Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Cəmiyyət 22 Sentyabr 2026, 18:36
391
Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu barədə müzakirələr P. Şahbazovun Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə aparılıb.
Həmçinin oxuyun
O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükü, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məncə, bu duet dinlənilməyə dəyər - Ayaz Arabaçı
Vətəndən uzaqdayam.Tükiyə uzaq deyil, yad deyil, qürbət deyil, zatən o da vətəndir. Burda könlümə Azərbaycan mahnıları düşür və tez-tez dinləyirəm. Dünən də kövrək vaxtlarımda "yutubda" bir az qurdalandım, yeni bir mahnıya qulaq asdım.. Alimlə Üzeyirin oxuduğu duetə..Deməzdim ki ləzzət eləmədi.. Sosial şəbəkədə bu duet haqqında çox şeylər oxudum. Əksəriyyətin münasibəti, mənfidir, bəyənmirlər, bunu gözlənilməz hesab edirlər, Üzeyirin əvvəlki mahnılarından aldığı təəssüratı bu duetə də gətirib çıxarırlar..Bir neçə dəfə diqqətlə qulaq asdım.Bəlkə də bu duet mükəmməl deyil və hər kəsin zövqünə uyğun deyil. Sənətdə belə bir məcburiyyət də yoxdur. Amma mən bu ifada bir fərqlilik hiss etdim. Biz adətən türklər demiş "çoğunluqla" sənətə əsərin...
22 Sentyabr 2026, 19:18
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.Citypost.az "Report"a istinadən xəbər verir, say 46-dan 51-ə çatdırılıb.Siyahıya Əliyev Amin Müzakir oğlu, İsmayılov Turab Qurbanəli oğlu, Həsənov Ülvi Tofiq oğlu, Xudiyev Xudu Füzuli oğlu, Əsədov Mehdi Eldar oğlu əlavə edilib.
22 Sentyabr 2026, 18:46
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı araşdırma davam edir.Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni məlumatlarda Əliyevin GİTİS-dəki fəaliyyəti və onun ətrafındakı şəxslərlə bağlı yeni detalların müəyyənləşdirildiyi bildirilir.Son məlumatlarda onun erməni əsilli iş adamı Konstantin Avetovla birlikdə İnstituta məxsus bir sıra ərazilərin kommersiya məqsədilə qanunsuz özəlləşdirilməsinə dair faktlar var. Belə ki, Avetov uzun illər GİTİS-də Hümmət Əliyevin yaxın çevrəsində olub və institutdakı maliyyə əməliyyatları ilə bağlı proseslərdə iştirak edib. Hətta onun Əliyevin qeyri-rəsmi maliyyə vəsaitlərini idarə edən şəxslərdən biri olduğu iddia edilir. Yayılan məlumatlarda Avetovun bu vəsaitləri ailə üzvlərinin adına olan əmlaklar vasitəsilə leqallaşdırdığı...
22 Sentyabr 2026, 18:28
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.Citypost.az Report-a istinadla xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.\
22 Sentyabr 2026, 18:20
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə iki ölkə arasında keçirilən birgə təlimi müzakirə edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra...
22 Sentyabr 2026, 18:07
Ramiz Mehdiyevi hansı cəza gözləyir? Vəkil AÇIQLADI
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.Görəsən, bu maddələrlə Ramiz Mehdiyevə nə qədər iş düşür?Citypost.az xəbər verir ki, Vəkil Vamiq Şükürov “Bakupost”a açıqlamasında həmin maddələr üzrə cinayətlərin törədilməsinə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasının verilə biləcəyini deyib“Cinayət Məcəlləsinin 278-ci maddəsində hakimiyyətin zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsi məsələləri yer alıb.278.1-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin...
22 Sentyabr 2026, 17:57