Aqşin Evrən: Qəzza məsələsində emosiyalar ön plandadır
Cəmiyyət 29 Sentyabr 2026, 09:20
470
Jurnalist Aqşin Evrən Türkiyədə Qəzza ilə bağlı ictimai münasibətə dair müşahidələrini bölüşüb.
Citypost.az xəbər verir ki, Aqşin Evrən bildirib ki, Türkiyədə keçirilən küçə sorğularından bir neçəsini izləyib. Onun sözlərinə görə, sorğularda vətəndaşlara “Qəzzada döyüşməyə gedərsiniz?” sualı ünvanlanır və respondentlərin əksəriyyəti buna müsbət cavab verir.
“Əksəriyyəti deyir: ‘Gedərik, canımızı da verərik’. Müxbir ‘Onda ad-soyadınızı yazaq, sizi Qəzzada döyüşməyə aparırıq’ deyəndə isə hərəsi bir bəhanə ilə aradan çıxır”, – deyə jurnalist yazıb.
Aqşin Evrən hesab edir ki, bu müşahidə Türkiyə ictimai rəyində Qəzza məsələsinə münasibətdə emosional amillərin mühüm rol oynadığını göstərir.
Həmçinin oxuyun
“Bu isə onu göstərir ki, Türkiyə ictimai rəyində ‘Qəzza həssaslığı’nın formalaşmasında rasional arqumentlər yox, emosional amillər rol oynayır”, – deyə jurnalist qeyd edib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmir işləri aparılacaq.Məlumata görə, rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
29 Sentyabr 2026, 09:17
Tural İrfan: “Müqəddəs dəyərləri maddi mənafe alətinə çevirənlər təhlükəlidir”
Dinşünas-yazar, MCP sədrinin müavini Tural İrfan dini və müqəddəs dəyərlərdən maddi qazanc əldə etmək məqsədilə istifadə olunmasını tənqid edib.Citypost.az xəbər verir ki, Tural İrfan bildirib ki, yas mərasimlərində mollaların dua oxuyaraq pul alması, mərasim evlərində menyuların təqdim edilməsi, Həcc səfərlərinin kommersiya xarakteri daşıması, eləcə də pirlərə və nəzir qutularına toplanan pullar dini dəyərlərin ticarət predmetinə çevrilməsidir.“Yasda mollanın dua oxuyub pul alması ticarətdir. Mərasim evlərində menyular ticarətdir. Həcc səfəri ticarətdir. Pirlərə, nəzir qutularına yığılan pullar ticarətdir”, – deyə o yazıb.Onun sözlərinə görə, müqəddəs dəyərlərdən şəxsi maddi mənafe əldə etmək üçün istifadə edən şəxslər ciddi təhlükə yaradır.“Müqəddəs dəyərləri alət edib maddi mənafe...
29 Sentyabr 2026, 09:12
Bakıda bu yollarda tıxac var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;10. Yusif...
29 Sentyabr 2026, 08:54
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Bildirilib ki, məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2 nömrəli marşrutun “Avtovağzal” m/st istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri,...
29 Sentyabr 2026, 08:07
Bakının bu rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
29 Sentyabr 2026, 08:00
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında yeni mərhələ
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi, ölkənin iqtisadi potensialının təqdim olunması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyıb. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib və bir sıra suallara aydınlıq gətirib.Cənab Prezident çıxışında Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə xüsusi diqqət yetirilib. Qeyri-neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi vurğulanıb. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımının orta hesabla illik 5 faiz təşkil etdiyi, qeyri-neft sənayesinin 1,5 dəfə, qeyri-neft ixracının...
28 Sentyabr 2026, 22:20