Bizə yazın

Baku

-°C

USD

-

Sabiq nazir külli miqdarda borca düşdü

Cəmiyyət 22 Sentyabr 2026, 16:55

491

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər – “İmprotex Motors” və “İmprotex Trucks Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.

Citypost.az  iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrindən əldə edilib.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb. pizza mizza

Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

“İmprotex Motors” şirkəti 1997-cu ildə dövlət qeydiyyatına alınıb. Yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “İmprotex Motors” şirkətinin əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.

“İmprotex Trucks Buses” şirkəti isə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “MAN Truck Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyana istinadən məlumat yayıb.Kristine Qriqoryanın bu axşam Ermənistana geri dönəcəyi gözlənilir.Qeyd edək ki, qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu başlayıb. (APA)

22 Sentyabr 2026, 17:30

ADY: Astara Terminalında avqustda yük aşırılması 50% artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur.Təkcə bu ilin avqust ayı üzrə müvafiq göstərici 50 % artımla 76 min ton olub.Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək....

22 Sentyabr 2026, 17:30

Azər Məmmədov Xankəndidə vətəndaşları qəbul edəcək 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Azər Məmmədov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.Citypost.az "Azəriqaz"a istinadən xəbər verir ki, növbəti vətəndaş qəbulu sentyabrın 25-də saat 11:00-da Xankəndidə (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.Görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.Birlik vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər....

22 Sentyabr 2026, 17:23

İki metro stansiyasından giriş ödənişsiz olacaq

“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.Citypost.az xəbər verir ki, “Bakı Metropoliteni” və AYNA-nın birgə məlumatına əsasən, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”,...

22 Sentyabr 2026, 16:10

ABŞ hərbçiləri Litvaya yola düşüb 

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür."Report" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb."Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına minnətdarıq", - Litva Prezidenti qeyd edib.Nausedanın sözlərinə görə, ABŞ-nin Litvada hərbi mövcudluğu ölkənin çəkindirmə və kollektiv müdafiəsinin ayrılmaz hissəsidir....

22 Sentyabr 2026, 16:00

Şəmkirdə 13 il əvvəlki qətlin üstü açıldı – ŞÜBHƏLİ HƏBS EDİLDİ

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qəsdən...

22 Sentyabr 2026, 15:40