Xanoğlan Əhmədov: Tarixi həqiqətlər unudulmamalıdır
Siyasət 29 Sentyabr 2026, 09:28
462
Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və son onilliklərdə formalaşan strateji tərəfdaşlığımız bunu bir daha təsdiq edir.
Amma qardaşlıq tarixdə baş verənləri unutmaq demək deyil.
Bu gün Türkiyənin sosial şəbəkələrində Azərbaycana qarşı qarayaxma kampaniyalarının vüsət alması, qərəzli iddiaların və dezinformasiyaların bu qədər asan yayılması ciddi suallar doğurur. Azərbaycana qarşı hazırda aparılan xoşagəlməz kampaniyaları və təhqiramiz ritorikanı görəndə 1990-cı illərin ortalarına nəzər salmağa ehtiyac yaranır.
Məlumdur ki, 1995-ci ilin 13–17 mart hadisələri Azərbaycanın müstəqillik tarixinin ən ağır səhifələrindən biridir. Həmin günlərdə baş verən faciəli hadisələr - Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin silahlı qiyamı hakimiyyətə qarşı çevriliş cəhdi kimi qiymətləndirilib. Mart hadisələrində Rövşən Cavadovla yanaşı Türkiyə vətəndaşı Fərman Dəmirqolun da adının hallanması Azərbayccan cəmiyyətində xeyli narahatlıq yaratmışdı. Həmin dövr, eləcə də Fərman Dəmirqolun Azərbaycandan çıxarılması ilə bağlı mətbuatda geniş məlumatlar yer alıb. Onlardan yalnız birini qeyd edirəm. Bu məlumatlar içərisində ən diqqətçəkən məqamlardan biri 1996-cı ildə Türkiyə MİT-nin hesabatında Türkiyənin həmin dövrdəki bəzi siyasi və təhlükəsizlik dairələrinin Azərbaycandakı çevriliş cəhdi ilə əlaqəsi barədə iddiaların yer almasıdır. Həmin materiallarda o vaxtkı baş nazir Tansu Çillərin rəhbərlik etdiyi hökumətin adı da çəkilirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, 1995-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyinə yönəlmiş çevriliş cəhdi ilə Türkiyədəki bəzi dairələr arasında əlaqə barədə sənədləşdirilmiş məlumatlar və iddialar mövcuddur.
Təbii ki, bu, Türkiyə xalqını Azərbaycana qarşı qoymaq üçün əsas deyil. Əksinə, Türkiyə cəmiyyətini ayrı-ayrı siyasi dairələrdən və həmin dövrdə fəaliyyət göstərən qeyri-rəsmi şəbəkələrdən fərqləndirmək lazımdır.
Bu statusu hazırlayarkən Türkiyənin tanınmış alimlərindən, Necmettin Erbakan Universitetinin müəllimi professor Selahattin Avşaroğlunun maraqlı bir açıqlamasına da rast gəldim.
Professor yanlış məlumata inanaraq Azərbaycana qarşı kampaniyaya qoşulduğunu etiraf edib və buna görə üzr istəyib. Bu hadisə bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan məlumatları yoxlamadan paylaşmaq nə qədər təhlükəlidir.
Təbii ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən fasilələrlə davam etməsi, qərəzli iddiaların və dezinformasiyaların sürətlə yayılması narahatlıq doğurur. Bu paylaşımların bir qisminin əlaqələndirilmiş kampaniyaların tərkib hissəsi olması ehtimalı ciddi şəkildə araşdırılmalıdır.
Qardaşlarımız unutmasınlar ki, Azərbaycan və Türkiyənin münasibətləri ayrı-ayrı sosial şəbəkə kampaniyalarından daha böyükdür. Bu münasibətləri qorumaq üçün həm qardaşlığı, həm də tarixi həqiqətləri unutmamaq lazımdır.
Axı qardaşlıq tarixə göz yummaq deyil, həqiqəti bilə-bilə münasibətləri qorumağı bacarmaqdır.
Xanoğlan Əhmədov
Jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şöhrət Eldəniz: “Azərbaycan-Türkiyə strateji münasibətlərinin dərinliyini dərk etmək lazımdır”
Tanınmış jurnalist Şöhrət Eldəniz Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər səsləndirilən fikirlərə münasibət bildirib.Şöhrət Eldəniz qeyd edib ki, Türkiyə səfirliyinin və dövlət qurumlarının keçirdiyi tədbirlərdə “Bir millət, iki dövlət” şüarını səsləndirən və bu mövzuda paylaşımlar edən bəzi şəxslər hazırda Türkiyədəki müxtəlif anti-Azərbaycan və anti-Türk təbliğatına qoşulurlar. Onun sözlərinə görə, bu yanaşmalar cəmiyyətdə çaşqınlıq yaradır.Jurnalist bildirib ki, ötən dövrdə “Şuşa Bəyannaməsi”ni Azərbaycanın təhlükəsizlik qarantı kimi təqdim edən və bu barədə geniş yazılar yazan bəzi şəxslər indi Türkiyə dövləti və xalqını ittiham edən fikirlər səsləndirirlər.“Dünənə qədər ‘təhlükəsizlik qarantımız Şuşa Bəyannaməsidir’ deyib palaz-palaz məqalə, status yazanlar indi də Türkiyə dövlətini və millətini ittiham edən...
