Bizə yazın

Baku

-°C

USD

-

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb 

Cəmiyyət 30 Sentyabr 2026, 08:51

480

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib 

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb....

30 Sentyabr 2026, 09:27

Şöhrət Eldəniz: “Əsas mübarizə ideoloji müstəvidə olacaq”

Tanınmış jurnalist Şöhrət Eldəniz Azərbaycan-Ermənistan münasibətlərində qarşıdakı dövrdə mübarizənin əsasən ideoloji və informasiya müstəvisinə keçəcəyini bildirib.Citypost.az xəbər verir ki, Şöhrət Eldəniz sosial şəbəkədə paylaşımında qeyd edib ki, Qarabağ və sərhəd bölgələri ilə bağlı açıq qarşıdurmanın davam edəcəyini düşünmür.“Ermənilərlə torpaq davası bitib. Nə Qarabağ uğrunda, nə də sərhəd bölgəsində açıq davamız olmayacaq. 100 faiz əmin olun. Başınızı bu istiqamətdə qatıb, özünüzü yormayın”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas mübarizə ideoloji, təbliğat, tarixi irs və dini müstəvilərdə aparılacaq.“Dava ideoloji, təbliğat, tarixi irs, dini müstəvidə gedəcək. Bu istiqamətdə savaşa hazır olun”, – deyə Şöhrət Eldəniz vurğulayıb.Turan...

30 Sentyabr 2026, 09:20

Amal Abışov: “Nə basketbolçu, nə də futbolçu yetişdirə bilirik”

Jurnalist Amal Abışov Elm və Təhsil naziri, eyni zamanda Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin jurnalistlərdən birinin sualına verdiyi cavabı tənqid edib.Citypost.az xəbər verir ki, Amal Abışov bildirib ki, bəzi nazirlər və məmurlar əvvəlcədən hazırlanmış suallara cavab verməyə öyrəşdikləri üçün gözlənilməz suallarla qarşılaşanda çətinlik çəkirlər.“Bizim nazirlər, məmurlar əvvəlcədən hazırlanmış suallara cavab verməyə o qədər öyrəşiblər ki, qəfil köntöy sual eşidən kimi özlərini itirirlər. Elm və Təhsil naziri, eyni zamanda da Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin də başına bu gün iş gəlib”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, jurnalistlərdən biri Emin Əmrullayevə “Əhalisinin 2/3-sinin oxuduqlarını anlamadığı bir ölkədə basketbolu inkişaf etdirmək...

30 Sentyabr 2026, 09:17

Araz Mübarizoğlu: “Masazırda urbanizasiya özbaşınalığa qurban edilib”

Avtomız kanalının təsisçisi və aparıcısı Araz Mübarizoğlu Masazır qəsəbəsinə giriş yolundakı vəziyyətlə bağlı narazılığını ifadə edib.Araz Mübarizoğlu bildirib ki, Masazır qəsəbəsinə giriş yolu hər iki istiqamət üzrə iki zolaqlı nəzərdə tutulsa da, zolaqlardan birində müxtəlif maneələr səbəbindən hərəkət etmək çətinləşir.“Masazır qəsəbəsinə girişin yolu guya hər iki tərəfli yol üçün iki zolaqlıdır, amma ikinci zolaqda nə sehirdirsə, ora ilə getmək mümkün deyil. Ya hansısa adama, ya naməlum dirəklərə, ya da yerdəki əndrəbadi maneələrə ilişəcəksən”, – deyə o yazıb.Onun sözlərinə görə, bu səbəbdən sürücülər yolun sağ hissəsində maneə olmadığı üçün qarşı istiqamətə yaxın zolaqdan istifadə etməyə məcbur qalırlar.“Belə olan halda isə qarşı...

30 Sentyabr 2026, 09:11

Nigar Sabirqızı: “İnsanın dəyəri geyimlə yox, davranışı ilə ölçülür”

İTV aparıcısı, jurnalist Nigar Sabirqızı sosial şəbəkədə hicabın məktəblərdə qadağan olunmasına etiraz edən şəxsin fikirlərinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızı qeyd edib ki, qarşısına çıxan videoda hicablı bir qadın məktəblərdə hicabın qadağan edilməsinə etiraz edərək cəmiyyəti hicablı insanların qoruduğunu deyib.“Maraqlıdır, görəsən, bu xanım və onun kimi düşünənlər cəmiyyəti nədən və necə qoruyur? Belə çıxır ki, əxlaqlı ancaq bunlardır, hicab geyinməyənlər əxlaqsızdır. Əgər əxlaq geyimlə ölçülsəydi, İran çoxdan dünyanın əxlaq nümunəsinə çevrilərdi. Reallıq isə bunun əksidir”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, insanın dəyəri geyimi ilə deyil, davranışı ilə müəyyən olunur.“İnsanın dəyəri geyimlə yox, davranışı ilə ölçülür. Öz seçimini...

30 Sentyabr 2026, 09:04

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Cəlilabad rayonunun bir neçə sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.APA-nın Cənub bürosunun məlumatına görə, zəhərlənənlərin sayının 10 nəfər olduğu və onların arasında uşaqların da olduğu bildirilir.İlkin məlumata görə, həmin şəxslər Biləsuvar rayonunda əsgər yolasalma mərasimində iştirak ediblər. Ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.Onların qonaqlıqda qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.

30 Sentyabr 2026, 08:00