Leyla Əliyeva Türkmənistanda səfərdədir
Cəmiyyət 19 Oktyabr 2026, 19:07
511
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib.
Citypost.az xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşılayıb.
Həmçinin oxuyun
Sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası əsnasında qısa görüşü olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlıq müzakirə olunub.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.Ölkələr arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və orduların inkişafına töhfə verəcəyini qeyd edib.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant İsa Səif bin Ablan əl-Məzrui qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında birgə təlimlərin...
19 Oktyabr 2026, 19:18
Sosial şəbəkələrdə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edənlər axtarışa verildi
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.Belə ki, bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.İbtidai istintaqın müəyyən etdiyi hallarİbtidai istintaq zamanı...
19 Oktyabr 2026, 19:00
Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə konfrans keçiriləcək.Citypost.az xəbər verir ki, tədbir “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusuna həsr olunacaq.
19 Oktyabr 2026, 18:45
“Şahinlərin Görüşü-2026”: Pilotlar şərti hədəfləri zərərsizləşdiriblər
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər.Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib....
19 Oktyabr 2026, 18:15
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.Citypost.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə...
19 Oktyabr 2026, 18:05
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.Səfir Luis...
19 Oktyabr 2026, 18:00