29 Sentyabr 2026, 09:25
Məhəmməd Əsədullazadə: Türkiyədən Azərbaycana daha yaxın ölkə yoxdur
Politoloq, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan üçün Türkiyədən daha yaxın və vacib ölkə yoxdur. Onun sözlərinə görə, Türkiyə Azərbaycana görə Ermənistanla sərhədlərini bağlı saxlayıb, İkinci Qarabağ müharibəsində isə Azərbaycana siyasi və logistik dəstək verib.Politoloq qeyd edib ki, Türkiyə həmçinin Rusiya ilə bağlı məsələlərdə Azərbaycan üçün mühüm rol oynayıb. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində türkiyəli qardaşların Azərbaycanın yanında olduğunu və eyni səngərdə döyüşdüyünü vurğulayıb.Məhəmməd Əsədullazadə bildirib ki, Bakıda və Şamaxıda yerləşən Türk şəhidlikləri Azərbaycan-Türkiyə qardaşlığının tarixi təməllərindən biridir.“Babam deyərdi ki, 1918-ci il mart soyqırımında...
29 Sentyabr 2026, 09:16
Nigar Sabirqızı: “Türkiyəyə və Atatürkə nifrət qusmaq olmaz!”
Jurnalist Nigar Sabirqızı Türkiyə və Atatürk əleyhinə paylaşımlar edən şəxslərlə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki,o , bu cür paylaşımlar edən şəxsləri sosial şəbəkədə dostluq siyahısından siləcəyini bildirib.Nigar Sabirqızı qeyd edib ki, Türkiyə və Atatürk onun üçün həssas mövzudur və dəyər verdiyi məsələlərə qarşı təhqiramiz ifadələrin işlədilməsini qəbul etmir.Jurnalistin sözlərinə görə, bəzi şəxslər Türkiyə əleyhinə paylaşımları populyarlıq qazanmaq, özlərini göstərmək və ya müəyyən siyasi mövqelərini nümayiş etdirmək məqsədilə edirlər.“Türkiyəyə və Atatürkə nifrət qusmaq və insanları təxribata çəkməyə çalışmaq olmaz. Nəyəsə mədəni şəkildə etiraz etmək olar. Əvvəl özünüz kimsiniz, aynaya bir baxın, daha sonra kiməsə dil uzadarsınız”, - deyə Nigar Sabirqızı...
29 Sentyabr 2026, 09:10
Mirzə Rəşad Okbəy: “Türkiyədəki hər tənqidi Türkiyənin dövlət mövqeyi kimi oxumaq yanlışdır”
Bəzən olur, bir şəkil min sözdən çox danışır. Bəzən də bir şəkil haqqında minlərlə adam o qədər çox danışıb-deyinir ki, axırda şəkilin özünün demək istədiyi heç nə eşidilmir. Daha doğrusu, şəkil özünü doğru oxutdura bilmir.Elə bugünlərdə BMT Baş Assambleyasının zalından yayılan bir fotoşəkil məhz belə bir vəziyyət yaradıb.İsrailin baş naziri Benyamin Netanyahu BMT tribunasına çıxanda Türkiyənin də daxil olduğu çoxsaylı müsəlman və qeyri-müsəlman ölkələrinin nümayəndələri zalı tərk etdilər.Anadolu Agentliyinin BMT-dəki görüntülər üzrə apardığı araşdırmaya görə, təxminən 70 ölkənin nümayəndə heyəti ya zalı tərk edib, ya da yerlərini boş saxlayıb. Türkiyə də həmin ölkələr sırasında olub. Azərbaycan nümayəndəsi isə zalda qalıb. Vəssalam.Hadisənin faktiki...
29 Sentyabr 2026, 09:04
Səfirdən Azərbaycan haqda: “Bunu heç vaxt unutmayacağıq!”
“Ukraynanın Xarkov və Xerson vilayətlərindən, cəbhə xəttində yerləşən və Rusiya hücumlarından ciddi zərər çəkmiş bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib".Citypost.azistinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib."Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına ukraynalı uşaqlara göstərdiyi dəstəyə görə çox minnətdarıq. Biz bunu heç vaxt unutmayacağıq. Bu, Ukrayna və Azərbaycan uşaqlarını, ailələri və xalqlarımızı birləşdirən çox mühüm proqramdır. Çox sağ ol, Azərbaycan”, – Ukraynanın Azərbaycandakı səfiri bildirib.Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq bu gün Azərbaycana gətirilir.Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc...
29 Sentyabr 2026, 08:38
Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.
28 Sentyabr 2026, 11:38