İlham Əliyev Pirallahıda dərman zavodunu açdı
Cəmiyyət 05 Oktyabr 2026, 11:16
565
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Citypost.az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.
Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası", Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.
"Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.
Həmçinin oxuyun
Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Burada 178 nəfər daimi işlə təmin ediləcək.
Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.Qurumdan Citypost.az-a verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144...
05 Oktyabr 2026, 11:54
Hüquqi şəxslər üçün yeni cinayət məsuliyyəti təklif edilir
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, qərarını və ya digər aktını qərəzli olaraq icra etməyən, yaxud onların icrasına mane olan hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.Citypost.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən, sözügedən məsuliyyət nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək....
05 Oktyabr 2026, 11:42
Əmir Pəhləvan yazır: SƏSİN SEHRİ
Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də Imişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından professional səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif...
05 Oktyabr 2026, 11:06
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
05 Oktyabr 2026, 10:37
Nazir müəllimlərə müraciət etdi: “Sizə təşəkkür edirəm”
Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.Citypost.az xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.Nazir bildirib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir: "Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram"....
05 Oktyabr 2026, 09:57
Yerusəlimdə tapılan ossuari İsanın xaçını daşıyan Şimonun oğlu ilə əlaqələndirilir
Yerusəlimdə 1941-ci ildə aşkar edilən I əsrə aid qədim ossuarinin İsanın çarmıxını daşımasına kömək etdiyi bildirilən Kirenalı Şimonun ailəsi ilə əlaqəli ola biləcəyi iddia edilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, əhəng daşından hazırlanmış dəfn qutusunun üzərində “Şimon oğlu İsgəndər” yazısı aşkarlanıb. Bu adlar İncildə İsanın çarmıxını daşımağa məcbur edilən Kirenalı Şimonun oğulları İsgəndər və Rufusun adları ilə üst-üstə düşür.Qəbirin I əsrə aid olması və üzərində Kirenaya işarə etdiyi ehtimal edilən yazının bulunması iddianı daha da maraqlı edir. Lakin tədqiqatçılar bunun Şimonun oğlu İsgəndərin məzarı olduğunu təsdiqləyən qəti sübutun olmadığını bildirirlər.Alimlər qeyd edir ki, həm Şimon, həm də İsgəndər həmin...
05 Oktyabr 2026, 09:53