Bizə yazın

Baku

-°C

USD

-

Etibar Əliyev: “Məsud Pezeşkian cəsur şəxsiyyətdir”

Siyasət 30 Sentyabr 2026, 09:25

453

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev İran Prezidenti Məsud Pezeşkianla bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki, Etibar Əliyev Pezeşkianı İran İslam Respublikasının dövlətçilik tarixində mühüm iz qoymuş lider kimi təqdim edib. O, İsrail-İran müharibəsi zamanı Pezeşkianın davranışlarını yüksək qiymətləndirib.

“İsrail-İran müharibəsində bütün dünya bu nəhəng liderin təmkinli, ağıllı davranışlarının şahidi oldu”, – deyə sabiq deputat yazıb.

Etibar Əliyev Məsud Pezeşkianın cəsarətli şəxsiyyət olduğunu da qeyd edib və onun daha əvvəl səsləndirdiyi fikirlərdən birini xatırladıb:“Mən sadəcə olaraq işimdən uzaqlaşa, görüşləri buraxa və öhdəliklərimi yerinə yetirməyi dayandıra bilmərəm. Ola bilsin ki, bir gün bizi öldürəcəklər, qoy öldürsünlər”.

Sabiq deputat bildirib ki, Pezeşkianın bu sözlərini “yaddaş dəftəri”nə yazıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlövsət Ağalarov Netanyahuya və onun tərəfdarlarına səsləndi

Sabiq deputat Əlövsət Ağalarov İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışına münasibət bildirib.Citypost.az xəbər verir ki, Əlövsət Ağalarov Netanyahu-nun çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı erməni soyqırımını inkar etməkdə ittiham etməsinə diqqət çəkib.“Netanyahu sevdalılarının menyusuna səhər yeməyi əlavəsi. BMT-nin Baş Assambleyasındakı çıxışından bir-iki sitat: ‘Ərdoğan erməni genosidini inkar edir, tanımır’”, – deyə sabiq deputat yazıb.O, Netanyahu-nun ABŞ-da yəhudilərə qarşı hücumlarla bağlı səsləndirdiyi fikirləri də xatırladıb və İsrail hökumətinin ABŞ rəhbərliyinə münasibətini sual edib.Əlövsət Ağalarov bildirib ki, onun fikrincə, Türkiyə Prezidentinin erməni soyqırımı kimi təqdim olunan hadisələrlə bağlı mövqeyini dəyişməsi gözlənilməməlidir.“Ərdoğan nə etməlidir, qondarma soyqırımı tanımalıdır?” – deyə o...

30 Sentyabr 2026, 09:15

Zaur Şükürov: “Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”

Son illər ölkəmizdə təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlər siyahısına daha bir mühüm tədbir əlavə olundu - 25-26 sentyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi.  Sentyabrın 25-də dövlət başçımızın Forumun iştirakçılarına müraciətində və növbəti gün-26 sentyabrda tədbirdə iştirakı zamanı çıxşında ölkəmizdə əldə olunmuş uğurlar və gələcək inkişaf strategiyamız barədə çox önəmli fikirlər səsləndirdi.Prezident İlham Əliyev müraciətində Forumun mövzusunun “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” müəyyən edilməsinin xüsusilə aktual olduğunu bildirərək, qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat zəncirləri yenidən formalaşdığı, yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin...

29 Sentyabr 2026, 14:56

Xanoğlan Əhmədov: Tarixi həqiqətlər unudulmamalıdır

Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və son onilliklərdə formalaşan strateji tərəfdaşlığımız bunu bir daha təsdiq edir.Amma qardaşlıq tarixdə baş verənləri unutmaq demək deyil.Bu gün Türkiyənin sosial şəbəkələrində Azərbaycana qarşı qarayaxma kampaniyalarının vüsət alması, qərəzli iddiaların və dezinformasiyaların bu qədər asan yayılması ciddi suallar doğurur. Azərbaycana qarşı hazırda aparılan xoşagəlməz kampaniyaları və təhqiramiz ritorikanı görəndə 1990-cı illərin ortalarına nəzər salmağa ehtiyac yaranır.Məlumdur ki, 1995-ci ilin 13–17 mart hadisələri Azərbaycanın müstəqillik tarixinin ən ağır səhifələrindən biridir. Həmin günlərdə baş verən faciəli hadisələr - Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin silahlı qiyamı hakimiyyətə qarşı çevriliş cəhdi kimi qiymətləndirilib....

