Bizə yazın

Baku

-°C

USD

-

Səfirdən Azərbaycan haqda: “Bunu heç vaxt unutmayacağıq!”

Siyasət 29 Sentyabr 2026, 08:38

486

“Ukraynanın Xarkov və Xerson vilayətlərindən, cəbhə xəttində yerləşən və Rusiya hücumlarından ciddi zərər çəkmiş bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib".

Citypost.azistinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına ukraynalı uşaqlara göstərdiyi dəstəyə görə çox minnətdarıq. Biz bunu heç vaxt unutmayacağıq. Bu, Ukrayna və Azərbaycan uşaqlarını, ailələri və xalqlarımızı birləşdirən çox mühüm proqramdır. Çox sağ ol, Azərbaycan”, – Ukraynanın Azərbaycandakı səfiri bildirib.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq bu gün Azərbaycana gətirilir.

Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məhəmməd Əsədullazadə: Türkiyədən Azərbaycana daha yaxın ölkə yoxdur

Politoloq, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan üçün Türkiyədən daha yaxın və vacib ölkə yoxdur. Onun sözlərinə görə, Türkiyə Azərbaycana görə Ermənistanla sərhədlərini bağlı saxlayıb, İkinci Qarabağ müharibəsində isə Azərbaycana siyasi və logistik dəstək verib.Politoloq qeyd edib ki, Türkiyə həmçinin Rusiya ilə bağlı məsələlərdə Azərbaycan üçün mühüm rol oynayıb. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində türkiyəli qardaşların Azərbaycanın yanında olduğunu və eyni səngərdə döyüşdüyünü vurğulayıb.Məhəmməd Əsədullazadə bildirib ki, Bakıda və Şamaxıda yerləşən Türk şəhidlikləri Azərbaycan-Türkiyə qardaşlığının tarixi təməllərindən biridir.“Babam deyərdi ki, 1918-ci il mart soyqırımında...

29 Sentyabr 2026, 09:16

Nigar Sabirqızı: “Türkiyəyə və Atatürkə nifrət qusmaq olmaz!”

Jurnalist Nigar Sabirqızı Türkiyə və Atatürk əleyhinə paylaşımlar edən şəxslərlə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki,o , bu cür paylaşımlar edən şəxsləri sosial şəbəkədə dostluq siyahısından siləcəyini bildirib.Nigar Sabirqızı qeyd edib ki, Türkiyə və Atatürk onun üçün həssas mövzudur və dəyər verdiyi məsələlərə qarşı təhqiramiz ifadələrin işlədilməsini qəbul etmir.Jurnalistin sözlərinə görə, bəzi şəxslər Türkiyə əleyhinə paylaşımları populyarlıq qazanmaq, özlərini göstərmək və ya müəyyən siyasi mövqelərini nümayiş etdirmək məqsədilə edirlər.“Türkiyəyə və Atatürkə nifrət qusmaq və insanları təxribata çəkməyə çalışmaq olmaz. Nəyəsə mədəni şəkildə etiraz etmək olar. Əvvəl özünüz kimsiniz, aynaya bir baxın, daha sonra kiməsə dil uzadarsınız”, - deyə Nigar Sabirqızı...

29 Sentyabr 2026, 09:10

Mirzə Rəşad Okbəy: “Türkiyədəki hər tənqidi Türkiyənin dövlət mövqeyi kimi oxumaq yanlışdır”

Bəzən olur, bir şəkil min sözdən çox danışır. Bəzən də bir şəkil haqqında minlərlə adam o qədər çox danışıb-deyinir ki, axırda şəkilin özünün demək istədiyi heç nə eşidilmir. Daha doğrusu, şəkil özünü doğru oxutdura bilmir.Elə bugünlərdə BMT Baş Assambleyasının zalından yayılan bir fotoşəkil məhz belə bir vəziyyət yaradıb.İsrailin baş naziri Benyamin Netanyahu BMT tribunasına çıxanda Türkiyənin də daxil olduğu çoxsaylı müsəlman və qeyri-müsəlman ölkələrinin nümayəndələri zalı tərk etdilər.Anadolu Agentliyinin BMT-dəki görüntülər üzrə apardığı araşdırmaya görə, təxminən 70 ölkənin nümayəndə heyəti ya zalı tərk edib, ya da yerlərini boş saxlayıb. Türkiyə də həmin ölkələr sırasında olub. Azərbaycan nümayəndəsi isə zalda qalıb. Vəssalam.Hadisənin faktiki...

29 Sentyabr 2026, 09:04

Ərdoğan Prezident İlham Əliyevə zəng edib 

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

28 Sentyabr 2026, 11:38

Rövşən Muradov: “Azərbaycanın investisiya modeli yeni mərhələyə keçir”

Qlobal iqtisadi münasibətlər sistemində investisiya qərarlarının mahiyyəti son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Kapital artıq yalnız yüksək gəlirlilik perspektivinin mövcud olduğu bazarlara yönəlmir, eyni zamanda siyasi sabitliyin, makroiqtisadi dayanıqlığın, hüquqi öhdəliklərə sadiqliyin, enerji və nəqliyyat təhlükəsizliyinin, insan kapitalının və uzunmüddətli inkişaf strategiyasının bir-birini tamamladığı iqtisadi məkanları seçir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində irəli sürdüyü fikirlər Azərbaycanın bu çoxşaxəli investisiya yanaşmasına keçid etdiyini nümayiş etdirir. Son iyirmi ildə ölkəyə 350 milyard ABŞ dollarından artıq investisiyanın cəlb olunması və həmin kapitalın təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi artıq formalaşmış etimad kapitalının iqtisadi ölçüsünü ifadə edir.Bu sözləri Milli Məclisin...

28 Sentyabr 2026, 10:58

Turan İbrahimov: “Azərbaycan və Türkiyə arasında strateji xətt qorunmalıdır”

Televiziya aparıcısı, tanınmış jurnalist Turan İbrahimov Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist  qeyd edib ki, müxtəlif vaxtlarda Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə qarşı mənfi məzmunlu paylaşımlar yayan bir neçə mərkəzli “trol ordusu”nun fəaliyyət göstərdiyini düşünür. Turan İbrahimov bu fəaliyyətin arxasında İran, Rusiya, FETÖ və MOSSAD-ın dayandığını iddia edib.Jurnalistin sözlərinə görə, hər iki ölkənin cəmiyyətində türkçülüyə, etnik birliyə və ortaq maraqlara qarşı mənfi münasibətin formalaşdırılmasına yönəlmiş təbliğat mövcuddur. O hesab edir ki, bu cür fəaliyyətlər Azərbaycan və Türkiyə arasında münasibətlərə təsir göstərmək məqsədi daşıya bilər.Turan İbrahimov bildirib ki, Azərbaycan və Türkiyədə dövlət siyasətinin milli...

28 Sentyabr 2026, 09:27