Bizə yazın

Baku

-°C

USD

-

Tanınmış şairdən hicab AÇIQLAMASI: Vahid məktəbli forması...

Cəmiyyət 12 Oktyabr 2026, 09:34

1498

VAHİD MƏKTƏBLİ GEYİMİ ƏN İDEAL SEÇİMDİR.

İslami dəyərlər hər bir türk insanı, eləcə də Azərbaycan vətəndaşı üçün əzizdi. Biz bu dəyərlər daxilində tarixi ənənələrimizə və inanclarımıza sahib çıxdıq. Bütün hallarda islam əxlaqına tapındıq.  Peyğəmbər əfəndimizin təbirincə, İslamı gözəl əxlaq bildik. Bu əxlaqa düşüncəmizlə, xalq, millət , vətən , milli ənənələrə sadiqlik, vəfadalıq duyğumuzla, sevgimizlə sahib çıxdıq.

Bunu Oxu24.com-a açıqlamasında tanınmış şair və publisist Sərvaz Hüseynoğlu bildirib.

 

Şairin sözlərinə görə,ən çətin dövrlərdə belə türkçülük düşüncəmiz, islami dəyərlərimiz bizi ayaqda saxladı. Bütün bunlar tarixi həqiqət, millətimizin yaşam tərzidi.Bu tarixi və zəngin irsi siyasi oyunların ayağına vermək, suyu bulandırmaq cəhdləri isə həmişə olub. Necə ki, son günlərdə hicab mövzusunu gündəmə gətirməklə, dövlətimizin aydın siyasətinə dil uzadanlar meydandadı...

 "Təbii, əsrlərdi ki, xalqımız qadın baş geyimlərinə, hicab örtüyünə islami dəyər atributu kimi baxıb. Nənələrimiz, fərqli bölgələrdə analarımız, gəlinlərimiz bu ənənələri ləyaqətlə davam etdiriblər. Tolerantlığın beşiyi olaran Azərbaycan dövləti bu məsələdə dünyəvi prinsip siyasəti yürüdüb. Milli dəyərlərə sadiqliyi ilə seçilib. Eyni zamanda İslam pərdəsi altında xurafatı təbliğ edənlərə qarşı inamlı dirəniş göstərib.  Bu gün də belədi. Xüsusilə, məktəblı qızlarımızın, fidan balaların hicab, baş örtüyü ilə dərslərə davam etməsini məqsədli şəkildə təblğ edənlərə qarşı birmənalı şəkildə dövlət və xalq təpkisi bir aradadı. Dövlət də, xalq da bu məsələdə haqlı olaraq yekdildi. Söhbət məktəb həyatından gedirsə,  valideynlər və cəmiyyət bu məsələni və siyasəti anlaşıqla qəbul etməlidi. Bu sahədə dövlətin apardığı haqlı siyasəti dünyəvilik sərvəti, prinsipi kimi qəbul etməliyik. Bilmək lazımdı ki, məktəbli qız balalarımızın baş örtüyü ilə məktəb həyatına qədəm basması təhsil sahəsində özünü doğrultmur. Fərqli baxış və münasibətələ qarşılanır. Vahid məktəbli forması ən ideal seçimdi",-deyə S.Hüseynoğlu bildirib.

Jalə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"28 May"da əməliyyat: 200 nəfərdən çox adam SAXLANILIB

Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.Citypost.az  xəbər verir ki,“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib. İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.Redaksiyamıza daxil olan məlumatda saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia olunur....

12 Oktyabr 2026, 21:58

62 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Göygöldə kişi bədbəxt hadisənin qurbanı olub.Citypost.az  xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.Kənd sakini 62 yaşlı X. Cəlilov evinin həyətindəki qoz ağacından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

12 Oktyabr 2026, 21:55

Məktəbdə şagirdin yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb.Citypost.az  xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur....

12 Oktyabr 2026, 21:30

DTX Masazırda dörd avtomobili yandıran şəxsləri həbs edib

Abşeron rayonunda oktyabrın 10-da dörd avtomobili yandıran şəxslər tutulub.Citypost.az  xəbər xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.Saxlanılanlar arasında hadisənin sifarişçiləri və icraçıları var.Onlar DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib və tutulublar.Tutulan şəxslərin adı və hadisənin motivləri hələlik açıqlanmır.Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir....

12 Oktyabr 2026, 20:56

Naxçıvanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin olundu

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib.Citypost.az  xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Abbas Zaman oğlu Muxtar-zadə təyin olunub.

12 Oktyabr 2026, 20:15

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan...

12 Oktyabr 2026, 19:47