Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev: Müharibəyə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Siyasət 15 Oktyabr 2026, 12:25

473

Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi.

Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi: “Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu darmadağın edildi, separatçıların liderləri, uşaq qatilləri isə Azərbaycan məhkəməsinə çıxarıldı. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Emoməli Rahmon: Uzunmüddətli sülhün əsası suverenliyə hörmətdir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında dialoq üçün platforma kimi daha əhəmiyyətli və səmərəli rol oynamağa qadirdir.Citypost.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.O, sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib."Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir", - Rahmon deyib.Tacikistan...

15 Oktyabr 2026, 13:20

Tokayev: AQEM müasir dünyanın çağırışlarına daha çevik cavab verməlidir

Qazaxıstan AQEM-in fəaliyyətinə böyük töhfə verməyə hazırdır. Təşkilat təhlükəsizliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi və müasir çağırışlara birgə cavab verilməsi baxımından mühüm rol oynayır.Citypost.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.Tokayev bildirib ki, AQEM-ə üzv dövlətlərin sayı artır və təşkilat üzvlərinin 90 faizi Asiya ölkələridir.Onun sözlərinə görə, dünyada mürəkkəb çağırışlar və ciddi problemlər meydana çıxdıqca, bu çətinliklərə qarşı birgə fəaliyyət göstərmək vacibdir.Tokayev Azərbaycanın AQEM-in dünyada əhəmiyyətli təşkilata çevrilməsi istiqamətində böyük iş gördüyünü bildirib. O, yol xəritəsində AQEM-in açıq olmasının və təhlükəsizliyin daha müasir formatının yaradılması...

15 Oktyabr 2026, 13:08

Ceyhun Bayramov türkmənistanlı və özbəkistanlı həmkarları ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistan və özbəkistanlı həmkarları ilə görüşüb.Citypost.az xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb."Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum.Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik.Üçtərəfli...

15 Oktyabr 2026, 12:20

İlham Əliyev: Azərbaycan təcavüzün qurbanı olduğu halda hədəfə alınırdı

1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu imitasiya xarakteri daşıyırdı.Citypost.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.“Ermənistanın indiki Baş naziri o vaxt işğal altında olan Qarabağda bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bütün bu hədsizliyə dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı qınamadı. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi. Avropa parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”, -...

15 Oktyabr 2026, 12:18

İlham Əliyev: Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi mühüm rol oynayır

2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzvlərinə minnətdarlığımı bildirirəm.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır.“Regionumuzda təhlükəsizlik sistemini möhkəmləndiririk. Azərbaycan davamlı olaraq, daxili işlərə qarışmama, ərazi bütövlüyünə hörmət kimi prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir”, - Prezident İlham Əliyev vurğulayıb....

15 Oktyabr 2026, 12:16

Zaur Şükürov: Füzuli Azərbaycanın əbədi Zəfər iradəsinin rəmzidir

Azərbaycanın qədim və zəngin diyarlarından biri olan Füzuli tarix boyu xalqımızın mədəniyyət xəzinəsində özünəməxsus yer tutub. Bu torpaq poeziyanın, mərdliyin, zəhmətin və gözəlliyin beşiyi olub. Adını klassik ədəbiyyatımızın böyük dühası Məhəmməd Füzulidən alan bu diyar təkcə bir coğrafi məkan deyil - həm də mənəvi dəyərlərin, ruhun və kimliyimizin simvoludur. Füzuli torpağı tarix boyu sanki sözlə daş arasında körpü salıb, hər qarışında xalqımızın nəfəsi, yaddaşı və izləri yaşamaqdadır.Lakin bu müqəddəs diyarın taleyinə ağır sınaqlar da yazılmışdı. 1993-cü ilin avqustunda Füzuli Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhərin küçələri, evləri, məktəbləri, mədəniyyət və dini ocaqlar yerlə-yeksan edildi, qəbiristanlıqlar dağıdıldı. Minlərlə insan doğma...

15 Oktyabr 2026, 11:17