Litvalı basketbolçu Oleq Kojenets "Naxçıvan"a keçib
İdman 22 Sentyabr 2026, 17:38
457
Litvalı basketbolçu Oleq Kojenets "Naxçıvan"da çıxış edəcək.
Bu barədə Citypost.az-a klubdan məlumat verilib.
23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Həmçinin oxuyun
Oleq Kojenetsin son klubu NCAA komandalarından "Stony Brook" olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Qaradağ-Lökbatan" PFK ləğv olunur
"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.Citypost.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər."Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur....
22 Sentyabr 2026, 18:14
AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək
AFFA-nın təşkilatçılığı ilə futzal üzrə seleksiya məşqləri keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.Məşqlər sentyabrın 24-26-da "Olimpik Star" İdman Kompleksində təşkil olunacaq.Saat 14:00-da start götürəcək və iki saat davam edəcək seçim prosesinə 2008-2010 il təvəllüdlü şəxslər qatıla bilərlər.
22 Sentyabr 2026, 10:11
“Zirə”nin 3 legioneri milli komandaya dəvət aldı
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.Ange Mutsinzi Ruanda, İssa Cibrila Niger yığmasına çağrılıb.Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.
21 Sentyabr 2026, 14:15
Məmmədəli Mehdiyev dünya çempionatında qızıl qazandı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.Bu barədə Citypost.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Yarışın ilk günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala yiyələniblər.Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur....
21 Sentyabr 2026, 08:21
Nəriman Axundzadə millinin heyətində yer aldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Komandaya 25 oyunçu dəvət alıb.Onların arasında Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən Nəriman Axundzadə də var.U-21 sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqlə üz-üzə gələcək.
19 Sentyabr 2026, 17:34
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış "AzerFit" layihəsinin icrası ilə maraqlanıb.Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib. Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib.İştirakçılar "AzerFit" çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə...
18 Sentyabr 2026, 18:35