Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevi hansı cəza gözləyir? Vəkil AÇIQLADI

Cəmiyyət 22 Sentyabr 2026, 17:57

455

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.

Görəsən, bu maddələrlə Ramiz Mehdiyevə nə qədər iş düşür?

Citypost.az xəbər verir ki, Vəkil Vamiq Şükürov “Bakupost”a açıqlamasında həmin maddələr üzrə cinayətlərin törədilməsinə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasının verilə biləcəyini deyib

“Cinayət Məcəlləsinin 278-ci maddəsində hakimiyyətin zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsi məsələləri yer alıb.

278.1-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdir.

Buna görə, on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər”.

Müsahibin sözlərinə görə, 274-cü maddə üzrə də anoloji cəza növü tətbiq edilir:

“Cinayət Məcəlləsinin 274-cü maddəsi isə Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməyə yönəlik hərəkətlərdir ki, bu maddə ilə təqsirləndirən şəxsi əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Vəkil qeyd edib ki, CM-nin 193-1.3.2 maddəsilə təqsirləndirilən şəxs isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları – Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilən və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.

Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.Citypost.az "Report"a istinadən xəbər verir, say 46-dan 51-ə çatdırılıb.Siyahıya Əliyev Amin Müzakir oğlu, İsmayılov Turab Qurbanəli oğlu, Həsənov Ülvi Tofiq oğlu, Xudiyev Xudu Füzuli oğlu, Əsədov Mehdi Eldar oğlu əlavə edilib.

22 Sentyabr 2026, 18:46

Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.Citypost.az  xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Bu barədə müzakirələr P. Şahbazovun Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə aparılıb.O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükü, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb....

22 Sentyabr 2026, 18:36

Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı

Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı araşdırma davam edir.Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni məlumatlarda Əliyevin GİTİS-dəki fəaliyyəti və onun ətrafındakı şəxslərlə bağlı yeni detalların müəyyənləşdirildiyi bildirilir.Son məlumatlarda onun erməni əsilli iş adamı Konstantin Avetovla birlikdə İnstituta məxsus bir sıra ərazilərin kommersiya məqsədilə qanunsuz özəlləşdirilməsinə dair faktlar var. Belə ki, Avetov uzun illər GİTİS-də Hümmət Əliyevin yaxın çevrəsində olub və institutdakı maliyyə əməliyyatları ilə bağlı proseslərdə iştirak edib. Hətta onun Əliyevin qeyri-rəsmi maliyyə vəsaitlərini idarə edən şəxslərdən biri olduğu iddia edilir. Yayılan məlumatlarda Avetovun bu vəsaitləri ailə üzvlərinin adına olan əmlaklar vasitəsilə leqallaşdırdığı...

22 Sentyabr 2026, 18:28

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.Citypost.az Report-a istinadla xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.\

22 Sentyabr 2026, 18:20

Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə iki ölkə arasında keçirilən birgə təlimi müzakirə edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra...

22 Sentyabr 2026, 18:07

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb 

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.Araşdırma davam etdirilir....

22 Sentyabr 2026, 17:50