Axşamları qaynar qazana dönən bu platforma bir zümrə qadınlarla dolu olur...
Cəmiyyət 08 Avqust 2026, 12:58
645
İllər əvvəl çox hörmət etdiyim bir xanım qonşusu olan nənə haqqında olduqca maraqlı əhvalatlar danışırdı. Bunların içərisində kədərlisi də var idi, xoş əhval-ruhiyyəlisi də. Amma biri heç yadımdan çıxmır.
Deməli, nənənin həyat yoldaşı 1941-ci ildə müharibəyə gedir. Beş il ərzində qara məktub alan, itkin xəbəri alan yüzlərlə, minlərlə ailə olur. Nənə bir müddət ərindən məktub alsa da, geridə qalan vaxtı heç bir xəbər gəlmir. 1945-ci ildə müharibə bitir. Yenə də kişinin nə öldü, nə də qaldı xəbəri gəlir. Qohum - əqraba daha əlini üzür ki, müharibədə ya həlak olub, ya da itkin düşüb. Əsir də düşə bilərdi, amma o zaman da hansısa məlumat olardı.
Lakin nənə heç vaxt ümidini üzmür. Deyirmiş ki, "O gedəndə mənə söz verib, qayıdıb gələcək". Əgər, harasa gedərmişsə, evinin açarını qonşuya verərmiş ki, kişi gələndə qapıda qalmasın. Ölən gününə kimi bu ümidlə yaşayır həmin qadın. Amma təəssüf ki, ömür-gün yoldaşından da heç bir xəbər olmur. Nənə öz ölümü ilə həyat yoldaşını da həmin gün öldürür. Bir yerdə, bir qəbirdə dəfn olunurlar sanki.
Əlbəttə, bu, bir Azərbaycan qadınının sədaqəti, etibarı və vəfasıdır. Əhdinə dönük çıxmayan, yuvasının istiliyini, məhrəmliyini son nəfəsinə kimi qoruyan. Taleyinin uğursuzluğu ilə barışıb, ömrünü qocaldan, amma inamını itirməyən bir xanımın həyat hekayəsidir. O son nəfəsinə kimi ərinin verdiyi sözə dönük çıxmayacağını düşünərək, yol gözləyib.
Bax, əsl ailə modeli dediyimiz nümunələrdən biri də budur. Yüzlərlə belə misallar çəkə bilərik.
Təəssüf ki, son illər bu sahədə də axsamlar, neqativlər çoxalıb. Təkcə, Tik-Tok sosial şəbəkə yə nəzər yetirmək kifayətdir ki, bəs etsin. Axşamları qaynar qazana dönən bu platforma yaşından asılı olmayaraq bir zümrə qadınlarla dolu olur. Elə bil, onları hansısa sel gətirib yığır bir yerə.
Məəttəl qalırsan, niyə qışqırırlar, nəyin davasını aparırlar. Şit gülüşlər, sırtıq, düşük danışıqlar, ədəbsiz dialoqlar, söyüş, təhqir baş alıb gedir. Ağızlarını marçıldadıb yemək yeməyi özlərinə hünər bilirlər. Hara gedirik, necə olacaq bunların axırı, düşündükcə dəhşətə gəlir insan. Bunlarmı ailə qoruyub, sədaqət, vəfa nümayiş etdirəcəklər? Əksinə, belələri yetişməkdə olan nəslə pis nümunə olmaqla yanaşı, yol yoldaşı da olurlar. Gəncləri də öz axınlarını salıb, körükləyirlər üzü aşağı.
Ərdən boşanıb, övladından silah, vasitə kimi istifadə edən belələri macəra axtarırlar. O uşaqların taleyi necə olacaq? Gələcəkdə cəmiyyət üçün yararlı vətəndaş kimi böyüyəcək, ya valideynin tutduğu yolu əsas götürərək, ən asan qazanc dalınca gedəcək? Bütün bunlar olduqca narahatedici məqamlardır. Yavaş-yavaş sanki qabığımız soyulur, rənginiz dəyişdiyi kimi, içimiz, daxilimiz də çökür. Dəyərlər, o dəyərlərə sədaqət unudulur. TƏƏSSÜF...
