Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın - FAZİL MUSTAFA

Cəmiyyət 10 Avqust 2026, 12:36

525

Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: Məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.

Bunu millət vəkili Fazil Mustafa bildirib.

"Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər. Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar. Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdilər, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü. İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur",-deyə o bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlvida, Çingiz! - Sabir Rüstəmxanlı yazır

Əlvida, Çingiz!Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm ki, Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar:— Gəl, gəl, indi sən danışacaqsan.Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qarşısında və çoxdan eşitmək arzusunda olduğum gur, cavanlıq səsiylə danışır.“Gör, nə xoşbəxtlikdir”, — deyirəm, — “Çingiz sağalıb və hətta bu gecədə çıxış edir”.Yana çevriləndə məni görür, gülümsəyir. Nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir.Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib...

10 Avqust 2026, 13:16

Avtomobildə kondisioner qazının sızması: Nə vaxt doldurulmalıdır?

Yay aylarında nəqliyyat vasitələrində rahatlığı təmin edən ən vacib sistemlərdən biri avtomobil kondisioneridir. Lakin bir çox sürücü soyutma sisteminin zəifləməsini sadəcə havanın həddən artıq isti olması ilə əlaqələndirir vər nəticədə sistemdəki ciddi texniki nasazlıqları gözərdən qaçırır. Avto-servis mütəxəssislərinin bildirdiyinə görə, kondisionerin tam gücü ilə işləməməsinin əsad səbəbi sistemdəki xüsusi soyuducu qazın (freonun) sızması və ya vaxtında yenilənməməsidir.Citypost.az xəbər verir ki, kondisioner sistemi tamamilə germetik (qapalı) bir dövrə olsa da, avtomobilin mütəmadi olaraq titrəməsi, temperatur dəyişiklikləri vər rezin boruların, kipləşdirici halqaların zamanla köhnəlməsi səbəbindən qazın təbii şəkildə azalması baş verir. İllik norma daxilində qazın 5-10 faiz itkiyə uğraması təbii hal sayılır....

10 Avqust 2026, 12:30

Təxirəsalma sindromunun arxasında nə dayanır: Niyə bəzi insanlar işləri son dəqiqəyə saxlayır?

İş və ya təhsil həyatında bir çox insanın qarşılaşdığı ən böyük psixoloji maneələrdən biri verilməyən tapşırıqları, layihələri və ya təxirəsalınmaz işləri son ana qədər ləngitmək vərdişidir. İctimaiyyət arasında bu hal adətən tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndirilsə də, psixologiya və neyrobiologiya sahəsində tətbiq olunan tədqiqatlar tamamilə fərqli bir mənzərəni üzə çıxarır. Mütəxəssislər bildirirlər ki, prokrastinasiya (işləri xroniki olarak son dəqiqəyə saxlama) vaxtın idarə olunmaması problemi deyil, emosiyaların və təşvişin tənzimlənə bilməməsindən qaynaqlanan mürəkkəb psixoloji vəziyyətdir.İnsana tapşırıq həvalə edildikdə, beynin mühakimə mərkəzi işin çətinliyini və nəticənin ideallığını qiymətləndirir. "Yüksək keyfiyyətlə edə bilməyəcəm" və ya "Səhv edəcəm" düşüncəsi insanda güclü təşviş yaradır....

10 Avqust 2026, 12:11

Salam Sarvanın 60 yaşına  - Şərif Ağayarın YAZISI

Yaxşı əsərin bir sepesifik cəhəti var: sən onu oxuyub bitirəndə, artıq oxumağa başladığın adam olmursan, nəsə dəyişir, nəsə yenilənir. Böyük müəlliflər də belədir. Onlarla nəsə dəyişir, nəsə yenilənir və artıq ədəbiyyat əvvəlki ədəbiyyat olmur. Bu gün belə müəlliflərdən birinin - Salam Sarvanın 60 yaşı tamam olur. Mən Salamı ciddi-ciddi oxuyandan, daha doğrusu canıma çəkəndən sonra iki-üç il sözün arxasınca addım ata bilmədim. Səntirlədim, büdrədim, müvazinətimi itirdim...Uzun müddət şeir yazmadım! Bir müddət sonra isə gəncliyi 90-cı illərə düşən bir çox qələm adamı kimi Salamı imitasiya eləməyə başladım. Amma tez ayıldım, gördüm bu, iş deyil və xilas üçün üzümü Füzuliyə tutdum. O da lap qəddarmış!Salamdan sonra şeir yazmadımsa, Füzulidən...

10 Avqust 2026, 12:00

Sosial müavinət və təqaüdlə bağlı VACİB MƏLUMAT

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.Məlumata görə, onların 52,8 %-ni kişilər, 47,2 %-ni isə qadınlar təşkil edib.

10 Avqust 2026, 11:32

Uşaqlarda telefon asılılığını azaltmaq: Valideynlər üçün addım-addım strategiya

Rəqəmsal texnologiyaların həyatımızın hər sahəsinə nüfuz etdiyi müasir dövrdə evlərdə ən çox yaşanan münaqişələrdən biri uşaqların smartfon və planşetlərdən ayrıla bilməməsidir. Ekran qarşısında keçirilən uzun saatlar uşaqlarda diqqət dağınıqlığı, yuxu pozuntusu, aqressiya və fiziki fəallığın azalması kimi ciddi problemlərə yol açır. Psixoloqlar və pedaqoqlar bildirirlər ki, qadağalar və sərt cəzalar problemi həll etmir, əksinə uşaqda gizli istifadə meylini artırır. Ən effekli yol planlı və mərhələli strategiya tətbiq etməkdir.Citypost.az xəbər verir ki, uşaqlar dediklərinizi deyil, gördüklərinizi təkrarlayırlar. Valideyn evdə davamlı olaraq telefonla vaxt keçirirsə, uşaqdan əksini tələb etmək səmərəsizdir. İlk addım olaraq evdə "ekransız zonalar" (məsələn, yemək masası və yataq otağı)...

10 Avqust 2026, 10:57