Zaur Şükürov: Füzuli Azərbaycanın əbədi Zəfər iradəsinin rəmzidir
Siyasət 15 Oktyabr 2026, 11:17
679
Azərbaycanın qədim və zəngin diyarlarından biri olan Füzuli tarix boyu xalqımızın mədəniyyət xəzinəsində özünəməxsus yer tutub. Bu torpaq poeziyanın, mərdliyin, zəhmətin və gözəlliyin beşiyi olub. Adını klassik ədəbiyyatımızın böyük dühası Məhəmməd Füzulidən alan bu diyar təkcə bir coğrafi məkan deyil - həm də mənəvi dəyərlərin, ruhun və kimliyimizin simvoludur. Füzuli torpağı tarix boyu sanki sözlə daş arasında körpü salıb, hər qarışında xalqımızın nəfəsi, yaddaşı və izləri yaşamaqdadır.Lakin bu müqəddəs diyarın taleyinə ağır sınaqlar da yazılmışdı. 1993-cü ilin avqustunda Füzuli Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhərin küçələri, evləri, məktəbləri, mədəniyyət və dini ocaqlar yerlə-yeksan edildi, qəbiristanlıqlar dağıdıldı. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı. Vətən həsrəti illərlə insanların qəlbində sağalmaz yara kimi qaldı. Amma xalq bu ağrını içində daşısa da, heç vaxt boyun əymədi. Xalqımız inandı və dözdü, Vətən sevgisini və azadlıq arzusunu qəlbinin dərinliklərində qorudu. Hər bir sakinin ürəyində bir ümid yaşayırdı - bir gün doğma torpaq yenidən azad olacaq, Azərbaycan bayrağı yenidən bu müqəddəs diyarda dalğalanacaq.
Bu sözləri Milli Məclisin deputatı Citypost.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, nəhayət, 2020-ci ilin 17 oktyabrı bu inamın reallaşdığı, tariximizin ən qürurlu səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Xalqımızın qüruru, ləyaqəti, azadlıq arzusu yenidən dirçəldi. Füzulinin azadlığı Böyük Qələbənin müjdəçisi, Zəfər tariximizin şanlı başlanğıcı oldu.Bu möhtəşəm zəfərin kökündə Ulu Öndər Heydər Əliyevin illərlə apardığı uzaqgörən siyasət dayanırdı. Onun müdrikliyi və iradəsi sayəsində müstəqilliyimiz möhkəmləndi, ordumuz formalaşdı, dövlətçiliyimizin təməli bərqərar oldu. Ulu Öndər xalqımıza dövlətə sədaqəti, Vətənə sevgini və mübarizə əzmini miras qoydu. Məhz bu mənəvi irs sonradan qalibiyyətə aparan yolun bünövrəsini təşkil etdi.Bu gün həmin yolun şərəfli davamçısı, qalib xalqın qalib Lideri - Prezident İlham Əliyev Heydər Əliyev siyasətini qətiyyətlə və ardıcıllıqla həyata keçirir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrilib. Füzuli və bütün Qarabağ torpaqlarının azadlığı bu siyasətin ən parlaq nəticəsidir.Prezident İlham Əliyevin iradəsi, misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, eləcə də antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu, Azərbaycanın dövlətçilik gücünü, xalqın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Z.Şükürov vurğulayıb ki, bu gün Füzuli dirçəliş dövrünü yaşayır. Azadlıqdan sonra bu torpaqlarda həyat yenidən nəfəs almağa başlayıb. Bir zamanlar ermənilər tərəfindən xarabalığa çevrilmiş şəhər indi inkişaf, quruculuq və yenidənqurmanın simvoluna çevrilib. Dövlətimizin qüdrəti, xalqımızın birliyi və iradəsi burada hər bir daşda, hər bir binada öz əksini tapır.Təəsüflər olsun ki, Füzuli azad edilmiş rayonlar arasında minalarla ən çox çirklənmiş ərazilərdən biridir. Yüz mindən çox mina bu torpaqlarda basdırılıb. Bu, erməni vandalizminin və insanlıq əleyhinə cinayətlərin bariz sübutudur. Azərbaycan dövləti hazırda mülki əhaliyə, infrastruktur obyektlərinə və sahibkarlığa vurulmuş ziyanın qiymətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir və ədalətin bərpası üçün ardıcıl addımlar atır.Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, qısa müddətdə şəhərin siması tam dəyişib. Ölkə başçısının 2020-ci ilin noyabr ayından bugünədək bu bölgəyə iyirmi beş səfəri həyata keçirilib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib və artıq bu plan əsasında müasir şəhərsalma prinsiplərinə uyğun yeni Füzuli formalaşır.Rayonda “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Əhmədbəyli–Füzuli–Şuşa, Zəfər və Füzuli–Hadrut avtomobil yolları regionun iqtisadi inkişafına və Qarabağın strateji mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycanın texnoloji gücünün göstəricisi olan Füzuli Beynəlxalq Hava Limanı isə qardaşlıq və birliyin simvoluna çevrilib. Hava limanının açılışında Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı iki ölkə arasında dostluğun bariz təcəssümüdür.
