Bizə yazın

Baku

-°C

USD

-

DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib 

Cəmiyyət 22 Sentyabr 2026, 14:33

381

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-dən Citypost.az verilən xəbərə görə, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Microsoft Word” və “Microsoft Excel” proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.

"Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə xüsusi rütbə veriləcək

Namizədlər 2026-cı il oktyabrın 14-dək DİN-in rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər",- deyə məlumatda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazir Emin Əmrullayev Nyu-York-da tədbirdə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.Citypost.az xəbər verir ki, gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya və ABŞ Dövlət Departamentinin ən yaxşı gələcək nəsillər üzrə xüsusi nümayəndəsi Çeriti Uolles tərəfindən təşkil olunan tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə öyrənməsi, inkişafı və rifahının dəstəklənməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, habelə bu sahədə hökumətlər, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.Tədbir çərçivəsində uşaqların və gənclərin təhsil və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsinə yönəlmiş yeni dövlət-özəl sektor tərəfdaşlıqları təqdim olunub....

22 Sentyabr 2026, 15:00

Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi 

Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ilə görüş keçirilib.Citypost.az  xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Rauf Əliyev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.Rauf Əliyevin Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Şöhrət”, 2026-cı ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə”...

22 Sentyabr 2026, 14:52

ƏSARƏTİN ZƏNCİRİNİ QIRMISAN!

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki...

22 Sentyabr 2026, 14:50

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb 

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.Bu barədə Citypost.az-a Agentlikdən məlumat verilib.Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

22 Sentyabr 2026, 14:49

İlham Əliyev: Naxçıvanda geoloji kəşfiyyat işləri gücləndiriləcək

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.“Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - Prezident İlham Əliyev vurğulayıb....

22 Sentyabr 2026, 14:40

İlham Əliyev: Təbiəti qorumaq əsas prioritetlərdən biridir

“Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi”.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.Dövlət başçısı qeyd edib ki, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır: “Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada,...

22 Sentyabr 2026, 14:30