Bizə yazın

Baku

-°C

USD

-

Üzeyir bəy Allahın Azərbaycan xalqına bəxş etdiyi böyük dühalardan biridir

Cəmiyyət 18 Sentyabr 2026, 14:20

432

Millətin ruhunun, düşüncə və təfəkkürünün təmsilçisi, ifadəçisi və təbliğatçısı olan böyük Üzeyir bəy.. XX əsrin əvvəllərində Allahın Azərbaycan xalqına bəxş etdiyi böyük dühalardan biri.

CityPost.az xəbər verir ki, bunu tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli  bildirib.

 "Bu gün doğum günüdür. Şərqdə ilk operanın yaradıcısının, Cümhuriyyətin “Azərbaycan” qəzetinin redaktorunun, “Koroğlu” operasının və dövlət himnlərinin müəllifinin millət qarşısındakı əvəzsiz xidmətlərini ehtiramla anırıq. 

 Onun və Müslüm Maqomayevin doğum günü şərəfinə hər il sentyabrın 18-də keçirilən Musiqi bayramını hər iki dahinin ruhuna sevgi duası kimi qəbul edirik.Əziz ruhları şad olsun",-deyə professor bildirib.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın  “konservatoriyası” - Şuşada keçib. Ailədə üç qardaş, iki bacı olublar.

 

Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

 

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

 

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

 

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.   

 

Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

 

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.  

 

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

 

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, Sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

 

Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”.

 

Bəstəkar və publisist. Bu iki söz çox nadir hallarda yanaşı işlədilir. Üzeyir bəy də belə nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

 

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.

 

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.  

 

Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

 

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.  

 

Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin tacıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Azərbaycanda 33 dərəcə isti olacaq 

Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti...

18 Sentyabr 2026, 14:30

Sumqayıt hadisələrinə görə güllələnən Əhməd Əhmədov kim idi..?   

Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində doğulub.1979-cu ildə 25 nömrəli məktəbin 8-ci sinfini bitirib.Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub.1982-ci ildə ordu sıralarına çağırılıb.1985–1988-ci illər arasında bir neçə iş yeri dəyişib.Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib.Heç bir inzibati və ictimai cəzası olmayıb.Orta texniki peşə təhsili olan Əhməd Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib.O, həbs olunandan bir müddət öncə nişanlanır.Yaşı 70-i keçən valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imiş.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulur, lakin heç bir qətlin törədilməsində iştirak etməyib.1988-ci il martın 12-də Sumqayıtda...

18 Sentyabr 2026, 13:57

Nəcməddin Sadıkovla bağlı qalmaqallı hesabat yenidən gündəmdə

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır.Bu iş üzrə polkovnik Süleymanovdan əlavə, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə edilir. Onlar dördü də azadlıqdadır.Media üçün qapalı keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.Eks-nazirlik işçiləri 1 milyondan artıq dövlət vəsaitinin yeyintisində təqsirləndirilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi həbs cəzası gözləyir.Məhkəmə istintaqının qapalı keçirilməsinə, müttəhimlərim azadlıqda qalmasının davamına qərar verilib.Əsas...

18 Sentyabr 2026, 13:38

Aleksandar Vuçiç Ukraynada səfərdədir 

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib.O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".

18 Sentyabr 2026, 13:26

General-mayor İsgəndər Allahverdiyev vəfat edib 

General-mayor İsgəndər Allahverdiyev vəfat edib.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edək ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.İsgəndər Allahverdiyev sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib. “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb....

18 Sentyabr 2026, 13:17

Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib 

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Xankəndi şəhərində Xankəndi, Şuşa, Xocalı və Ağdərə sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....

18 Sentyabr 2026, 12:21