Bizə yazın

Baku

-°C

USD

-

Əmir Pəhləvan yazır: SƏSİN SEHRİ

Cəmiyyət 05 Oktyabr 2026, 11:06

577

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də Imişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından professional səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.

1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən «Röya» vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə «Dünya sənin, dünya mənim», 1998-ci ildə «Vətən həsrəti» adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə «Şahnaz təsnifi» ifası ilə sənət aləmində daha çox tanınmışdır. Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin, «Röya» vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət etmişdir. Muğam ifaçısı olmuş N.Musayev, Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A,Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır. O, tanınmasının səbəbi kimi xalqın onun sənətini qiymətləndirməsində görür. Artiq uzun illərdir milli kolaritli estradanin formalaşmasında çalışan sənətkar əksər bəstəkar və ifaçıların yaradıcılığını xoşlayır. Ikinci peşə kimi Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakultəsini bitirmişdir

            Od dolu "Şahnaz"la odlanıb canın,

            Yayılıb aləmə şöhrətin, şanın.

            Canlı heykəlisən Azərbaycanın -

            Coxları öyrənib səndən, qardaşım!

            Coxu bihuş olur oxuyanda sən,

            Muğamı xalı tək toxuyanda sən,

            Yandırıb yaxırsan oxuyanda sən -

            Söz açma kədərdən, qəmdən qardaşım!

            Ayaqlar altında kilimdi dünya?

            Sənin yox, mənim yox, kimindi düya?

            Bəlkə  bir qırılanı simindi dünya -

            Gəl belə oxuma bəmdən qardaşım!

            Günəş qaranlığı boğar haçansa,

            Şəfəqli bir səhər doğar haçansa,

            Boranı - şaxtanı qovar haçansa -

            Çıxarıq dumandan, çəndən qardaşım!

           Səsində dünyanın xəritəsi var,

           Bahar ürəyində həyat səsi var.

           Ömründə minlərin xatirəsi var -

           Bu da bir xatirə məndən, qardaşım!

            Əmir Pəhləvan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.Qurumdan Citypost.az-a verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144...

05 Oktyabr 2026, 11:54

Hüquqi şəxslər üçün yeni cinayət məsuliyyəti təklif edilir

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, qərarını və ya digər aktını qərəzli olaraq icra etməyən, yaxud onların icrasına mane olan hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.Citypost.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən, sözügedən məsuliyyət nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək....

05 Oktyabr 2026, 11:42

İlham Əliyev Pirallahıda dərman zavodunu açdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.Citypost.az  xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye...

05 Oktyabr 2026, 11:16

Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib

Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

05 Oktyabr 2026, 10:37

Nazir müəllimlərə müraciət etdi: “Sizə təşəkkür edirəm”

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.Citypost.az xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.Nazir bildirib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir: "Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram"....

05 Oktyabr 2026, 09:57

Yerusəlimdə tapılan ossuari İsanın xaçını daşıyan Şimonun oğlu ilə əlaqələndirilir

Yerusəlimdə 1941-ci ildə aşkar edilən I əsrə aid qədim ossuarinin İsanın çarmıxını daşımasına kömək etdiyi bildirilən Kirenalı Şimonun ailəsi ilə əlaqəli ola biləcəyi iddia edilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, əhəng daşından hazırlanmış dəfn qutusunun üzərində “Şimon oğlu İsgəndər” yazısı aşkarlanıb. Bu adlar İncildə İsanın çarmıxını daşımağa məcbur edilən Kirenalı Şimonun oğulları İsgəndər və Rufusun adları ilə üst-üstə düşür.Qəbirin I əsrə aid olması və üzərində Kirenaya işarə etdiyi ehtimal edilən yazının bulunması iddianı daha da maraqlı edir. Lakin tədqiqatçılar bunun Şimonun oğlu İsgəndərin məzarı olduğunu təsdiqləyən qəti sübutun olmadığını bildirirlər.Alimlər qeyd edir ki, həm Şimon, həm də İsgəndər həmin...

05 Oktyabr 2026, 09:53