Bizə yazın

Baku

-°C

USD

-

Tarixi təhqir edənlərə cavab: Kökünü dananın gələcəyi olmaz! -NƏCİBƏ İLKİN

Söz adamı 10 Avqust 2026, 12:13

569

Tarix millətin yaddaşıdır. Yaddaşa atılan hər daş isə təkcə keçmişə deyil, gələcəyə atılır. Ona görə də milli dövlətçilik tariximizin mühüm simalarına və milli-mədəni yaddaşımızın rəmzlərinə qarşı səsləndirilən təhqiramiz və qərəzli fikirlər adi bir söz sərbəstliyi kimi qəbul edilə bilməz.

Tarix hər kəsin istədiyi kimi yazıb-pozacağı şəxsi gündəlik deyil. Tarix millətin yaddaşıdır, dövlətçilik irsidir, gələcək nəsillərə ötürülən mənəvi sərvətdir. Bu yaddaşa qəsdən daş atan, milli dövlətçilik tariximizin şəxsiyyətlərini təhqir edən, Azərbaycan mədəniyyətinin beşiklərindən biri olan Təbrizi aşağılayan hər bir yanaşma ciddi etiraz doğurmalıdır.

Şah İsmayıl Xətaiyə münasibətdə tarixilikdən uzaq, birtərəfli və qaralama xarakterli yanaşmalar, eləcə də Təbriz kimi Azərbaycan tarixinin və mədəniyyətinin mühüm şəhərlərindən birinin aşağılanması ciddi etiraz doğurur. Tarixi şəxsiyyətləri sevməmək olar, onların siyasətini tənqid etmək olar. Amma tarixi faktları təhrif etmək, milli yaddaşın simvollarını alçaltmaq artıq tənqid deyil — məsuliyyətsiz münasibətdir.  Hər bir hökmdarın, tarixə çevrilmiş şəxsiyyətlərin  səhvi ola  bilir. Bu danılmazdır. Amma unutmayaq ki, hər bir səhvin arxasında bir insan qüruru var. 

Bir xalqın tarixində iz qoymuş şəxsiyyətləri silməklə həmin tarixi silmək mümkün deyil. Təbrizə “köhnə” deyənlər bilməlidirlər ki, şəhərlərin yaşı onların dəyərini azaltmır. Əksinə, əsrlərin sınağından keçən şəhərlər millətlərin yaddaşını yaşadan canlı salnamələrdir.

Kökünə balta çalan ağacın budaqlarından kölgə gözləmək nə qədər absurddursa, öz tarixi yaddaşını kiçildən bir cəmiyyətin böyük gələcək quracağına inanmaq da bir o qədər yanlışdır.

Tarixə münasibətdə mövqe aydındır: tənqid etmək haqqdır, təhrif etmək isə məsuliyyətsizlikdir; fərqli düşünmək mümkündür, milli yaddaşı aşağılamaq isə qəbuledilməzdir.

Çünki tarix susmur. Bu gün deyilən hər söz sabahın yaddaşında qalır. Və tarixin ən ağır hökmü də məhz budur: insan öz kökünə necə münasibət göstəribsə, gələcək nəsillər də onu elə xatırlayır.

Kökünü danan, əslində, özünü danır. Tarixinə sahib çıxmayan isə gələcəyinə sahib çıxmaq haqqını da zəiflədir.

Şah İsmayıl Xətaiyə münasibətdə nə qədər qərəzli ifadələr işlədilsə də, əsrlərin möhürünü daşıyan tarixi faktları silmək mümkün deyil. Bir hökmdarın siyasətini tənqid etmək başqa şeydir, onun tarixi rolunu təhrif etmək tamam başqa. Tənqid düşüncənin göstəricisidir, qaralama isə çox vaxt düşüncəsizliyin maskasıdır.

Təbrizə “köhnə və iylənmiş” demək isə sadəcə bir şəhərə qarşı hörmətsizlik deyil. Bu ifadənin arxasında tarixi yaddaşa qarşı kobud münasibət dayanır. Təbrizin daşlarında əsrlərin nəfəsi, küçələrində Azərbaycan tarixinin izləri, mədəni yaddaşımızda isə silinməz yeri var. Tarixin qocalığı onun eybi deyil, sərvətidir.

Bir millətin kökünə balta çalanların ən böyük yanılğısı budur: onlar ağacı yaraladıqlarını düşünürlər, halbuki kökün dərinliyini ölçə bilmirlər. Azərbaycan tarixinin kökləri isə bir neçə cümləlik qaralama yazısından, sosial şəbəkə paylaşımından və ya ucuz sensasiyadan qat-qat dərindir.

Tarixdən qaçmaq olmaz. Tarixi təhqir etməklə tarix dəyişmir. Milli yaddaşı aşağılamaqla millətin yaddaşı silinmir.

Bu gün öz tarixini rahatlıqla ləkələyənlər sabah hansı tarixlə öyünəcəklər? Hansı kökə söykənəcəklər? Hansı dövlətçilik ənənəsini gələcək nəsillərə miras qoyacaqlar?

Unutmayaq: millətin yaddaşını yaralayan söz də bir iz buraxır. Və o iz nə qədər bəzədilsə də, zaman keçdikcə həqiqi mahiyyətini göstərir.

Tarixin qarşısında hamı bərabərdir. Nə şöhrət, nə vəzifə, nə də bəlağətli sözlər insanı tarixin hökmündən xilas edə bilər.

Çünki tarix gec danışır, amma danışanda hökmü ağır olur.

Kökünə balta çalanlar bilməlidir: ağac yaralana bilər, amma kök yaşayırsa, yenə cücərəcək. Azərbaycan tarixinin kökü də bu torpağın yaddaşında, xalqın ruhunda və nəsillərin qan yaddaşındadır.

