Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 30 Sentyabr 2026, 09:48
452
Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Citypost.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!
Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.
Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.
Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Həmçinin oxuyun
Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
“ADEX” ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən “Securex Caspian” sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.
Əminəm ki, “ADEX” və “Securex Caspian” sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!"
Prezident İlham Əliyev
ADEX
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb
Quba-Xınalıq yolunda sürüşmə olub.APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
30 Sentyabr 2026, 10:27
TALENİN, QİSMƏTİN, BƏXTİN ŞAİRİ!
Azərbaycanın görkəmli şairi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə...
30 Sentyabr 2026, 10:23
"Real Ermənistan” məktəbə sığmır: erməni mediası Paşinyanın tarix siyasətinə qarşı çıxır
Şəmsi Qocanın şərhi:Ermənistanda Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ətrafında mübahisə yeni mərhələyə keçib. Sentyabrın 26-da “Aravot” nəşrində dərc olunan yazıda Paşinyanın məktəblərdə “Real Ermənistan” ideologiyasına zidd fikirlərin səsləndirilməməsi barədə mövqeyi tənqid edilir. Müəllifin ortaya qoyduğu sual sadədir: əgər Ermənistanın gələcək təsəvvürü yalnız bugünkü dövlət sərhədləri üzərində qurulacaqsa, onda erməni tarixinin keçmişi məktəblərdə necə izah olunacaq?Bu sual təsadüfi deyil. Çünki erməni tarixşünaslığı əsrlər boyu bugünkü Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən müxtəlif əraziləri erməni tarixi və mədəniyyəti ilə əlaqələndirib. İndi isə Paşinyan siyasi diskursu “real Ermənistan” anlayışı üzərində qurmağa çalışır. Belə vəziyyətdə tarixlə müasir dövlət anlayışının bir-birinə qarışdırılması Ermənistanın öz...
30 Sentyabr 2026, 09:59
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib....
30 Sentyabr 2026, 09:58
Şəbnəm Qarslı: “Türkiyədə güclü Azərbaycan diasporası və lobbi formalaşdıra bilmədik”
Jurnalist Şəbnəm Qarslı Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və lobbiçilik məsələləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az Şəbnəm Qarslı bildirib ki, son 10 il ərzində Türkiyədə Azərbaycan diasporası və lobbi fəaliyyətləri barədə ara-sıra yazılar yazıb. Onun sözlərinə görə, bu mövzuda hər dəfə “eyni millətik, bizi bilirlər, buna nə ehtiyac var?” kimi reaksiyalarla qarşılaşıb.“Son bir ildir izləyirsiniz, görürsünüz nə ehtiyac olduğunu. Türkiyə cəmiyyətində fikir formalaşdıran fərqli qruplar var ki, Azərbaycan əleyhdarlarıdır və əllərinə fürsət düşən kimi istifadə edirlər”, – deyə o yazıb.Şəbnəm Qarslı bu qruplara “irançılar, ümmətçilər, sol aydınlar, etnik azlıqlar və s.”nin aid olduğunu bildirib. O qeyd edib ki, onun fikrincə, Azərbaycan son...
30 Sentyabr 2026, 09:32
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib
Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb....
30 Sentyabr 2026, 09:27