Bizə yazın

Baku

-°C

USD

-

Sabah Bakıda temperatur 33 dərəcəyə yüksələcək

Cəmiyyət 15 Sentyabr 2026, 12:36

299

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 22-27° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramovun Hakan Fidanla təkbətək görüşü keçirilir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

15 Sentyabr 2026, 12:49

Rəşad Məcidə gələn naməlum zəng

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qarşılaşdığı halla bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki,Rəşad Məcid ona gələn naməlum zəngin sonradan fırıldaqçı bir şəxs olduğu üzə çıxıb."İki həftə əvvəl Bill Qeytsin Süni İntellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım.Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum.Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində.“Salam, Rəşad müəllim, necəsiz?”Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim...

15 Sentyabr 2026, 12:43

Ceyhun Bayramovun Hakan Fidanla görüşü başlayıb 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qarşılayıb.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, səfər Azərbaycan ilə Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq əlaqələrini əks etdirir.

15 Sentyabr 2026, 12:41

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Dövlət başçısı tədbirdə çıxış edib.

15 Sentyabr 2026, 12:26

Unutmayaq ki, 15 sentyabr həm də bayramdır — MİRŞAHİN AĞAYEV 

15 sentyabr ərəfəsində, (xüsusilə sosial şəbəkələrdə!) qəribə bir ajiotaj yaradılmaqdadır… Əlbəttə, dərs ilinin ilk günü təbii ki, qələbəlik olacaq. Çünki tələbələr, uşaqlar məktəblərə gedəcək. Kiçik yaşlı məktəblilər isə böyüklərin müşayiəti ilə. Birinci günün özünəməxsus təntənələri, ilk zəng tədbirləri öz yerində. Bir tərəfdən də metronun Nizami-28 may stansiyaları ərrafında yaranmış yeni vəziyyət, bu xətt üzrə hərəkət edən qatarları kompensasiya edən avtobusların prosesə öyrənməsi…CityPost.az  xəbər verir ki,bu sözləri sosial şəbəkə hesablarında əməkdar jurnalist Mirşahin Ağayev paylaşıb."Bunlar müəyyən vaxt tələb edir. Üstəlik gündəlik tıxac mənzərələri, nəqliyyat sıxlığı-bir sözlə meqapolis qayğılarının yeni dalğası. Və bütün bu faktları rəqəmsal platformalarda ikiyə, üçə vurmaqla sosial şəbəkələrdə...

15 Sentyabr 2026, 12:17

Qarabağda Bilik Günü qeyd olunub

Sentyabrın 15-də Qarabağda yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə ümumtəhsil məktəblərində tədbirlər keçirilib.Citypost.az xəbər verir ki, Kəlbəcər şəhərində Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə ilk dərs günü böyük sevinc və həyəcanla qarşılanıb. Bu il məktəbdə 121 şagird Kəlbəcərdə təhsilini davam etdirəcək.Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında da Bilik Günü ilə bağlı tədbirlər təşkil olunub.Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə bu il birinci sinfə 110 şagird qəbul edilib. Hazırda məktəbdə 1052 şagird təhsil alır.Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə də ilk dərs günü qeyd olunub. Hazırda məktəbdə 323...

15 Sentyabr 2026, 12:05