Etibar Əliyev təhsilin ana dilində olması məsələsini gündəmə gətirdi
Cəmiyyət 12 Oktyabr 2026, 09:32
932
Sabiq deputat, təhsil eksperti Etibar Əliyev professor Oqtay Sinanoğlunun təhsil dili, milli təhsil sistemi və xarici dilin tədrisi ilə bağlı fikirlərini paylaşıb.
Citypost.az xəbər verir ki, o, paylaşımında Oqtay Sinanoğlunun elmi fəaliyyətinə diqqət çəkərək qeyd edib ki, alim 26 yaşında ABŞ-ın Yel Universitetində professor olub, iki dəfə Nobel mükafatına namizəd göstərilib. Fizika, kimya, biologiya və riyaziyyat sahələrindəki fəaliyyəti ilə tanınan Sinanoğlu “Türk Eynşteyni” kimi də yad edilir.
Etibar Əliyev alimin “Mühacir Hamamı” kitabından təhsilin ana dilində olması və xarici dilin tədrisi ilə bağlı fikirləri sitat gətirib.
Oqtay Sinanoğlu kitabında Türkiyədə 1953-cü ilə qədər orta və lisey təhsilinin dünyanın ən yaxşı təhsil sistemlərindən biri olduğunu bildirib. O, türkcə aldığı təhsil sayəsində ABŞ-ın ən yaxşı universitetlərində üç sinif irəli çıxdığını qeyd edib.
Alim həmin dövrdə Türkiyədə bəzi məktəblərdə ingilis dilində təhsilə keçilməsinə də toxunub. O, xarici məktəblərin və missioner təhsil müəssisələrinin ölkənin milli-mədəni mühitinə təsiri barədə fikirlərini bölüşərək Osmanlı imperiyasının son dövründə yaradılmış bəzi missioner məktəblərini tənqid edib.
Sinanoğlu xarici dil öyrənməklə təhsilin başqa dildə aparılmasını fərqli məsələlər kimi qiymətləndirib. O, müxtəlif ölkələrdə olduğu zaman həmin ölkələrin dillərini öyrənməyə çalışdığını, hətta Yaponiyada yapon dilində elmi mühazirələr verdiyini bildirib.
Həmçinin oxuyun
Alimin fikrincə, təhsilin xarici dildə aparılması ciddi problemdir. O, Almaniya və Yaponiya universitetlərinin müvafiq olaraq alman və yapon dillərində təhsil verdiyini xatırladıb.
Sinanoğlu kitabında bu mövqeyini belə ifadə edib:
“Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur! Müstəmləkə ölkələrini çıxmaq şərti ilə dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur!”
Etibar Əliyevin paylaşdığı fikirlərdə təhsilin ana dilində təşkili, xarici dilin öyrədilməsi və milli təhsil sisteminin qorunması məsələləri ön plana çıxıb.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"28 May"da əməliyyat: 200 nəfərdən çox adam SAXLANILIB
Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.Citypost.az xəbər verir ki,“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib. İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.Redaksiyamıza daxil olan məlumatda saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia olunur....
12 Oktyabr 2026, 21:58
62 yaşlı kişi qoz ağacından yıxılıb öldü
Göygöldə kişi bədbəxt hadisənin qurbanı olub.Citypost.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.Kənd sakini 62 yaşlı X. Cəlilov evinin həyətindəki qoz ağacından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
12 Oktyabr 2026, 21:55
Məktəbdə şagirdin yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur....
12 Oktyabr 2026, 21:30
DTX Masazırda dörd avtomobili yandıran şəxsləri həbs edib
Abşeron rayonunda oktyabrın 10-da dörd avtomobili yandıran şəxslər tutulub.Citypost.az xəbər xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.Saxlanılanlar arasında hadisənin sifarişçiləri və icraçıları var.Onlar DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib və tutulublar.Tutulan şəxslərin adı və hadisənin motivləri hələlik açıqlanmır.Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir....
12 Oktyabr 2026, 20:56
Naxçıvanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin olundu
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Abbas Zaman oğlu Muxtar-zadə təyin olunub.
12 Oktyabr 2026, 20:15
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan...
12 Oktyabr 2026, 19:47