Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda əcnəbi futbolçuların minimum maaşı açıqlandı - 5 min AZN

Cəmiyyət 17 Avqust 2026, 14:59

431

Azərbaycanda yerli oyunçular pulu əcnəbilərdən çox istəyirlər.

Citypost.az xəbər verir ki, bunu “Şəfa” klubunun vitse-prezidenti Əfran İsmayılov deyib.

“Azərbaycanlı futbolçular bizim sırf yerli futbolçularla oynamaq istəyimizin olduğuna görə elə qiymət deyirlər ki, ancaq 4-5 oyunçu ala bilərik. Bu səbəbdən klub prezidenti Kənan Sadıqlı ilə danışdım, bildirdim ki, bizə şərait yaratsınlar, heç olmasa bir neçə legioner gətirə bilək. Rəhbərlik də bu xahişimi isti qarşıladı. İndi onun müzakirəsi gedir”.

Ə.İsmayılovun sözlərinə görə, əcnəbilərlə müqayisədə yerli oyunçular pulu həddən çox pul istəyirlər:

“Yerli futbolçuların qiyməti 5-dirsə, 10 deyir. Ona görə də çətinliklə üzləşdik. Qərara gəldik ki, komandada bir qədər də legioner olsun. Klub rəhbəri ilə o barədə çox müzakirə apardıq. Rəhbərlik bu cür məsələdə çox həssasdır. Azərbaycanlı futbolçuların oynamasını istəyir. Amma baxırsan ki, yerli futbolçu da qiyməti həddən çox deyir”.

Ə.İsmayılov deyib ki, elə azərbaycanlı futbolçu var ki, onun istədiyi məbləğə iki nəfər legioner gətirmək olar.

“Bəs o legionerlər yaxşı futbolçular olacaq?” sualına “Şəfa”nın vitse-prezidenti belə cavab verib:

“Təbii ki, yaxşı olacaq. “Şamaxı”nın legionerləri pisdir? Baxırıq ki, ayda 4-5 min manat pul alırlar. Maksimum alsın 10 min manat. Amma azərbaycanlı futbolçular ondan çox artıq qiymət deyir. O futbolçuya istədiyi pulu vermək olar. Amma 4-5 belə futbolçu gətirsək, büdcə dağılar. Ona görə də belə çətinliklər var. Həm də bizim yerli futbolçulara üstünlük verdiyimizi bildiklərinə görə çox rahat şəkildə danışırlar, başqa təkliflərinin də olduğunu deyirlər...

Mən də futbolçu olmuşam. Onları başa düşürəm. Biz də istəyirik ki, yerlilər oynasın, qazansın. Amma bu bazarda bütün qiymətləti bilirəm. Kimin qiyməti nə qədər olduğundan xəbərdaram. Amma sən qiymətindən iki dəfə artıq deyəndə adama ağır gəlir. Rəhbərliyin fikri sırf azərbaycanlı futbolçular idi. Amma danışdıq, başa saldıq ki, belə olmayacaq, bir neçə legioner futbolçu gəlməlidir". (Qol.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüsal Nəsirli məşhur müğənninin qardaşına yüksək vəzifə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub.Citypost.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin şöbə müdiri təyin edilib.Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyovaya verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkib./NOCOMMENT.az...

17 Avqust 2026, 14:55

Qaçaq Nəbi haqqında Sərdar Cəlaloğluna AÇIQ CAVAB 

Son vaxtlar Sərdar Cəlaloğlunun Qaçaq Nəbi və Həcər xanım haqqında yenidən səsləndirdiyi fikirləri izləyirəm. Əvvəllər də bu mövzuda danışıb, Qaçaq Nəbini “qoyun-keçi oğrusu” adlandırıb, Həcər xanım haqqında xoşagəlməz fikirlər söyləyib. Mən uzun müddət bunlara münasibət bildirməmişəm.Amma məsələ artıq fikir ayrılığından çıxıb tarixi şəxsiyyətlərin adına ağır ittihamlar səsləndirmək həddinə çatanda cavab verməyi lazım bildim.Mən tarixçi olduğumu iddia etmirəm. Mən Qubadlıyam. Bizim tərəflərdə Qaçaq Nəbinin adı kitabdan əvvəl el yaddaşından eşidilib. Atalarımızdan, babalarımızdan, nənələrimizdən Nəbi və Həcər haqqında söhbətlər eşidə-eşidə böyümüşük. Bizdən əvvəlki nəsillər arasında Nəbinin dövrünü görmüş, onu şəxsən tanımış və ya onunla eyni dövrdə yaşamış adamlardan eşitdiklərini sonrakı nəslə danışan...

17 Avqust 2026, 13:49

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilib:2-ci dərəcəli “Rəşadət” ordeni iləHüseynov Naseh İbrahim oğlu – polkovnik2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMehdiyev İlham İsmayıl oğlu – general-leytenantNağıyev Əfqan Vəli oğlu – general-leytenantRəhimov Rəşad Manaf oğlu – polkovnik3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləAbdayev Seymur Nurəddin oğlu – 1-ci dərəcəli kapitanMirzəyev Mirzə Adil oğlu – polkovnikŞükürov Pənah Osman oğlu – polkovnikTağıyev Bəhruz Sabir oğlu – polkovnikHüseynquliyev Şahin Yusif oğlu – polkovnik-leytenant“Vətən uğrunda” medalı iləQurbanov Natiq Nadir...

17 Avqust 2026, 12:43

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib - SƏRƏNCAM 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.“general-leytenant” ali hərbi rütbəsigeneral-mayor Babək Mürsəl oğlu Ələkbərovageneral-mayor Aqşin Ramiz oğlu Məhərrəmovageneral-mayor Faiq Həmzəağa oğlu Məmmədova“general-mayor” ali hərbi rütbəsipolkovnik Elfan Şakir oğlu Quliyevə.

17 Avqust 2026, 12:13

Kaliforniyada dəfn edilən sənətçimiz 

Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakıda dünyaya gəlib. Anası Raisa erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona ilə ailə qurur. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Qadın uzun illər Bilgəhdə yerləşən qocalar evində yaşayır. Firəngiz isə 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl",...

17 Avqust 2026, 11:45

Şah İsmayıl haqqında iki fərqli baxış: tarix, məzhəb və hakimiyyət

Şah İsmayıl Xətai haqqında danışmaq Azərbaycanda sadəcə tarixdən danışmaq deyil. Onun adı çəkilən kimi beş əsr əvvəl baş vermiş hadisələr bu günün emosiyalarına qarışır, tarixi şəxsiyyətə münasibət isə çox vaxt insanın siyasi, milli və dünyagörüşü ilə əlaqələnir.Tarix üzrə fəlsəfə doktorları Elnur Nəsirov və Ceyhun Bayramlı arasında keçirilmiş debat da bu iki yanaşmanın toqquşması baxımından diqqət çəkdi. Debatı izlədikcə belə təəssürat yaranırdı ki, Nəsirov daha çox Şah İsmayılın mənfi tərəflərini, Bayramlı isə onun dövlətçilik və Azərbaycan-türk tarixindəki rolunu önə çıxarır. Birincidə ittihamçı, ikincidə isə müdafiəçi ritorika üstünlük təşkil edirdi.Lakin tarixçi üçün əsas sual “kim daha yaxşı danışdı?” deyil. Əsas məsələ səsləndirilən...

17 Avqust 2026, 11:10