ƏSARƏTİN ZƏNCİRİNİ QIRMISAN!
Cəmiyyət 22 Sentyabr 2026, 14:50
530
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Həmçinin oxuyun
Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə "İslam Səfərli" adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyata qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
Xəzərin səsiylə oyandın hər gün,
Səhər günəşinə boyandın hər gün,
Haqqa-həqiqətə bələndin hər gün,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Hər uca zirvəni qaya bilmədin,
Arazın səsindən doya bilmədin,
"Dost"ların hiyləsin duya bilmədin,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
İlhamın yelkəni qanad açmışdı,
Dağlar dərdlərini sənə açmışdı,
Günəş nur ələyib sənə saçmışdı,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Millətimin düşüncəsin oyatdın,
Duyğuların, ürək səsin oyatdın,
Manqurtlaşan düşərgəsin oyatdın,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətın zəncirini qırmısan!
"Zor bulağı" ürəklərə çəkmisən,
Könüllərdə gül baxçası əkmisən,
Gözəllərə gözlərini dikmisən,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Təbiəti darıxmağa qoymadın,
Qızılgülün butasından doymadın,
Şükürlər ki, yalanlara uymadın,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətın zəncirini qırmısan!
Sən tale şairi, könül şairi,
Milli bütövlüyün təməl şairi,
Xalqa sözün deyən əməl şairi,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nazir Emin Əmrullayev Nyu-York-da tədbirdə iştirak edib
Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.Citypost.az xəbər verir ki, gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya və ABŞ Dövlət Departamentinin ən yaxşı gələcək nəsillər üzrə xüsusi nümayəndəsi Çeriti Uolles tərəfindən təşkil olunan tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə öyrənməsi, inkişafı və rifahının dəstəklənməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, habelə bu sahədə hökumətlər, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.Tədbir çərçivəsində uşaqların və gənclərin təhsil və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsinə yönəlmiş yeni dövlət-özəl sektor tərəfdaşlıqları təqdim olunub....
22 Sentyabr 2026, 15:00
Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi
Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Rauf Əliyev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.Rauf Əliyevin Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Şöhrət”, 2026-cı ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə”...
22 Sentyabr 2026, 14:52
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.Bu barədə Citypost.az-a Agentlikdən məlumat verilib.Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.
22 Sentyabr 2026, 14:49
İlham Əliyev: Naxçıvanda geoloji kəşfiyyat işləri gücləndiriləcək
Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.“Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - Prezident İlham Əliyev vurğulayıb....
22 Sentyabr 2026, 14:40
DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.DİN-dən Citypost.az verilən xəbərə görə, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Microsoft Word” və “Microsoft Excel” proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər."Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə...
22 Sentyabr 2026, 14:33
İlham Əliyev: Təbiəti qorumaq əsas prioritetlərdən biridir
“Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi”.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.Dövlət başçısı qeyd edib ki, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır: “Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada,...
22 Sentyabr 2026, 14:30