Bizə yazın

Baku

-°C

USD

-

Azər Məmmədov Xankəndidə vətəndaşları qəbul edəcək 

Cəmiyyət 22 Sentyabr 2026, 17:23

457

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Azər Məmmədov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.

Citypost.az "Azəriqaz"a istinadən xəbər verir ki, növbəti vətəndaş qəbulu sentyabrın 25-də saat 11:00-da Xankəndidə (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.

Görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Birlik vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə iki ölkə arasında keçirilən birgə təlimi müzakirə edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra...

22 Sentyabr 2026, 18:07

Ramiz Mehdiyevi hansı cəza gözləyir? Vəkil AÇIQLADI

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.Görəsən, bu maddələrlə Ramiz Mehdiyevə nə qədər iş düşür?Citypost.az xəbər verir ki, Vəkil Vamiq Şükürov “Bakupost”a açıqlamasında həmin maddələr üzrə cinayətlərin törədilməsinə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasının verilə biləcəyini deyib“Cinayət Məcəlləsinin 278-ci maddəsində hakimiyyətin zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsi məsələləri yer alıb.278.1-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin...

22 Sentyabr 2026, 17:57

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb 

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.Araşdırma davam etdirilir....

22 Sentyabr 2026, 17:50

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyana istinadən məlumat yayıb.Kristine Qriqoryanın bu axşam Ermənistana geri dönəcəyi gözlənilir.Qeyd edək ki, qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu başlayıb. (APA)

22 Sentyabr 2026, 17:30

ADY: Astara Terminalında avqustda yük aşırılması 50% artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur.Təkcə bu ilin avqust ayı üzrə müvafiq göstərici 50 % artımla 76 min ton olub.Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək....

22 Sentyabr 2026, 17:30

Sabiq nazir külli miqdarda borca düşdü

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər – “İmprotex Motors” və “İmprotex Trucks Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.Citypost.az  iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrindən əldə edilib.Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb. pizza mizzaXatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks Buses”, “İmprotex Industries”, “İmprotex Motors”...

22 Sentyabr 2026, 16:55