Get, öz örüşündə otla!
Cəmiyyət 15 Oktyabr 2026, 11:25
1593
"Yeddi oğul istərəm" filmi hamının yadındadır. Olduqca baxımlı və maraqlı ekran əsəridir. Hər səhnəsi, kadrı əfsanədir.
Məsələn, bir səhnə var. Mirpaşa yolda eşşəyin üstündə gedən mollaya rast gəlir. Qısa söhbətdən sonra, güya molla ağıllı adam obrazı yaradaraq Mirpaşaya deyir:"Allahsızsan".
Və altındakı eşşəyə toşa deyib, yoluna davam edir.
Arxasınca istehza ilə baxan Mirpaşa qayıdır ki, "Vələduzna". Molla dayanıb, eşidirəm deyir.
Mirpaşa da özünəməxsus halda qayıdır ki;"Vələduznadı adın?".
İndi burnunu Azərbaycanın daxili işlərinə soxmağa çalışan İranın əmmaməli mollalarına demək lazımdır ki, "Əə, vələduzna. Get, öz örüşündə otla".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib.Citypost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib.Məlum olub ki, Mehman ikinci qrup üzrə müddətsiz əlildir. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim edib, dövlət qurumlarında yaxşı əlaqələrinin olduğunu deyib. “İnfiniti” markalı avtomobil idarə edən və özünü imkanlı şəxs kimi göstərən Mehman 6 nəfərdən onları və ya övladlarını işə düzəltmək, kəsilmiş pensiyalarının bərpası və digər vədlərlə müvafiq olaraq 4200, 3885, 4000, 4000, 4000, 3050 manat pul alıb.Həmin vaxt...
15 Oktyabr 2026, 12:05
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.Sonra dövlət bayraqlarının qarşısında rəsmi xatirə fotosu çəkdirilib.İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat...
15 Oktyabr 2026, 12:02
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
15 Oktyabr 2026, 11:37
Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhərində yerləşən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd Filarmoniyanın kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində obyektin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar...
15 Oktyabr 2026, 11:03
İtaliya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana səfər edib
Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Görüşdə iştirak etmək üçün İtaliya Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar....
15 Oktyabr 2026, 10:08
Elxan Əhmədov: Məktəblərdə nizam-intizam və bərabərlik qorunmalıdır
Jurnalist Elxan Əhmədov dövlət tərəfindən müəyyən edilmiş vahid məktəbli formasını təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edən məqsədyönlü qərar kimi qiymətləndirib. O, Azərbaycanın milli həmrəyliyinin, ictimai sabitliyinin və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, Elxan Əhmədov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Dövlət tərəfindən müəyyən edilmiş vahid məktəbli formasını təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edən məqsədyönlü qərar hesab edirəm. Çoxmillətli və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində milli həmrəyliyin, qarşılıqlı hörmətin və birgəyaşayış ənənələrinin qorunması xüsusi əhəmiyyət daşıyır.Azərbaycan xalqını ölkəmizin sabitliyini və ictimai həmrəyliyini pozmağa yönəlmiş, Azərbaycanın inkişafını və uğurlarını istəməyən kənar...
15 Oktyabr 2026, 09:46