Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 

Cəmiyyət 26 Oktyabr 2026, 13:38

731

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.

Citypost.az xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.

Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.

O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.

Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə 19-25 oktyabrda 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Hesabata əsasən, həmin müddət ərzində 997 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

26 Oktyabr 2026, 14:45

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib 

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.Citypost.az-ın məlumatına görə, məktubda deyilir:"Hörmətli cənab Prezident!Biz – Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımızı ifadə edirik.Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət...

26 Oktyabr 2026, 14:40

BDYPİ piyadalara xəbərdarlıq edib

Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.Citypost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.Belə ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən...

26 Oktyabr 2026, 14:35

YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.Citypost.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvətalma) maddələri üzrə ittiham irəli sürülüb.İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib....

26 Oktyabr 2026, 14:30

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin təlimləri yekunlaşıb

Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər. Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb....

26 Oktyabr 2026, 14:28

Ədəbiyyatda Kəramət adlı adam yoxdur - Professor Zahid Xəlil   

Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirdiyi “Ən çox oxunan müəllif 2026” nominasiyasının qalibi yazıçı Kəramət Böyükçöl olub.Bəziləri Böyükçölün əvəzinə birinci yerə yazıçı, professor Zahid Xəlilin çıxdığını, lakin səsvermədə ədalətsizlik olduğunu iddia ediblər.CityPost.az  xəbər verir  ki,Zahid Xəlil bu barədə Pravda.az-a açıqlamasında deyib ki, o da səsvermədə müəyyən ədalətsizlik olduğunu görüb:“Mən heç bu barədə düşünmürəm. Axı düşünməyimə dəyməz. Doğrudan, xəcalət çəkirəm ki, “mən birinci yerə çıxmışam, məndən böyük yazıçılar isə aşağı sırada qalıblar...” Bunu başa düşə bilmirəm. Durub Kəramətə qiymət verim? Axı heç ədəbiyyatda Kəramət adlı adam yoxdur. Ədəbiyyatda böyük sənətkarlar var, amma onlar nəsə görünmürlər. Əsəd Cahangir çox cəsarətli...

26 Oktyabr 2026, 14:25