Bizə yazın

Baku

-°C

USD

-

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub 

Cəmiyyət 12 Oktyabr 2026, 10:32

384

Kamboca Krallığının Baş naziri Hun Manetin oktyabrın 12-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyevin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub.Bu barədə Citypost.az  xəbər verir.

12 Oktyabr 2026, 11:01

Azad edilmiş ərazilərdə 624 PHS aşkarlanıb 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.10.2026-11.10.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 624 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1239,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

12 Oktyabr 2026, 10:15

ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək – SƏBƏB AÇIQLANDI

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb.Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək.Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.

12 Oktyabr 2026, 09:41

Nigar Sabirqızından hicab mübahisəsinə SƏRT TƏNQİD: “Cəmiyyəti parçalamaq istəyirlər”

İTV-nin aparıcı jurnalisti Nigar Sabirqızı hicab mübahisəsi ətrafında yaranan müzakirələrlə bağlı fikirlərini bölüşüb. O, bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünən insanlara münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızının sözlərinə görə, hicab mübahisəsi özünü dindar adlandıran bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünənlərə qarşı nifrətini üzə çıxarıb.“Fürsət düşən kimi özləri özlərini ifşa etdilər. Cəmiyyəti rəsmən parçalamaq istəyirlər. İranın köləsi olduqları o qədər açıq bəlli olur ki. Çox təhlükəli haldır”, – deyə jurnalist bildirib.Nigar Sabirqızı qeyd edib ki, onun fikrincə, İran illərdir Azərbaycanda müəyyən şəxslərin düşüncəsinə təsir göstərib və bu, onların hadisələrə yanaşmasında özünü...

12 Oktyabr 2026, 09:36

Tanınmış şairdən hicab AÇIQLAMASI: Vahid məktəbli forması...

VAHİD MƏKTƏBLİ GEYİMİ ƏN İDEAL SEÇİMDİR.İslami dəyərlər hər bir türk insanı, eləcə də Azərbaycan vətəndaşı üçün əzizdi. Biz bu dəyərlər daxilində tarixi ənənələrimizə və inanclarımıza sahib çıxdıq. Bütün hallarda islam əxlaqına tapındıq.  Peyğəmbər əfəndimizin təbirincə, İslamı gözəl əxlaq bildik. Bu əxlaqa düşüncəmizlə, xalq, millət , vətən , milli ənənələrə sadiqlik, vəfadalıq duyğumuzla, sevgimizlə sahib çıxdıq.Bunu Oxu24.com-a açıqlamasında tanınmış şair və publisist Sərvaz Hüseynoğlu bildirib. Şairin sözlərinə görə,ən çətin dövrlərdə belə türkçülük düşüncəmiz, islami dəyərlərimiz bizi ayaqda saxladı. Bütün bunlar tarixi həqiqət, millətimizin yaşam tərzidi.Bu tarixi və zəngin irsi siyasi oyunların ayağına vermək, suyu bulandırmaq cəhdləri isə həmişə olub. Necə ki, son...

12 Oktyabr 2026, 09:34

FHN ötən həftənin statistikasını açıqladı: 49 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 135 yanğına çıxış, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib....

12 Oktyabr 2026, 09:33