Bizə yazın

Baku

-°C

USD

-

Şuradan sərt MESAJ: Azərbaycana qarşı manipulyativ kampaniyalara uymayın

Cəmiyyət 14 Oktyabr 2026, 10:44

487

İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pislənilir.

"Report" xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur:

"Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir. Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur".

Bildirilib ki, paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir:

"Onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır. Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycanın, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır".

Media və Yayım Şurasının açıqlamasında qeyd edilib ki, həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.

"Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır", - deyə vurğulanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Qarabağ ölkə iqtisadiyyatının yeni artım mərkəzi olacaq

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində deyilir.Dövlət başçısı bildirib ki, işğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib: “İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır”.Prezident İlham Əliyev qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və...

14 Oktyabr 2026, 10:51

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli tədbir iştirakçıları!Sizi 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayır, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram.44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat...

14 Oktyabr 2026, 10:36

Bakının 8 yolunda TIXAC: Sürücülərin diqqətinə!

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....

14 Oktyabr 2026, 09:26

Xarici haker qruplaşması Azərbaycana hücum etdi – RƏSMİ MƏLUMAT

13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTD) Citypost.az-a verilən məlumata görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb.Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir....

14 Oktyabr 2026, 09:25

Bakıda sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda məhdudiyyət olacaq

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan isə tam məhdudiyyət tətbiq ediləcək.Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur....

14 Oktyabr 2026, 08:00

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.Bu barədə Citypost.az-a xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən (DMA) məlumat verilib.Bildirilib ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

13 Oktyabr 2026, 20:53