Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 29 Sentyabr 2026, 08:07
493
Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2 nömrəli marşrutun “Avtovağzal” m/st istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” m/st-na doğru fəaliyyət göstərəcək.
Həmçinin oxuyun
3 nömrəli marşrutun “Dərnəgül” m/st istiqamətində hərəkəti Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər 3 marşrut “Dərnəgül” m/st-na fəaliyyət göstərəcək.
202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.
Qeyd: 7-ci mikrorayon ərazisində yaşayan sakinlərin “Dərnəgül” m/st istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 3 nömrəli müntəzəm marşrutdan avtobuslar ayrılacaq. Həmin avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) - “Dərnəgül” m/st marşrutu üzrə sərnişinlərə ödənişsiz xidmət göstərəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda bu yollarda tıxac var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;10. Yusif...
29 Sentyabr 2026, 08:54
Bakının bu rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
29 Sentyabr 2026, 08:00
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında yeni mərhələ
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi, ölkənin iqtisadi potensialının təqdim olunması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyıb. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib və bir sıra suallara aydınlıq gətirib.Cənab Prezident çıxışında Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə xüsusi diqqət yetirilib. Qeyri-neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi vurğulanıb. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımının orta hesabla illik 5 faiz təşkil etdiyi, qeyri-neft sənayesinin 1,5 dəfə, qeyri-neft ixracının...
28 Sentyabr 2026, 22:20
Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən...
28 Sentyabr 2026, 19:20
Gədəbəy rayonuna yeni icra başçısı təyin edilib
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:31
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunub
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:30