Həmçinin oxuyun
Z.Şükürov əlavə edib ki, bu nəhəng layihələr Böyük Qayıdış Proqramının tərkib hissəsidir. 2023-cü il avqustun 18-dən başlayaraq keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı həyata keçirilir. Artıq yüzlərlə ailə doğma yurduna qovuşub, yeni evlərində həyatlarını yenidən qurur. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Füzulinin bərpasında qardaş ölkələrin mənəvi və maddi dəstəyi xüsusi önəm daşıyır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına müasir məktəb və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun əbədi təcəssümüdür.Bu gün Füzuli təkcə azad edilmiş bir şəhər deyil - o, dirçələn Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan ruhunun, dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzidir. Hər yeni ev, hər yeni məktəb, hər yeni yol bu torpağın üzərindən keçən iztirablı illərin yerinə doğan ümid işığıdır. 17 oktyabr-Füzuli şəhəri günü Azərbaycan tarixində bir dönüş nöqtəsi, qalib xalqın yaddaşında isə əbədi qürur səhifəsidir. Bu torpaq hər bir şəhidin, hər bir əsgərin, hər bir ananın duası ilə müqəddəsləşib. Füzuli bu gün müstəqil dövlətimizin sarsılmaz birliyinin və əbədi Zəfər iradəsinin rəmzidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Arzuman Abdulkərimov: Fikir ayrılıqları qardaşlığı sarsıtmamalıdır
Azərbaycan və Türkiyə iki müdrik liderin rəhbərlik etdiyi, taleləri, tarixi, dili, mədəniyyəti və ortaq yaddaşı ilə bir-birinə bağlanmış iki qardaş dövlətdir. Son günlər baş verən proseslər isə bir həqiqəti üzə çıxarır: iki qardaş ölkə arasında yaranan hər fikir ayrılığını fürsətə çevirərək onu böyük bir qarşıdurmaya çevirmək istəyənlər var. Sanki pusqudaymışlar, sanki illərdir bu günü gözləyirmişlər. Bir mübahisənin qığılcımını alova çevirmək, sosial şəbəkələrdə qarşılıqlı ittihamları qızışdırmaq, azərbaycanlını türkiyəlinin, türkiyəlini azərbaycanlının qarşısına çıxarmaq üçün fürsət axtarırlar.Hər iki tərəfdə özünü vətənpərvər göstərən, amma birliyin ən həssas nöqtələrini hədəfə alan buqələmunlar anlamalıdırlar ki, Azərbaycan-Türkiyə qardaşlığı hansısa siyasi partiyanın, hökumətin, siyasətçinin və ya sosial...
15 Oktyabr 2026, 10:05
Akif Əli: “İki qardaş xalqın arasına nifaq toxumu səpmək mümkün olmayacaq”
Jurnalist Akif Əli Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana, ölkə rəhbərliyinə və hökumətin qərarlarına qarşı səsləndirilən ittiham və təhqirlərə münasibət bildirib. O, bu cür yanaşmaları Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib və Türkiyə ilə Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinin sarsılmayacağını vurğulayıb.Citypost.az xəbər verir ki,Akif Əli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana, Dövlət başçısına, Hökumətin qərarına qarşı gözlənilmədən ittihamlar, hətta təhqirlər yağdırılır. Azərbaycanın daxili işlərinə qarşımaq kimi beynəlxalq münasibətlər sisteminə sığmayan gerizəkalı cəhdlər edilir.Təəssüf ki, dost, qardaş bildiyimiz ölkədə çox tərbiyəsiz, çox əxlaqsız, çox da mədəniyyətsiz olan cahillər dəstəsini təşkilatlandırıb üstümüzə qısqırdanlar var. Və...
15 Oktyabr 2026, 09:35
Alqış Musayev: “İndi 1992-ci il deyil, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz!”
YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Azərbaycanın əvvəlki illərdəki siyasi vəziyyəti ilə indiki dövrü müqayisə edib. O, keçmişdə ölkəyə təzyiq göstərilməsinin daha asan olduğunu bildirib və hazırda Azərbaycanla təzyiq dili ilə danışmağa cəhd edilməməli olduğunu vurğulayıb.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Vaxt vardı Azərbaycana təsir göstərmək mümkün idi. Təkcə xarici dövlətlər yox, elə hər yerindən duran təzyiq edə bilirdi. Çünki siyasi rəhbərliyin iradəsi yoxdu.Mir Şahin Ağayevin Elçibəylə müsahibəsində dövlət adına utanc gətirən bir epizod keçir. Daxili İşlər naziri İsgəndər Həmidovun istefasıyla bağlı sualı cavablandıran Elçibəy deyir ki, o gəldi...
15 Oktyabr 2026, 09:29
Şəhla Cabbarlı: “Beynəlxalq medianın ədalət prinsipi yoxdur”
İranda qadınlar baş örtüklərini yandıranda, dünyadakı böyük media qurumları onların hüquqlarını müdafiə edən yazılar yazırdılar ki, onlara əziyyət edilir, qadınlar haqlarını tələb edirlər. Videolar yayımlayır, yüksək səviyyədə dəstək verirdilər. Amma həmin medialar Əfqanıstanda qızları çadraya büründürüb, məktəbdən, universitetdən, hər yerdən çıxartdıran, 13 yaşından ərə verdirən Taliban hökuməti haqqında tənqidi heç nə yazmadılar. Qızların hüquqları pozuldu, ancaq müdafiə edən olmadı. Bu gün Suriyada kütləvi surətdə dünyəvilikdən uzaqlaşırlar. Qız məktəbləri ayrılır, qızlar başlarını bağlayırlar. O medialar yenə də susurlar.Qəzzada məktəb yoxdur, qızlar öldürülür, susurlar. Bizdə çıxan qərarı daha geniş tirajlayan o medialar bunu da təhsil üzərindən deyil, baş örtüyünün üzərindən tirajlayırlar. Onlara qızların təhsili maraqlı...
15 Oktyabr 2026, 09:24
Qulu Məhərrəmli: Ermənistan ərazi iddialarından əl çəkməlidir
Professor, media eksperti Qulu Məhərrəmli Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb. O, Cənubi Qafqazda mövcud olan həssas siyasi vəziyyətin tərəflərdən konkret addımlar tələb etdiyini bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Cənubi Qafqazdakı həssas siyasi vəziyyət Azərbaycanla Ermənistan arasında çox tezliklə SÜLH müqaviləsinin bağlanmasını tələb edir. Əsas odur ki, Ermənistandakı indiki hakimiyyət (Paşinyan) daşnaklardan fərqli olaraq Türkiyə və Azərbaycana qarşı ərazi iddiasının əsassız və yanlış olduğunu qəbul edir.Ermənistanın Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, gələcəkdə münaqişələr olmasın deyə Azərbaycan-Ermənistan sərhədinin heç bir tərəfində anklavlar olmamalıdır. Bu məsələni sülhün əsas prinsiplərindən...
15 Oktyabr 2026, 09:17
Heydər Oğuz: Fələstin məsələsinin həlli sülh təşəbbüslərindən keçir
İsrail prezidenti İshak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak etmək üçün Bakıya gəlib və İlham Əliyevlə görüşüb. Qardaş Türkiyəni isə bu toplantıda ölkə prezidenti yox, Xarici İşlər naziri Hakan Fidan təmsil edəcək. Türkiyənin AQEM toplantısında aşağı səviyyəli qatılması, böyük ehtimalla, İsrail prezidentinin bu toplantıya dəvət edilməsinə verilmiş reaksiyadır.Sual oluna bilər: Azərbaycan niyə bu qədər kritik bir zamanda İsrail prezidentini Bakıya dəvət edib?Əvvəla, onu deyim ki, İshak Hersoq Fələstinlilərə qarşı soyqırım törətmiş Netanyahu demək deyil. Əksinə, bəlkə də ən aşırı Fələstin tərəfdarlarından daha çox Netanyahu düşmənidir. İkincisi, Hersoq Azərbaycanla təmaslarını gücləndirmək üçün yox, beynəlxalq bir toplantıda iştirak...
15 Oktyabr 2026, 09:14