Nəsimi Musayev hadisəsi Ermənistanda yeni istefalara səbəb olacaq – İDDİA
Cəmiyyət 07 Oktyabr 2026, 09:03
356
Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsindən sonra Ermənistanda baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, hadisədən sonra Ermənistan parlamentində əlbəyaxa dava baş verib, həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib.
“Onun istefasının rəsmi səbəbi açıqlanmasa da, Ermənistan mətbuatı qərarı məhz sərhəddə baş vermiş hadisə ilə əlaqələndirir”, – deyə hərbi ekspert qeyd edib.
Ə.Verdiyev yaxın günlərdə Ermənistanda daha yüksək vəzifəli hərbçilərin də vəzifədən uzaqlaşdırılacağını iddia edib.
Həmçinin oxuyun
“İstefalar təkcə MTX ilə məhdudlaşmayacaq. Yaxın günlərdə erməni ordusunun yüksək vəzifəli şəxsləri ordudan qovulacaq. Ərazinin müdafiəsinə cavabdeh olan hərbi hissə, tabor və bölük komandirləri həbs oluna bilər”, – deyə o bildirib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qobustandakı "Diri Baba" türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
Bu ilin yanvar-sentyabr aylarında Qobustan şəhərindəki "Diri Baba" türbəsini 28 215 turist ziyarət edib.Citypost.az xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib."Bunun 12 175-i xarici turistlərdir, onlar bilet almaqla buranı ziyarət edib. Türbəyə baş çəkmək üçün ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri, hətta Madaqaskardan bura ziyarətçilər gəlir. Həmçinin 9 ayda 16 040 nəfər yerli turist ödəniş edərək bura baş çəkib", - deyə direktor əlavə edib.Onun sözlərinə görə, hazırda "Diri Baba" türbəsində yenidənqurma işləri aparılır: "Türbənin yerləşdiyi yerdə arxeoloji qazıntılar aparılır, türbənin özündə və ətrafında konservasiya və restavrasiya işləri görüləcək. Yəgin ki, bir neçə ay çəkər. Bunu biz...
07 Oktyabr 2026, 09:24
Etibar Cəbrayıloğlu Ümrə ziyarətinə yola düşür
Tanınmış jurnalist Etibar Cəbrayıloğlu Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin Xadimi Salman bin Əbdüləziz Al Səudun şəxsi dəvət proqramı ilə müqəddəs Ümrə ziyarətinə yola düşdüyünü bildirib.Citypost.az xəbər verir ki, Etibar Cəbrayıloğlu bu şəraitin yaradılmasına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyliyə təşəkkürünü ifadə edib.“Bu şəraiti yaratdıqlarına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh Əl-Cüteyliyə təşəkkürümü bildirirəm.Allah arzusunda olanlara nəsib etsin, inşallah”, – deyə jurnalist qeyd edib.Turan...
07 Oktyabr 2026, 09:15
Gömrükdə 507 min manatlıq dərman aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.Citypost.az Komitəyə istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır....
07 Oktyabr 2026, 09:04
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;10. Niyazi küçəsi, "Azneft" dairəsi...
07 Oktyabr 2026, 08:57
Türkiyəli nazir Azərbaycan şəhidlərinin xanımları ilə görüşdü
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş azərbaycanlı şəhidlərin həyat yoldaşları ilə görüşüb. Citypost.az xəbər verir ki, bu barədə o, sosial media hesablarında bildirib."Türkiyə Qardaşlıq Toplantısında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəhidlərimizin dəyərli həyat yoldaşları ilə görüşdük.Əziz Azərbaycandan gələn qonaqlarımızı öz ailələrimizin üzvləri kimi qəbul edirik və "bir millət, iki dövlət" şüarı ilə qardaşlıq bağlarımızı möhkəmləndirməyə davam edirik.Qəhrəmanlarımızı mərhəmət və hörmətlə anır, qardaş və bacılarımızla birliyimizin əbədi olmasını arzulayırıq", - deyə nazir yazıb. ...
07 Oktyabr 2026, 08:20
Bakının iki ərazisində elektrik kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün oktyabrın 7-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat...
07 Oktyabr 2026, 08:12