUSTAFA

Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: Məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.Bunu millət vəkili Fazil Mustafa bildirib."Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər. Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna...

10 Avqust 2026, 12:36

Avtomobildə kondisioner qazının sızması: Nə vaxt doldurulmalıdır?

Yay aylarında nəqliyyat vasitələrində rahatlığı təmin edən ən vacib sistemlərdən biri avtomobil kondisioneridir. Lakin bir çox sürücü soyutma sisteminin zəifləməsini sadəcə havanın həddən artıq isti olması ilə əlaqələndirir vər nəticədə sistemdəki ciddi texniki nasazlıqları gözərdən qaçırır. Avto-servis mütəxəssislərinin bildirdiyinə görə, kondisionerin tam gücü ilə işləməməsinin əsad səbəbi sistemdəki xüsusi soyuducu qazın (freonun) sızması və ya vaxtında yenilənməməsidir.Citypost.az xəbər verir ki, kondisioner sistemi tamamilə germetik (qapalı) bir dövrə olsa da, avtomobilin mütəmadi olaraq titrəməsi, temperatur dəyişiklikləri vər rezin boruların, kipləşdirici halqaların zamanla köhnəlməsi səbəbindən qazın təbii şəkildə azalması baş verir. İllik norma daxilində qazın 5-10 faiz itkiyə uğraması təbii hal sayılır....

10 Avqust 2026, 12:30

Təxirəsalma sindromunun arxasında nə dayanır: Niyə bəzi insanlar işləri son dəqiqəyə saxlayır?

İş və ya təhsil həyatında bir çox insanın qarşılaşdığı ən böyük psixoloji maneələrdən biri verilməyən tapşırıqları, layihələri və ya təxirəsalınmaz işləri son ana qədər ləngitmək vərdişidir. İctimaiyyət arasında bu hal adətən tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndirilsə də, psixologiya və neyrobiologiya sahəsində tətbiq olunan tədqiqatlar tamamilə fərqli bir mənzərəni üzə çıxarır. Mütəxəssislər bildirirlər ki, prokrastinasiya (işləri xroniki olarak son dəqiqəyə saxlama) vaxtın idarə olunmaması problemi deyil, emosiyaların və təşvişin tənzimlənə bilməməsindən qaynaqlanan mürəkkəb psixoloji vəziyyətdir.İnsana tapşırıq həvalə edildikdə, beynin mühakimə mərkəzi işin çətinliyini və nəticənin ideallığını qiymətləndirir. "Yüksək keyfiyyətlə edə bilməyəcəm" və ya "Səhv edəcəm" düşüncəsi insanda güclü təşviş yaradır....

10 Avqust 2026, 12:11

Salam Sarvanın 60 yaşına  - Şərif Ağayarın YAZISI

Yaxşı əsərin bir sepesifik cəhəti var: sən onu oxuyub bitirəndə, artıq oxumağa başladığın adam olmursan, nəsə dəyişir, nəsə yenilənir. Böyük müəlliflər də belədir. Onlarla nəsə dəyişir, nəsə yenilənir və artıq ədəbiyyat əvvəlki ədəbiyyat olmur. Bu gün belə müəlliflərdən birinin - Salam Sarvanın 60 yaşı tamam olur. Mən Salamı ciddi-ciddi oxuyandan, daha doğrusu canıma çəkəndən sonra iki-üç il sözün arxasınca addım ata bilmədim. Səntirlədim, büdrədim, müvazinətimi itirdim...Uzun müddət şeir yazmadım! Bir müddət sonra isə gəncliyi 90-cı illərə düşən bir çox qələm adamı kimi Salamı imitasiya eləməyə başladım. Amma tez ayıldım, gördüm bu, iş deyil və xilas üçün üzümü Füzuliyə tutdum. O da lap qəddarmış!Salamdan sonra şeir yazmadımsa, Füzulidən...

10 Avqust 2026, 12:00

Sosial müavinət və təqaüdlə bağlı VACİB MƏLUMAT

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.Məlumata görə, onların 52,8 %-ni kişilər, 47,2 %-ni isə qadınlar təşkil edib.

10 Avqust 2026, 11:32