Şöhrət Eldəniz: “Əsas mübarizə ideoloji müstəvidə olacaq”
Cəmiyyət 30 Sentyabr 2026, 09:20
457
Tanınmış jurnalist Şöhrət Eldəniz Azərbaycan-Ermənistan münasibətlərində qarşıdakı dövrdə mübarizənin əsasən ideoloji və informasiya müstəvisinə keçəcəyini bildirib.
Citypost.az xəbər verir ki, Şöhrət Eldəniz sosial şəbəkədə paylaşımında qeyd edib ki, Qarabağ və sərhəd bölgələri ilə bağlı açıq qarşıdurmanın davam edəcəyini düşünmür.
“Ermənilərlə torpaq davası bitib. Nə Qarabağ uğrunda, nə də sərhəd bölgəsində açıq davamız olmayacaq. 100 faiz əmin olun. Başınızı bu istiqamətdə qatıb, özünüzü yormayın”, – deyə jurnalist yazıb.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas mübarizə ideoloji, təbliğat, tarixi irs və dini müstəvilərdə aparılacaq.
Həmçinin oxuyun
“Dava ideoloji, təbliğat, tarixi irs, dini müstəvidə gedəcək. Bu istiqamətdə savaşa hazır olun”, – deyə Şöhrət Eldəniz vurğulayıb.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Real Ermənistan” məktəbə sığmır: erməni mediası Paşinyanın tarix siyasətinə qarşı çıxır
Şəmsi Qocanın şərhi:Ermənistanda Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ətrafında mübahisə yeni mərhələyə keçib. Sentyabrın 26-da “Aravot” nəşrində dərc olunan yazıda Paşinyanın məktəblərdə “Real Ermənistan” ideologiyasına zidd fikirlərin səsləndirilməməsi barədə mövqeyi tənqid edilir. Müəllifin ortaya qoyduğu sual sadədir: əgər Ermənistanın gələcək təsəvvürü yalnız bugünkü dövlət sərhədləri üzərində qurulacaqsa, onda erməni tarixinin keçmişi məktəblərdə necə izah olunacaq?Bu sual təsadüfi deyil. Çünki erməni tarixşünaslığı əsrlər boyu bugünkü Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən müxtəlif əraziləri erməni tarixi və mədəniyyəti ilə əlaqələndirib. İndi isə Paşinyan siyasi diskursu “real Ermənistan” anlayışı üzərində qurmağa çalışır. Belə vəziyyətdə tarixlə müasir dövlət anlayışının bir-birinə qarışdırılması Ermənistanın öz...
30 Sentyabr 2026, 09:59
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib....
30 Sentyabr 2026, 09:58
Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması...
30 Sentyabr 2026, 09:48
Şəbnəm Qarslı: “Türkiyədə güclü Azərbaycan diasporası və lobbi formalaşdıra bilmədik”
Jurnalist Şəbnəm Qarslı Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və lobbiçilik məsələləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az Şəbnəm Qarslı bildirib ki, son 10 il ərzində Türkiyədə Azərbaycan diasporası və lobbi fəaliyyətləri barədə ara-sıra yazılar yazıb. Onun sözlərinə görə, bu mövzuda hər dəfə “eyni millətik, bizi bilirlər, buna nə ehtiyac var?” kimi reaksiyalarla qarşılaşıb.“Son bir ildir izləyirsiniz, görürsünüz nə ehtiyac olduğunu. Türkiyə cəmiyyətində fikir formalaşdıran fərqli qruplar var ki, Azərbaycan əleyhdarlarıdır və əllərinə fürsət düşən kimi istifadə edirlər”, – deyə o yazıb.Şəbnəm Qarslı bu qruplara “irançılar, ümmətçilər, sol aydınlar, etnik azlıqlar və s.”nin aid olduğunu bildirib. O qeyd edib ki, onun fikrincə, Azərbaycan son...
30 Sentyabr 2026, 09:32
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib
Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb....
30 Sentyabr 2026, 09:27
Amal Abışov: “Nə basketbolçu, nə də futbolçu yetişdirə bilirik”
Jurnalist Amal Abışov Elm və Təhsil naziri, eyni zamanda Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin jurnalistlərdən birinin sualına verdiyi cavabı tənqid edib.Citypost.az xəbər verir ki, Amal Abışov bildirib ki, bəzi nazirlər və məmurlar əvvəlcədən hazırlanmış suallara cavab verməyə öyrəşdikləri üçün gözlənilməz suallarla qarşılaşanda çətinlik çəkirlər.“Bizim nazirlər, məmurlar əvvəlcədən hazırlanmış suallara cavab verməyə o qədər öyrəşiblər ki, qəfil köntöy sual eşidən kimi özlərini itirirlər. Elm və Təhsil naziri, eyni zamanda da Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin də başına bu gün iş gəlib”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, jurnalistlərdən biri Emin Əmrullayevə “Əhalisinin 2/3-sinin oxuduqlarını anlamadığı bir ölkədə basketbolu inkişaf etdirmək...
30 Sentyabr 2026, 09:17