Bizə yazın

Baku

-°C

USD

-

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir 

Cəmiyyət 11 Oktyabr 2026, 21:42

280

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Məktəb yalnız bilik məkanı deyil

Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlər arasında münasibətlərin tənzimlənməsi və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Azərbaycan dünyəvi dövlətdir. Bu, sadəcə hüquqi status deyil, cəmiyyətin təşkilatlanma fəlsəfəsidir. Məktəb isə bu fəlsəfənin ən həssas tətbiq olunduğu məkanlardan biridir. Burada uşaqlar yalnız riyaziyyat və ya ədəbiyyat öyrənmir, onlar şəxsiyyət, vətəndaş kimi formalaşır, ortaq qaydalara hörmət etməyi mənimsəyirlər. Məhz buna görə də məktəbli forması anlayışı hüquqi aktlarda yer alıb. Bu, sosial bərabərliyin, neytrallığın və vahid mühitin təminatıdır. Şagirdlərin eyni geyim standartlarına əməl etməsi onların məktəb kollektivinə mənsubiyyətini gücləndirəcək, ümumi qaydalara hörmət və məsuliyyət hissinin inkişafına kömək edəcək. Məktəbdə hər kəsin əməl etməli olduğu aydın tələblərin mövcudluğu uşaqlara fərdi istəklərlə kollektiv maraqlar arasında tarazlıq yaratmağı da öyrədir. Təhsil müəssisələrində nizam-intizamın qorunması yalnız inzibati tədbirlərlə məhdudlaşmamalı, şagirdlərdə qaydalara şüurlu münasibətin formalaşdırılmasını da əhatə etməlidir”.

Geyim qaydaları sosial fərqlərin təsirini azalda bilər

Deputat qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən müqayisələrin, maddi imkanların nümayişinin və bunun nəticəsində yarana biləcək ayrı-seçkilik hallarının aradan qaldırılmasına şərait yaradacaq: “Uşaqların məktəb mühitində geyimlərinə deyil, biliklərinə, bacarıqlarına və şəxsi keyfiyyətlərinə görə fərqlənməsi üçün bərabər imkanların yaradılması vacibdir. Vahid forma bu baxımdan əhəmiyyətli rol oynayacaq. Məktəbdaxili qaydalara əməl olunması şagirdlərin vəzifəsi olmaqla yanaşı, valideynlərin də məsuliyyətli iştirakını tələb edir. Ailə ilə məktəb arasında əməkdaşlıq tələblərin formal şəkildə deyil, şagirdlər tərəfindən mahiyyətcə mənimsənilməsinə kömək edəcək. Vahid geyim qaydalarının əsas məqsədi təhsil prosesinin təşkilinə, qarşılıqlı hörmətə və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir”.

Elnarə Akimova qeyd edib ki, məktəb qapısından içəri daxil olan uşaq hər şeydən əvvəl şagirddir: “Onun üzərində hər hansı simvolun daşınması bu neytrallığı poza bilər. Məktəb hamı üçün görünüşdə də, qaydalarda da, yanaşmada da eyni olmalıdır”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Məktəblərdə hicabla bağlı konkret qadağa nəzərdə tutulmayıb” - AÇIQLAMA 

“Dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı qəbul edilmiş qərarda hicabın qadağan olunmasına dair ayrıca və konkret müddəa yoxdur”.CityPost.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təsisçisi və sədri Hafiz Səfixanov bildirib.O qeyd edib ki, Nazirlər Kabinetinin dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı qərarından sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Dominos pizza“Bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirilir. Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi təsbit edilib. Eyni zamanda, dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydaları pozmadığı halda sərbəstdir”, – deyə o...

11 Oktyabr 2026, 20:10

Cəsarət Hüseynzadə: Məktəblərdə vahid geyim forması sosial bərabərliyə xidmət edir - VİDEO 

“Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına xidmət edir”.Bunu APA-ya açıqlamasında QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə bildirib.O qeyd edib ki, son dövrlərdə məktəblərdə vahid geyim forması ilə bağlı aparılan müzakirələr təhsilin inkişafına dair daha vacib məsələləri arxa plana keçirir.“Çox təəssüf edirəm ki, bu gün biz belə kiçik məsələləri müzakirə edirik. Əslində, diqqətimizi təhsilin daha da inkişaf etdirilməsinə yönəltməliyik. Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərar qəbul edib. Bu təcrübə yalnız Azərbaycanda deyil, digər ölkələrin təhsil müəssisələrində də mövcuddur”, – deyə Cəsarət Hüseynzadə vurğulayıb.Onun sözlərinə görə, vahid məktəbli...

11 Oktyabr 2026, 19:40

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir 

Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, oktyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

11 Oktyabr 2026, 19:01

Məktəbli geyimi ilə bağlı BƏYANAT YAYILDI 

Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.CityPost.az   xəbər verir ki, bəyanatda İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı informasiya kampaniyalarının aparıldığı iddia olunub.Forum məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsini və məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsi cəhdlərini pisləyib.Bildirilib ki, dünyəvilik Azərbaycanın tarixi nailiyyəti və dövlətçilik ənənəsinin mühüm tərkib hissəsidir. Ölkədə dini-mənəvi dəyərlərə hörmətlə yanaşıldığı, müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.Bəyanatda qeyd olunub ki, təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarına əməl edilməsi qanunvericiliyin tələbidir:“Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də...

11 Oktyabr 2026, 14:48

Məktəblərdə geyim formaları ilə bağlı YENİ AÇIQLAMA 

“Məktəbli forması qaydalarına əməl olunması vacibdir, bu qaydaların tətbiqində valideynləri və məktəbləri qarşıdurmaya deyil, əməkdaşlığa çağırırıq. Çünki uşaqlar böyüklərin fikir ayrılıqlarının deyil, onların birgə qayğısının və məsuliyyətinin mərkəzində olmalıdırlar”.CityPost.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru və Azərbaycan Uşaq Qaynar Xətti xidmətinin rəhbəri Kəmalə Aşumova deyib.“Məktəbli forması sosial fərqlərin qabardılmasının qarşısını alır”Onun sözlərinə görə, məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunan və təhsil mühitinin təşkilinə xidmət edən ümumi qaydalardan biridir:“Bu tələbin əsas məqsədi məktəbdə nizam-intizamın təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının...

11 Oktyabr 2026, 13:42

Sabah yağış yağacaq 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti,...

11 Oktyabr 2026, 13:20