Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
Cəmiyyət 18 Sentyabr 2026, 10:03
273
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Bakı Şəhər Halqasından Citypost.az-a verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək.
Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
Həmçinin oxuyun
- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
- Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərdə keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev: “Husilər yaxın zamanda dərin peşmançılıq hissi keçirəcəklər”
Hərbi ekspert Ədalət Verdiyev Yəmənin paytaxtı Sənada Türkiyə şəhidliyində yerləşən abidənin dağıdılmasına başlanılması ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Verdiyevin sözlərinə görə, İran tərəfindən dəstəklənən husilər tikinti texnikasından istifadə etməklə Türkiyə şəhidliyində yerləşən və Yəmən torpaqlarında 400 il ərzində həyatını itirən Osmanlı əsgərlərinin xatirəsinə həsr olunmuş abidəni dağıtmağa başlayıblar. O qeyd edib ki, abidə Yəmən Müdafiə Nazirliyinin binası yaxınlığında yerləşir.Ekspert bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi hadisəni pisləyən bəyanat yayaraq bunu iki ölkənin ortaq tarixinə hörmətsizlik kimi qiymətləndirib.A.Verdiyev hadisəyə sərt münasibət bildirərək, Türkiyənin əsgəri əcdadlarına qarşı törədilən bu addıma cavab verəcəyini qeyd edib.“Görünür, İran dəstəkli dəniz quldurları Türk ilə...
18 Sentyabr 2026, 09:11
Zaur Əliyev: “Üzeyir Hacıbəyli Bütöv Azərbaycan görmək istəyirdi”
Tarixçi alim Zaur Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Z.Əliyev Üzeyir Hacıbəylini Azərbaycanın Tanrı tərəfindən bəxş edilmiş nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edib və onun bütün varlığı ilə Vətənə bağlı olduğunu bildirib.“Üzeyir bəyin Azərbaycan sevgisi təkcə Şimali Azərbaycanla məhdudlaşmırdı. O, Təbrizin, Cənubi Azərbaycanın da azadlığını görmək istəyirdi. Böyük və Bütöv Azərbaycan görmək istəyirdi”, – deyə tarixçi qeyd edib.Alimin sözlərinə görə, 1945-ci ildə Cənubi Azərbaycanda Milli Hökumət qurulduqda Üzeyir Hacıbəyli böyük sevinclə Təbrizə getmək, oradakı soydaşlarımıza musiqi və mədəniyyət sahəsində dəstək olmaq istəyib. O bildirib ki, bəstəkar ömrünün son illərində yazdığı ssenarilərdə və...
18 Sentyabr 2026, 09:09
Bakının iki rayonunda qaz kəsiləcək – SİYAHI
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Belə ki, təmir-quraşdırma və “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və Fazenda yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq...
18 Sentyabr 2026, 08:35
Bakıda 18 istiqamətdə tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;9. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə...
18 Sentyabr 2026, 08:16
Bakının Xətai, Xəzər və Yasamal rayonlarında işıq kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün - sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.Bu barədə Citypost.az-a Azərişıq ASC-dən bildirilib.Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) görüləcək yenidənqurma işləri ilə əlaqədar Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xəzər RETSİ-nə daxil olan 6 kV-luq ikidövrəli bir sıra hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsi Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir...
18 Sentyabr 2026, 08:10
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.Citypost.az xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib.Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 118 il əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi...
18 Sentyabr 2026, 08:08