Ramidə Yaqubqızı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
08 Avqust 2026, 13:53
Zahid Oruc: "Zəfərdən Vaşinqtona - Qafqazın yeni geosiyasi xəritəsi cızılır”..
8 Noyabr 2020-dən 8 Avqust 2025-ə uzanan yol Azərbaycanın qazandığı iki əsrlik tarixi uğur olmaqla bərabər, Cənubi Qafqazın əvvəlki geosiyasi nizamdan yeni siyasi arxitekturaya keçid tarixidir. Vaşinqtonda rəsmiləşən Qələbə hərbi meydanda ordumuzun nail olduğu qalibiyyəti tanıtdırmaqla yanaşı, Qarabağdan sonra ölkəmizin qarşısında Zəfəri davamlı sülhə və regional liderliyə çevirməyə nail oldu.Otuz ilə yaxın davam edən işğalın sona çatması ilə Azərbaycan “dondurulmuş münaqişə”, “status-kvo”, “həll olunmamış Qarabağ problemi” kimi ifadələr çox yüzillik mənasını itirdi və yeni geosiyasi inqilabın nəticəsində qalib reallıq formalaşdı.2020-ci il Zəfərindən sonra qarşıda duran əsas sual hərbi qələbəni siyasi nailiyyətə və davamlı sülhün təmiunatına yönəltmək idi. Prezident İlham Əliyevin...
08 Avqust 2026, 12:49
Nikol Paşinyan İlham Əliyevə zəng etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.Söhbət zamanı iki ölkə arasında iqtisadi...
08 Avqust 2026, 12:46
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayıb.Bu barədə MÜTDA-dan məlumat verilib.Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.
08 Avqust 2026, 11:42
“Məkkə Sazişi” Yaxın Şərqdə yeni güc xətti yaradır – İran niyə narahatdır?
Yaxın Şərqdə illərdir davam edən geosiyasi qarşıdurmalar fonunda regionun təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklərin əlamətləri görünür. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi” də bu baxımdan adi hərbi əməkdaşlıq sənədi deyil, daha geniş strateji məna daşıyan hadisə kimi diqqəti cəlb edir.Sazişin ən mühüm müddəalarından biri tərəflərdən birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilməsidir. Bu prinsip Ankara, Ər-Riyad və İslamabad arasındakı münasibətləri ənənəvi hərbi əməkdaşlıq çərçivəsindən çıxararaq kollektiv təhlükəsizlik modelinə yaxınlaşdırır.Yeni razılaşmaya Tehrandan verilən sərt reaksiya da təsadüfi deyil. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi sazişin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə...
08 Avqust 2026, 11:32
Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”
Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:- Sizin Şah İsmayıl Xətai və Səfəvilər Dövləti ilə bağlı fikirləriniz yenidən gündəm olub. Sizə qarşı...- Əslində son yazılarımda mənim tərəfimdən bu mövzuda hansısa müzakirə açılmayıb. Ümumiyyətlə, konkret tarixi şəxsiyyət adına da istinad etməmişəm. Sadəcə Azərbaycan dövlətinin quruluş fəlsəfəsi ilə bağlı fikirlərimi bölüşmüşəm. Bir də Səfəvi soyadlı bir iranlı generalın açıqlamasına münasibət bildirmişəm. Deyirdi ki, müasir İran dövlətinin əsasını Səfəvi ideologiyası təşkil edir, mən də onun doğru olduğunu bildirmişəm. Çünki Konstitusiyalarda yer aldığı kimi müasir Azərbaycan dövləti dünyəvi, İran dövləti isə Cəfəri məzhəbi təməlində qurulan dövlətdir. Həm də qeyd etmişəm...
08 Avqust 2026, 10:34