29 Sentyabr 2026, 09:28

Şöhrət Eldəniz: “Azərbaycan-Türkiyə strateji münasibətlərinin dərinliyini dərk etmək lazımdır”

Tanınmış jurnalist Şöhrət Eldəniz Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər səsləndirilən fikirlərə münasibət bildirib.Şöhrət Eldəniz qeyd edib ki, Türkiyə səfirliyinin və dövlət qurumlarının keçirdiyi tədbirlərdə “Bir millət, iki dövlət” şüarını səsləndirən və bu mövzuda paylaşımlar edən bəzi şəxslər hazırda Türkiyədəki müxtəlif anti-Azərbaycan və anti-Türk təbliğatına qoşulurlar. Onun sözlərinə görə, bu yanaşmalar cəmiyyətdə çaşqınlıq yaradır.Jurnalist bildirib ki, ötən dövrdə “Şuşa Bəyannaməsi”ni Azərbaycanın təhlükəsizlik qarantı kimi təqdim edən və bu barədə geniş yazılar yazan bəzi şəxslər indi Türkiyə dövləti və xalqını ittiham edən fikirlər səsləndirirlər.“Dünənə qədər ‘təhlükəsizlik qarantımız Şuşa Bəyannaməsidir’ deyib palaz-palaz məqalə, status yazanlar indi də Türkiyə dövlətini və millətini ittiham edən...

29 Sentyabr 2026, 09:25

Məhəmməd Əsədullazadə: Türkiyədən Azərbaycana daha yaxın ölkə yoxdur

Politoloq, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan üçün Türkiyədən daha yaxın və vacib ölkə yoxdur. Onun sözlərinə görə, Türkiyə Azərbaycana görə Ermənistanla sərhədlərini bağlı saxlayıb, İkinci Qarabağ müharibəsində isə Azərbaycana siyasi və logistik dəstək verib.Politoloq qeyd edib ki, Türkiyə həmçinin Rusiya ilə bağlı məsələlərdə Azərbaycan üçün mühüm rol oynayıb. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində türkiyəli qardaşların Azərbaycanın yanında olduğunu və eyni səngərdə döyüşdüyünü vurğulayıb.Məhəmməd Əsədullazadə bildirib ki, Bakıda və Şamaxıda yerləşən Türk şəhidlikləri Azərbaycan-Türkiyə qardaşlığının tarixi təməllərindən biridir.“Babam deyərdi ki, 1918-ci il mart soyqırımında...

29 Sentyabr 2026, 09:16

Nigar Sabirqızı: “Türkiyəyə və Atatürkə nifrət qusmaq olmaz!”

Jurnalist Nigar Sabirqızı Türkiyə və Atatürk əleyhinə paylaşımlar edən şəxslərlə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki,o , bu cür paylaşımlar edən şəxsləri sosial şəbəkədə dostluq siyahısından siləcəyini bildirib.Nigar Sabirqızı qeyd edib ki, Türkiyə və Atatürk onun üçün həssas mövzudur və dəyər verdiyi məsələlərə qarşı təhqiramiz ifadələrin işlədilməsini qəbul etmir.Jurnalistin sözlərinə görə, bəzi şəxslər Türkiyə əleyhinə paylaşımları populyarlıq qazanmaq, özlərini göstərmək və ya müəyyən siyasi mövqelərini nümayiş etdirmək məqsədilə edirlər.“Türkiyəyə və Atatürkə nifrət qusmaq və insanları təxribata çəkməyə çalışmaq olmaz. Nəyəsə mədəni şəkildə etiraz etmək olar. Əvvəl özünüz kimsiniz, aynaya bir baxın, daha sonra kiməsə dil uzadarsınız”, - deyə Nigar Sabirqızı...

29 Sentyabr 2026, 09:10