Bizə yazın

Baku

-°C

USD

-

İki metro stansiyasından giriş ödənişsiz olacaq

Cəmiyyət 22 Sentyabr 2026, 16:10

472

“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.

Citypost.az xəbər verir ki, “Bakı Metropoliteni” və AYNA-nın birgə məlumatına əsasən, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.

Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ hərbçiləri Litvaya yola düşüb 

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür."Report" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb."Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına minnətdarıq", - Litva Prezidenti qeyd edib.Nausedanın sözlərinə görə, ABŞ-nin Litvada hərbi mövcudluğu ölkənin çəkindirmə və kollektiv müdafiəsinin ayrılmaz hissəsidir....

22 Sentyabr 2026, 16:00

Şəmkirdə 13 il əvvəlki qətlin üstü açıldı – ŞÜBHƏLİ HƏBS EDİLDİ

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qəsdən...

22 Sentyabr 2026, 15:40

Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb 

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Citypost.az-a verilən məlumata görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir....

22 Sentyabr 2026, 15:38

Nazir Emin Əmrullayev Nyu-York-da tədbirdə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.Citypost.az xəbər verir ki, gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya və ABŞ Dövlət Departamentinin ən yaxşı gələcək nəsillər üzrə xüsusi nümayəndəsi Çeriti Uolles tərəfindən təşkil olunan tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə öyrənməsi, inkişafı və rifahının dəstəklənməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, habelə bu sahədə hökumətlər, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.Tədbir çərçivəsində uşaqların və gənclərin təhsil və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsinə yönəlmiş yeni dövlət-özəl sektor tərəfdaşlıqları təqdim olunub....

22 Sentyabr 2026, 15:00

Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi 

Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ilə görüş keçirilib.Citypost.az  xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Rauf Əliyev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.Rauf Əliyevin Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Şöhrət”, 2026-cı ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə”...

22 Sentyabr 2026, 14:52

ƏSARƏTİN ZƏNCİRİNİ QIRMISAN!

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki...

22 Sentyabr 2026, 14:50