Unutmayaq ki, kökünü unudan ağacın qurumağa məhkum olduğu kimi, tarixindən uzaq düşən millətin də milli kimliyi zəifləyər.

P. S.

Vaxtilə rəhmətlik Ulu öndərimiz demişdi, Azərbaycanda 30 minə yaxın erməni gəlinlərimiz var. Bu gün həmin gəlinlərdən əmələ gələnlər əllərinə baltanın yoğun sapını alıb tariximizi budamaqla məşğuldu. Ayılın millətim, ayılın!!!!

NƏCİBƏ İLKİN

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Eşqin sarayı... Adil Cəmilin ŞEİRİ

Könlüm açılmayıb, üzüm gülməyibMən sənə könlümü açandan bəri.O eşqin sarayı uçmayıb, gülüm,Xəyalım keçmişə uçandan bəri.…Üzünə çıxmışdı sevginin rəngi,Sükutla deyərdin sözünü sən ki…Bir ömür boyunca nə biləsən ki,Bu cana nə gəldi o candan bəri.Vaxt keçib - varımla yoxum dəyişib,Elə düşünmə ki, ruhum dəyişib.And olsun Allaha yuxum dəyişibSən mənim yuxumdan qaçandan bəri.Adiləm, heyim yox coşub-daşmağa,Razıyam - mənimlə gəl "dalaşmağa".Səni gözləyirəm vidalaşmağa,Gözlərim yol çəkir haçandan bəri....

10 Avqust 2026, 12:11

Unudulmaz Nəriman Həsənzadəyə - Sərvaz HÜSEYNOĞLU 

Baxsa, qəbrinə də şeir yazardı,Bu ağır sükutu özü pozardı,"Bu da bir zarafat" deyib, yozardı,Uğunub gedərdi Nəriman qağa. Əlini alnına günlük tutardı,Arada görürdün xəyal apardı,Danışsa, Allah da dinclik tapardı,Yaxşılıq edərdi Nəriman qağa. Qəlbə məlhəm idi "dərdiş" deməyi,"Yoluna düşəcək hər iş" deməyi.Məktəbdi şeirdən keçən əməyi,Fərhada qədərdi Nəriman qağa. Sarasız günlərdə sınıb, incəlib,"Bağışla - deyərdi, ölüm gec gəlib".Nə yaxşı qovuşduq deyə dincəlibBəxtə şükr elədi Nəriman qağa. Şərəfdi yetdiyin zirvəyə yetmək,Palıd ağacıtək yurdunda bitmək.Dünyaya sənintək gəlib, sənintəkGedənin nə dərdi, Nəriman qağa... Dönüb qəbr evinə baxdım, dönükdüm,Gördüm məzarda da yenə böyükdü.Bilsə cənazəsi kiməsə yükdü -Yeriyib gedərdi Nəriman qağa. ...

09 Avqust 2026, 12:13

"Qaçaq Süleyman" romanı tarixi- bədii nəsrimizin dəyərli nümunəsi kimi

 "Qəlbində keçmişinin tarixini saxlamayan nə insan, nə də ki alim deyil.Kim ki, özündə keçmişinin tarixini saxlayır, ol şəxs öz ömrünə illər əlavə edir".Şihabəddin Məhəmməd ən - NəsəviTanınmışn yazıçı Vaqif Rüstəmovun "Qaçaq Süleyman" romanı Azərbaycan tarixi-bədii nəsrinin maraqlı nümunələrindən biridir. Əsərdə Qarabağın qədim yurdlarından olan Cəbrayıl qəzasında, onun Daşkəsən kəndində və ətraf kəndlərdə baş vermiş hadisələr fonunda xalq qəhrəmanı Qaçaq Süleymanın həyat yolu, mübarizəsi və yüksək mənəvi keyfiyyətləri bədii dillə təsvir olunur. Müəllif tarixi hadisələri bədii təxəyyüllə birləşdirərək oxucunu XIX əsrin sonu – XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi mühitinə aparır.Romanın əsas mövzusu xalqın azadlıq uğrunda mübarizəsi, vətənə sədaqət, ədalətin bərpası və...

08 Avqust 2026, 10:36

Səməd Vurğun yaradıcılığı milli ədəbi fikrin və mənəvi dəyərlərin mühüm qaynağıdır – Xalq yazıçısı Anar

Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.

01 Avqust 2026, 12:13

Onu Nil çayına bənzədirəm... 

Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti,  Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirikDemişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.Niyə?!Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...Bəli, insan üçün ən...

31 İyul 2026, 13:55

Corc Bernard Şoundan unudulmaz kəlamlar

O, Nobel nitqinə zarafatyana dediyi bu cümlə ilə başlamışdı: "Bilirəm ki, siz bu mükafatı mənə verib bura çıxışa çağırmaqda əsas məqsədiniz odur ki, görəsiniz ki, 70 yaşında bir qoca necə səyləyir.."    Bu gün (26 iyul) həmin dahi "qoca"nın, Nobelin pul mükafatının qəpiyinə dəymədən hamısını “Gənc yazarlar” klubuna verən böyük ingilis dramaturqu və romançısı Corc Bernard Şounun (1856-1950) doğum günüdür. B.Şou "Piqmalyon" kimi ölməz əsərlərin müəllifi və Nobel mükafatı laureatı (1925), ictimai xadim, London iqtisadi və siyasi elmlər məktəbinin əsasını qoyanlardan biri, Şekspirdən sonra ingilis teatrında ən məşhur dramaturq, "Oskar" mükafatçısı (1939) idi.Öz açıq fikirləri ilə zəmanəsini qabaqlayan B.Şou...

26 İyul 2026, 13:52