İlham Əliyev Hakan Fidanı qəbul etdi
Cəmiyyət 15 Sentyabr 2026, 13:16
319
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Citypost.az xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.
Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olundu.
Həmçinin oxuyun
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıldı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlk dərs günündə BİABIRÇILIQ: Şagirdlər canlı yayıb açıb...
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.Citypost.az xəbər verir ki, Oxu.Az-a daxil olan görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb....
15 Sentyabr 2026, 13:34
AMEA Ramiz Mehdiyevin üzvlüyü ilə bağlı qərar verəcək
AMEA prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə aydınlıq gətirib.AMEA prezidenti, akademik İsa Həbibbəylinin APA-ya verdiyi açıqlamaya görə, istintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər.“İstintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər. Bizə bununla bağlı məlumat daxil olmalıdır ki, qərar qəbul edək”, – deyə o bildirib.Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət...
15 Sentyabr 2026, 13:00
Ceyhun Bayramovun Hakan Fidanla təkbətək görüşü keçirilir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.Citypost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
15 Sentyabr 2026, 12:49
Rəşad Məcidə gələn naməlum zəng
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qarşılaşdığı halla bağlı paylaşım edib.CityPost.az xəbər verir ki,Rəşad Məcid ona gələn naməlum zəngin sonradan fırıldaqçı bir şəxs olduğu üzə çıxıb."İki həftə əvvəl Bill Qeytsin Süni İntellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım.Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum.Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində.“Salam, Rəşad müəllim, necəsiz?”Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim...
15 Sentyabr 2026, 12:43
Ceyhun Bayramovun Hakan Fidanla görüşü başlayıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qarşılayıb.Citypost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, səfər Azərbaycan ilə Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq əlaqələrini əks etdirir.
15 Sentyabr 2026, 12:41
Sabah Bakıda temperatur 33 dərəcəyə yüksələcək
Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər...
15 Sentyabr 2026, 12:36